nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Dünyada sülhə daha təhlükəli təhdidlər yaranmaqdadır” - Prezident Adalet.az | “Dünyada sülhə daha təhlükəli təhdidlər yaranmaqdadır” - Prezident Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Dünyada sülhə daha təhlükəli təhdidlər yaranmaqdadır” - Prezident

11325    |   2019-09-06 13:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, müraciətdə deyilir:

"Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir.

Qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlmişdir.

Dövlətlərimizin üzləşdiyi risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir.

Əminəm ki, bu iclas tərəfdaş qurumlar arasında təcrübə mübadiləsi və analitik-informasiya dəstəyi üçün əlverişli şərait yaradacaq və bununla da beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəkdir.

Bir daha sizi Azərbaycanda salamlayır, işinizdə uğurlar arzulayıram".



İmza:

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

Azərbaycan-İtaliya sənədləri mübadilə edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB

İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü

Daha bir məntəqənin nəticələri ləğv edildi

İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK