nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı Adalet.az | Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı

14321    |   2019-08-21 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən Rəşad kimi oğulla fəxr edirəm.

Bunu hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimində mərhumun atası Saləddin Atakişiyev dilə gətirib.

O, təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib.

"Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinəüçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyib.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK