nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür Adalet.az | Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək: Alternativsiz sistem işə düşür

3722    |   2019-08-26 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda doppler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Bunu ABŞ-ın "Baron” şirkətinin Azərbaycanda "Vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometeorologiya Xidmətinin işini asanlaşdıracaq:

"Doppler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sisteminalternativi yoxdur.

Qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək bu sistem sayəsində 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış daha dəqiq verilməsinitəmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı proseslər qeydə alınacaq".

U.Tağıyeva qeyd edib ki, doppler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Yəni dəqiqliyi təmin etmək üçün iki doppler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".

"Baron" şirkətinin nümayəndəsi Brian Bellev isə bildirib ki, busistem meteoroloji prosesləri və bulud sistemlərini 3D formatında vizuallaşdırmağa imkan verir:

"Digər sistemlər buna imkan vermir. Biz dünyada ən qabaqcıl radar sistemini istehsal edirik. Doppler radar sistemlərimizlə ölkədə bütün hidrometeoroloji müşahidə sistemi vahid şəbəkədə birləşdirmək imkanı yaradırıq".

O deyib ki, bu sistem vasitəsilə iki saat qabaqcadan yağıntının, dolunun neçə milli metr düşməsi ehtimalını təxmin etmək olacaq.

Qeyd edək ki, "Baron" radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.(oxu.az)




İmza:

Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq

İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etd - YENİLƏNİB

Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir

Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək

Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı

Çili ilə əməkdaşlıq müzakirə olunub

Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi

DSX rəisi istefaya buraxılan generallarla görüşüb

Consonun elçisindən İlham Əliyevə maraqlı hədiyyə

Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı

SON XƏBƏRLƏR
2020-02-28
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK