Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖMRÜMDƏKİ ADAMLARDAN BİRİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖMRÜMDƏKİ ADAMLARDAN BİRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ÖMRÜMDƏKİ ADAMLARDAN BİRİ

O təkcə mənim üçün sevilən deyildi

10918    |   2019-08-21 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəli, həyat göz və qaş arasındadı deyənlər yanılmayıb. Əslində bunu ömür deyiblər, mən qəsdən həyat yazıram. Çünki o, ömür sevən yox, həyatsevər insan idi. Danışığında da, yaradıcılığında da, hətta insanlara yanaşmasında da bir sevgi vardı Oqtay Rzanın. Dünyada tanıdığım yeganə Allah bəndəsi idi ki, dilində qeybət yox idi, ürəyində xılta yer verməmişdi. Hətta xıltlı adamlar barəsində şeir də yazmışdı. Onlara münasibətini poetik şəkildə ifadə etmişdi. O bir şair, bir müəllim, bir ziyalı, bir ağsaqqal kimi öz yerini bilirdi. Harda oturmağı, harda danışmağı elə seçib, elə ifadə edirdi ki, onun sözü də dillənilirdi, yeri də uyğun seçildiyi dərhal bəlli olurdu. Çünki Oqtay Rza sözün xiridarı idi, ustası idi. Onun sözünə qulp qoymaq mümkün deyildi. Çünki təbii idi. Allah onu məclis üçün yaratmışdı. O kədərli anda da insani duyğularını gozlətmirdi. Toyda, şənlikdə, ad günündə az qala səbəbkar kimi sevinirdi. Mən iki məqamı heç vaxt unutmuram. Onlardan biri Oqtay Rzanın uzun illərdi tanıyıb dostluq, yoldaşlıq etdiyi Nahid Hacızadənin ölümü idi. Yaman sarsılmışdı Oqtay Rza... İkincisi Adil Cəmilin oğul itkisinə az qala havalanmışdı Oqtay Rza... Hətta dilinə bir asi kəlmə də gətirmişdi Oqtay Rza... Bu onun dosta, sevdiyi adamlara, könül verdiyi insanlara diqqətinin adi cizgisi idi. Hətta mənə bir dəfə Adil Cəmilin oğul itkisi ilə bağlı şeirini təqdim edəndə dedi ki, "Mirzə, bu şeirlə Adilin yarası sağalan deyil. Amma qoy bilsin ki, mən onun yanındayam!”.

Bəli, belə idi Oqtay Rza. Və onun belə olduğunu mən az qala hər gün görürdüm, hər gün eşidirdim, izləyirdim. Çün o az qala həftənin hər gün "Ədalət”ə gəlirdi. Özü gəlməyəndə də zəng edirdi. Mütləq nəyəsə münasibət bildirirdi. Və son vaxtlar Oqtay Rzanın ən böyük narahatlığı Fərqanə xanımdan idi. Görüşən kimi soruşurdu:

- Mirzə, Fərqanə Mehdidən xəbərin var?

Cavab verirdim ki:

- Bəli, izləyirəm...

Elə buradaca əlavə edim ki, Oqtay Rza sovet dönəmindəki soyadlarda işlədilən "ov”, "yev” şəkilçilərini qəbul etmirdi. Ona görə də onun müraciəti də özünəməxsus idi. Şairə bacımız Fərqanə Mehdiyevanın sağlıq durumu ilə bağlı keçirdiyi təlaşı tez-tez dilə gətirən Oqtay Rza Anar müəllimə müraciət etməyi düşünürdü, birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərməyə hazırlaşırdı. Amma bunların heç birini etməyə fələk imkan vermədi...


Oqtay Rza hanının tanıdığı adam idi. Hələ 15 il bundan öncə onun 70 yaşına yazdığım yazıda vurğulamışdım ki, "Xalqın şairi Oqtay Rza!”. Bu fikrimi çox bəyənmişdi. Hər dəfə və hər bir məclisdə vurğulayırdı ki, "həzarat, Mədətoğlu 15 il əvvəl məni "xalqın şairi” titulu ilə mükafatlandırıb, bu mənə bəsdi”. Beləcə, məni də mükafatlandırırdı Oqtay Rza! Və mən onun həyatsevərliyini, coşqusunu gördükcə, duyduqca sanki özüm də ona qoşulub cavanlaşırdım, həyata tamam fərqli baxmağa özümü kökləyirdim. Çünki Oqtay Rzanın aurasında bundan başqa cür olmaq mümkün deyildi. Üstəlik, onun etketlərə əməl etmək tərbiyəsi də çox həssas və unudulmaz idi. Belə ki, bu adam "Ədalət” qəzetinin redaksiyasına gələndə mütləq soruşurdu: "Aqil Abbas burdadı? Tuncay xanım yerindədi?. Əgər burdadılarsa, gedim salam verim, bilsinlər ki, yazı gətirmişəm, sonra gəlim yanına, sonra səni danlamasınlar”. Beləcə, Oqtay Rza mənim də düşə biləcəyim hansısa bir vəziyyəti öncədən nəzərə alırdı. İstəmirdi ki, onun 

"Ədalət”də tez-tez çap olunmasına görə rəhbərlik kiməsə irad tutsun. Amma hər dəfə də mən ona vurğulayırdım ki, Aqil müəllim də, İradə xanım da sizin xətrinizi çox istəyir və bu qəzetin bütün səhifələri sizin üzünüzə açıqdı. İnanın ki, belə deyəndə üz-gözündəki sevinc birə-on artırdı. Elə bil dünyanı bağışlayırdın Oqtay Rzaya.

Mən heç vaxt ağlıma gətirməmişdim ki, görüşünə hazırlaşdığım, həftənin ilk iş günü birgə olacağımızı düşündüyüm Oqtay Rza barəsində indi tələsik xatirə yazıram. Amma xatirənin ən şirin bir məqamı var, onu mütləq diqqətə çatdırmalıyam. Belə ki...

Ötən həftənin son iş günü başa çatmaq üzrə idi. Redaksiyada dizaynerimiz Şamxal, bir də mən qalmışdım. Telefonuma zəng gəldi. Oqtay müəllim idi. İlk dəfə idi ki, onun səsində qəribə bir şey hiss etdim. Sanki kədərlənmişdi, nədənsə inciyib küsmüşdü. Həmişəki ərklə "Mədətoğlu” demədi. Eləcə:

- Mədətoğlu, sən bilərsən, şeirin də vaxtı var?..

Açığını deyim ki, sual mənə çatmadı. Ona görə mən də suala sualla cavab verdim:

- Başa düşmədim, ustad?!

- Bilirsən Mədətoğlu, "525”ə şeir göndərmişdim sərhədçi günü ilə bağlı. Yusif Rza mənə deyir ki, bəs indi şeirin vaxtı deyil, biz sentyabrın on beşinə kimi şeir verməyəcəyik. Mənə pis təsir elədi. Söhbət dövlət sərhəddindən gedir. Mən sərhədçilərimizin şərəfinə şeir yazmışam. Yusif Rza da mənə şeirin vaxtı deyil söyləyir.

İnanın, bir Allah şahiddir ki, Oqtay Rzanın həmin kövrək səsini heç vaxt eşitməmişdim, onun səsindəki o nisgili heç vaxt duymamışdım. Ona görə də heç fikirləşmədən dedim:

- Ustad, narahat olma, mən çap edərəm.

- Mirzə, dünənki nömrədə məni çap eləmisən. Aqil Abbas əsəbləşər, səni danlayar. İcazə ver, Aqil Abbasa zəng vurum, sonra çap elə!

- Ustad, narahat olma, Aqil müəllim heç nə deməz!

And olsun Allaha, telefonda hiss etdim ki, səsi özünə qayıdır. Bircə kəlmə dedi:

- Mirzə, mən əvvəl də "Ədalət”çi idim, indi oldum min bir faiz "Ədalət”çi! Sağlıq olsun, birinci gün görüşərik!

Sağollaşdıq. Çevrilib yanımdakı dizaynerə baxanda əvvəlindən hiss etdim ki, bütün qəzetçilərin səhifə dağıtmaq stresini o da yaşamaqdadı. İlk dəfə idi ki, Şamxala böyük qardaş ərkini etdim, "dağıdaq səhifəni” – dedim. Beləcə, Oqtay müəllimin şeirlərini səhifədə yerləşdirdik. Səhəri, yəni şənbə günü lap tezdən yenə Oqtay müəllim zəng vurdu:

- Mirzə, qəzeti almışam, yaşasın "Ədalət”! Eşq, eşq və bir də eşq!

İndi bilgisayara isti, yığcam xatirələri diqtə edəndə elə feysbuk səhifəsindən qəfil ölüm xəbərini oxuduğum Oqtay Rzanın yoxluğuna inana bilmirəm və heç inanmayacam da. Çünki xalqın şairləri, elin adamları ölümsüz olurlar. Oqtay Rza kimi dünyanın hər üzünü görmüş adamların həyatsevərliyi onları ölümsüz edir. Və üstəlik də bu adamlar söz sahibləri olduqlarından hər məclisdə yada düşür, hər məclisdə anılır. Özünün lətifəvari söhbətlərilə, sözlərilə, güclü yaddaşlarıyla və bir də ki, səmimiyyətləriylə. Ona görə də mən ustadımın ruhuna üz tutub yazmışam:


Ömrümdəki adamlar

Düşür bir-bir – yarpaq tək...

Onları qucaqlayan -

Görməmişəm torpaq tək!..


Bu doğmalıq ölçüsüz

Bu doğmalıq əbədi...

Xalqdan qopub gedənin –

Son ünvanı Kəbədi!


Təəssüfün özü də

O anda aciz hissdir..

Ürəyim uşaq kimi –

Küsdü, ölümdən küsdü...


Gedənləri düşünüb

Anladım ki, bir daha...

"Olum-ölüm” qərarı –

Şamildi tək Allaha!..


Bəli, Oqtay müəllim! Ruhun şad olsun! Bilirəm ki, yola saldığın dostlar indi başına yığışıb. Hamıdan danışırsan, elə məndən də yəqin ki... Unutma, o yer hamımızın son ünvanıdı. Və nə vaxtsa mən də son xəbərlərlə gələcəm ora. Görüşənədək!





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK