Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ Adalet.az | Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ

2499    |   2019-08-21 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə və bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsi məsələsinə münasibət bildirib.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub:

"Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal Baş İdarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Ömər Həsənlinin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlanmasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 08:00-dan saat 00:00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Ş.İsmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib".

E.Hacıyev deyib ki, araşdırma zamanı Nəsimi RPİ İctimai təhlükəsizlik şöbəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə fakt üzrə toplanan materiallar prokurorluğa təqdim edilib".(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK