ANA SƏHİFƏ / SİYASƏT

“Paşinyan Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi” - İcma rəhbəri

10482    |   2019-09-25 14:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.

İcmadan verilən məlumata görə, T. Gəncəliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyib.

"ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirib ki, Paşinyanın "Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir. Paşinyana tövsiyəm ondan ibarətdir ki, başqasını münaqişə ilə bağlı məlumatsız olmaqda ittiham etməkdənsə, özü 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki sənədləri ilə yaxından tanış olsun. Əgər o həmin sənədlərlə tanış olsaydı görərdi ki, Dağlıq Qarabağın iki-yəni azərbaycanlı və erməni icmaları münaqişənin həllində maraqlı tərəflər kimi təsbit olunublar. Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Metyu Brayza deyil, məhz onun özünün məsələdən xəbəri yoxdur", - deyə icma sədri vurğulayıb.

T. Gəncəliyevin sözlərinə görə, Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir: "Biz bu fikirləri dəfələrlə səsləndirərək həm beynəlxalq təşkilatların, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətinə çatdırmışıq.

Digər bir tövsiyəm isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasınadır. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər cinayətkar xunta rejimindən qurtulmaq və Azərbaycanın suverenliyi çərçivəsində azərbaycanlı icma ilə birgə yaşamağa hazır olmayacaqsa, onda onları daha acınacaqlı gələcək gözləyir. Ermənistan rəhbərliyinin bu gün yürütdüyü siyasət Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd etmir. Nikol Paşinyanın sərsəm açıqlamaları məlumatsız, informasiya blokadasında olan erməni icmasını aldatmaq cəhdi kimi qəbul edilməlidir".

O qeyd edib ki, bölgədə sülh və təhlükəsizlikdə, sözdə səsləndirilən iqtisadi inkişaf və tərəqqidə həqiqətən maraqlı olanlar anlamalıdırlar ki, münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağın iki icmasının birgə yaşayışının bərpa olunması təmin olunmadan bunların heç birinə nail olmaq mümkün deyil: "İşğalçı Ermənistan rəhbərliyi nə qədər tez bunu anlayacaqsa, bir o qədər tez bölgəmizdə ədalət, inkişaf və sabitlik bərpa olunacaq".


İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK