Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İki milyondan çox körpənin həyatını xilas edən "qızıl qanlı" adam Adalet.az | İki milyondan çox körpənin həyatını xilas edən "qızıl qanlı" adam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

İki milyondan çox körpənin həyatını xilas edən "qızıl qanlı" adam

3194    |   2019-08-30 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

82 yaşlıavstraliyalıCeyms Harrisonqan plazmasıdonorudur. Harrisona "Qızıl qanı olan adam"və ya "Əlləri qızıldan olan adam" da deyirlər. Onun unikal qanı əsasında Rho immunoqlobulin vaksini yaradılıb.

O, 14 yaşındadöş qəfəsində ciddi əməliyyat keçirib və təcili olaraq 13 litrə yaxın donor qanına ehtiyacı olub. Donor qanının onun həyatını xilas etdiyini anladığı üçün Ceyms18 yaşı tamam olan kimi öz qanını başqalarına verəcəyinə söz verib.

Harrison 1954-cü ildə qan verməyə başlayıb. Məlum olub ki, onun qanında D antigen rezus faktoruna (Rho (D) qarşı qeyri-adigüclü və dayanıqlı anticisimlər var. Harrisonun qanı o qədər unikaldır ki, həyatı bir milyon dollara sığortalanıb.

Onun qanının plazması əsasında zərdab yaradılıb. Bu maddəmüsbət rezuslu uşağa hamilə qalan mənfi rezuslu qadının bədəninə yeridiləndə, embrionun qanında anticisimlərin inkişafının qarşısı alınır vənəticədə, yeni doğulan körpədə hemolitik sarılıq olmur.

Harrison 57 il boyunca orta hesabla hər üç həftədən bir öz plazmasını verib. 2011-ci ilin mayında o, qanını 1000-ci dəfəverərək dünya rekordunu yeniləyib. 2015-ci ilə qədər Avstraliyada bütün antirezus preparatları Harrisonun plazmasından hazırlanıb. Sonuncu dəfə Harrison öz qanını 2018-ci ilin mayında bağışlayıb.

Bu vaxt ərzində onun plazması iki milyondan çox körpəninhəyatını xilas etməyə kömək edib. Onların arasında Harrisonun doğma nəvəsi (şəkildə qucağında tutduğu uşaq) də var.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK