ANA SƏHİFƏ / GÜNDƏM

Nazir: Ayı ətini satan “ovçu” cəmiyyətə, dövlətə cavab verməli olacaq

4827    |   2019-10-31 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sosial şəbəkədə ayı ətinin satıması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Adalet.az-ın məlumatına görə, nazir deyib ki, ayı ətini satan "ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq.

Nazirin sözlərinə görə, burada ictimaiyyətin də rolu böyükdür: "Bu xəbər sosial şəbəkədə yayılandan sonra ayı ətini satan insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə çox yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.

Nazir əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanması faktları azalıb: "Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.

Qeyd edək ki, dünən Qəbələdə ayı əti satmaq istəyən şəxs saxlanılıb. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı "VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.



İmza:

Sərt karantin rejimində bu qurumların fəaliyyətinə icazə veriləcək

DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

Zaur Əliyev: Kişi paltarlı qaçaq Gülsüm

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

Ramin Bayramlı: Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır

Prezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib

İbrahim Məmmədov: Karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

İlham Əliyevdən xəritəyə görə icra başçısına irad

Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-06-04
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK