nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycanda işsiz qadınların sayı azalıb Adalet.az | Azərbaycanda işsiz qadınların sayı azalıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda işsiz qadınların sayı azalıb

4989    |   2019-08-21 10:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 753 min nəfər artaraq 5133,1 min nəfər olub, onların da 4879,3 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 253,8 min nəfərini isə işsiz əhali təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən məlumat verilib. Bildirilib ki, son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunub. Belə ki, 2005-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 30,3 faizini təşkil edirdisə, 2018-ci ildə bu göstərici 23,7 faizə enib, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,3 dəfə artıb.

2018-ci ildə istehsal sahələrində (kənd təsərrüfatı və balıqçılıq, sənaye, tikinti) 2487,5 min nəfər və ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 51 faizi qədər işçi çalışıb, xidmət sahəsində isə məşğul olanların sayı 2391,8 min nəfər olub ki, bu da məşğul əhalinin 49 faizini təşkil edib. 2018-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1551,7 min nəfəri və yaxud 31,8 faizi muzdla işləyənlərin payına düşüb. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub.

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2019-cu ilin yanvar ayının əvvəlinə 20,1 min nəfər olub. Son illər ərzində işsizlər arasında qadınların xüsusi çəkisi azalıb. Belə ki, 2005-ci ildəki 51,6 faizə nisbətən 2018-ci ildə 37,2 faiz təşkil edib.

2005-2018-ci illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 4 dəfə artaraq 544,6 manat təşkil edib.


İmza:

Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

Faiq QİSMƏTOĞLU: SƏRT DÖNGƏLƏR...

İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında - FOTO

Roza Əliqızı: "Qarabağ gerçəkləri" tədbirləri aprelə qədər davam edəcək

DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb

Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib

Qarabağı “alovlandıran” Sumqayıt hadisələri - 32 il

Xarici ekspert: “Azərbaycanda ov qaydalarına əməl edilmir”

Azərbaycanda ad gününü fevralın 29-da qeyd edənlər - STATİSTİKA

AQTA-nın laboratoriyaları koronavirusla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib

Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

İşıqforların dayanması qəzalara səbəb olubmu? - RƏSMİ

SON XƏBƏRLƏR
2020-02-28
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK