Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq Adalet.az | Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

3831    |   2019-08-28 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ" - "Linfild" oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri görülüb: "Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni, oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq. Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb.

Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq".

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild" klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.




İmza:

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK