ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Sağlam məktəbli” bu dəfə Binəqədi rayonu 83 saylı orta məktəbdə

11633    |   2019-10-01 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA-dan Adalet.az-a verilən məlumata görə, bu istiqamətdə növbəti görüş "Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhər, Binəqədi rayonu 83 saylı orta məktəbin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə ətraflı məlumat verilib.

Görüşdə məktəblilərin qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, vərdişlərinin formalaşdırılması istiqamətində metodiki tövsiyələr verilib, bir istehlakçı kimi bu sahə ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, "Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.




İmza:

Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum

Onlayn müsahibələrin keçirilmə tarixi

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK