Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda bəzi iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət ürəkaçan deyil - MONİTORİNQ Adalet.az | Bakıda bəzi iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət ürəkaçan deyil - MONİTORİNQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda bəzi iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət ürəkaçan deyil - MONİTORİNQ

2653    |   2019-09-06 13:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yaşıl Bakımız” təşəbbüs qrupu paytaxt sakinlərinə müraciət edib.

Qrupdan verilən məlumata görə, müraciətdə deyilir:

"Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən işlər görülür. Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir.

Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə, ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı?

Axı kiminsə mağazasının və ya obyektinin qarşısına başqası gəlib qulluq etməməlidir, axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu? Məncə belə insanları hamımız tanımalı və qınaq obyektinə çevirməliyik.

Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək sonrakı yazılarda artıq bu kimi obyektlər və onların sahibləri barədə ətraflı məlumat verəcəyik".




İmza:

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM

İİcra Hakimiyyəti: İsmayıllıda 7 nəfər zəhərlənməyib, onları gün vurub

"İrəli" üzvləri Beynəlxalq layihədə

SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK