Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib Adalet.az | “Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

“Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib

3991    |   2019-09-26 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – "Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, "Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə 26 sentyabr 2018-ci il tarixində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Trend-in məlumatına görə, növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. 2019-cu ilin yanvar ayında peykin idarəedilməsi tam olaraq "Azərkosmos”a təhvil verilib və peyk 2019-cu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb.

"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

"Azerspace-2” peykinin resursları "Azərkosmos”a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın EUTELSAT S.A. şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda "Azerspace-2” peyki vasitəsilə Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.

"Azərkosmos”-dan Trend-ə bildirilib ki, yeddi aylıq kommersiya fəaliyyəti ərzində "Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14.1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

"Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində "Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.




İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK