ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da İngilis dili mütəxəssisləri üçün yeni təlimlər başlayır

11113    |   2019-09-27 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universiteti (ADU) keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır.

Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət ruhunda gənc nəsil yetişdirir. ADU-nun nəzdində fəaliyyət göstərən Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Universitetin rektoru,xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulub. Bu məqsədlərdən biri də müəllimlərin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimlər təşkil etməkdir.

Azərbaycanda ingilis dili mütəxəssislərinə, umumiyyətlə ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edilir. Mərkəz ingilis dili üzrə tədris proqramlarını təlim sessiyaları vasitəsilə həyata keçirir. Məqsəd dil öyrənənlərin, eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivlər təklif etməkdir. Bu məqsədlə mərkəzdə indiyədək TKT – "Teaching Knowledge Test” (tədris bilik və bacarıqları üzrə test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, "Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, "Diplomatik tərcümə” üzrə təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 250 nəfər iştirak edib. Təlimlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşıb. Bu ali məktəblərdən tələbə və müəllimlər mərkəzdə keçirilən təlimlərdə fəal iştirak edib və sonda sertifikatlarla təltif olunublar.

Müəllimlər üçün Aptis test təlimi– Bu proqram bütün dünyada müəllimlərin ingilis dili bacarıqlarını yoxlamaq üçün Təhsil Nazirlikləri və təhsil müəssisələri tərəfindən istifadə edilə bilən bir təlimdir. Bu, məxsusi olaraq təhsil sektoru üçün işlənib hazırlanmışdır; tam olaraq mövcud sistemlərə inteqrasiya oluna və yerli qaydada idarə edilə bilər ki, bu da müəllimlərin ingilis dili səviyyəsinin vaxt keçdikcə müşahidə edilməsinə və təlim proqramlarının uğurunun effektiv şəkildə ölçülməsinə imkan verir.

HANSI NÖV MÜƏSSİSƏLƏR APTİS TESTİNDƏN İSTİFADƏ EDİRLƏR?

Aptis-dən istifadə edən müəssisələrin sırasına nazirliklər, universitetlər, dil məktəbləri, beynəlxalq və özəl məktəblər daxildir.

APTİS test təlimi dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

Müəllimlər üçün Aptis proqramının test məzmunu konkret olaraq müəllimlərə aiddir və suallar müəllimlərin hər gün rastlaşdıqları mövzu və ssenariləri əhatə edir. Nəticədə, suallar namizədlərə tanış gəlir və onlar sualın məzmununa deyil, konkret olaraq dilə fokuslana bilirlər.

MÜƏLLİMLƏR ÜÇÜN APTİS PROQRAMI AŞAĞIDAKILARIN TEST EDİLMƏSİ ÜÇÜN İSTİFADƏ OLUNA BİLƏR:

Bütün dünyada universitetlərdə və məktəblərdə dərs deyən ingilis dili müəllimləri,

Bütün dünya universitetlərində və məktəblərində dərs deyən digər fənn müəllimləri,

Geniş miqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri,

Müəllimlərin təlimi və ya universitet proqramlarının tələbələri,

Təhsil sahəsində çalışan digər mütəxəssislər.




İmza:

Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum

Onlayn müsahibələrin keçirilmə tarixi

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK