Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama Adalet.az | Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama

2936    |   2019-09-12 13:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər sosial şəbəkələrdə Azərbaycanda "əxlaq polisi”nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.

Bunu Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də "Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:

"Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilərpolisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - "əxlaq polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar.

Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində"əxlaq polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.(oxu.az)



İmza:

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

Elşad Hacıyev: Vətəndaşların müraciətləri diqqətdə saxlanılır

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK