Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: PAUZA Adalet.az | Əbülfət MƏDƏTOĞLU: PAUZA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: PAUZA

Bu yazını fasilələrlə oxuyun, çünki mən onu fasilələrlə yazdım

4108    |   2019-08-17 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını yazmamışdan öncə başqa bir ovqatdaydım. Necə deyərlər, hətta həmin yazının umacını ovub, əriştəsini də kəsmişdim. Amma Bakının son dəli küləkləri və qorabişirən ay olan avqustun 8-də havanın birdən-birə dəyişib buludların gözünü yumub damcılarını üstümüzə çiləməsi məni fikrimdən daşındırdı. Yəni mən öz-özümdə bu qənaətə gəldim ki, "hər anın öz hökmü var” deyimi çox dəqiq ifadə olunmuş fikirdi. Həqiqətən də bu günün reallığı hər anın öz hökmü! Səni nə gözləyir, səni kim vuracaq və harandan vuracaq kimi düşüncələrin içərisində özünü iynədən, sancaqdan keçirdiyin məqamda bir də görürsən ki, həyatını etibar etdiyin, sirrini bölüşdüyün xəncəri saplayıb kürəyinə. Və sən onda özündən asılı olmadan pıçıldayırsan:

- Sirrini sirdaşa vermə, onun da sirdaşı var!..

Belə olan halda adi bir qığılcımın alova, tonqala çevrilməsi təbiidir. Mən sizə məşhur kəlamı xatırlatmaq üçün söyləmirəm bu fikri. Əgər xatırlamaq istəyirsinizsə, bilməyənlər varsa deyə bilərəm. Məşhur Oktyabr inqilabının ilhamçısı və rəhbəri Vladimir Ulyanov deyirdi ki, "qığılcımdan alov doğar”. İndi həqiqətən mənim iç dünyamdakı yaşantılar həm alova çevrilir, həm də külə. Çox qəribədir ki, bu təzadın arasında əriyən də, sınan da, çiliklənən də ancaq ürəkdi, duyğulardı, hisslərdi. Nə etmək olar ki, onları qorumaq mənim gücümdə deyil. Çünki dərd çəkmək, kədərə güvənc yeri olmaq, hətta ağrını-acını öz ürək adlı sığınacağında qoruyub saxlamaq, yaşatmaq mənim hardasa ömrümün ifadəsinə, yaşamına, lap bir az da köntöy desəm, missiyama çevrilib. Ona görə də pambıq nəm çəkən kimi çəkirəm özümə ağrını-acını, dərdi-qəmi.

... Bilənlər bilir (təbii ki, burda söhbət dostlardan, məni daima oxuyanlardan gedir – Ə.M.), mən həyatım boyu özümü təklikdən, tənhalıqdan xilas etmək üçün içimə sığınmağa üstünlük vermişəm. Ona görə də içimlə etdiyim söhbətlər mənə hardasa laylanı xatırladıb. Və mən də o laylanın ruhuna uyğun olaraq özümü xəyallar dünyasında saymışam. Nəticədə də dizim yerdə, əlim də göydə qalıb. Çünki xəyallar həmişə əriyib gedib, heç gerçəkləşəni olmayıbdı. Mən də bir bəndə kimi dizimi yerə qoyub, əlimi Tanrıya açmışam. İstəmişəm ki, heç olmasa xəyallarımın bir iynə boydasının gerçəkləşdirsin. Axı mən də onun bəndəsiyəm. Mənə də sevinci də, kədəri də, ağrı-acını da, dünyanın tamını dadıb, yükünü çəkmək missiyasını o verib?..

Bəli, bax elə düşündüyüm anların birində ağlımdan gəlib keçdi ki, sənə yazdığım son mesajı yaddaşımda təzələyib deyim ki:

Telefonda

səsli mesaj qoymusan:

- Bağışlayın...

indi məşğulam...

bir az sonra

arayın!..

Anladım,

amma...

bir az sonra

yəqin ki,

mən olmayacam...

siz də bağışlayın,

elə sən də!..

Dedim ki,

yaddaşımda qalsın

bağlantın,

əgər olarsa,

ruhunla bağlansın!..

***

İndi ruhumun kölgəsində oturub həmin o xəyal dediyim dünyanın küçələri ilə gəzib dolaşıram. Mənə tanış olanlar, mənim yaddaşımda ilişib qalanlar və bir də mənim özümün uydurduğum, yaratdığım nəsnələr həmin o dünyanın bu və ya digər guşəsini bəzəyir. Hətta sənin adına əkdiyim qızılgül kolunun üstündə bir bülbül də var. Mən onun cəh-cəhini də eşidirəm, dinləyirəm. Sanki mənim nələr düşündüyümü hiss edir, duyur. Ona görə də mənim fikirlərimi oxuyur, mənim istəklərimi nəğməyə çevirir. Mən bu qəribə mənzərənin içərisində həm bir az qürrələnirəm, həm də özüm özümün halıma acıyıram. Çünki xəyallarımda da səsimə səs vermisən... bu məqamda da əlimdən tutub özünlə haralarasa aparmırsan. Sanki yadlardan yad, qəriblərdən qəribəm. Ona görə də özümü bir az da fağır, zəif, hətta deyərdim lazımsız bir durumda da hiss edirəm. Görəsən niyə belə olur? Nədən hər şey müsbətə yox, mənfiyə, yüksəlişə yox, enişə doğru yuvarlanır?..

Bəli, bax elə bu sualların özü də xəyal dünyanın rəngarəngliyini bir az tündləşdirir. Və mən həmin o tünd rənglərin arasında işıq gəzirəm. Elə bir işıq ki, ordan boylananda həmin nurun sənin üstünə düşdüyünü görə bilim. Və elə səni gördüyüm həmin o işığın içərisində də içimdən gəlib keçənləri göy üzündən, yəni xəyallarımın dünyasından üzüaşağı pıçıldayım. Deyim ki:


Bu bulud nə yaman hikkələnibdi,

Canının selini sıxır aşağı...

Elə bil göy üzü silkələnibdi –

Artıq saydığını yığır aşağı...


Dumanı "zər” tutub, çiskini cərgə,

Xamlayıb, kimsəni götürmür tərkə...

Mən heyran qalmışam seldəki ərkə -

Qopub o dağlardan axır aşağı...


Üzümü, gözümü yalayır yağış

Məni göy üzünə calayır yağış...

Bəlkə də mənumçün ağlayır, yağış -

Allahın gözü nəm baxır aşağı.


Nə qədər yerimdə çabalasam mən,

Gəlmir istəyimlə vallah, gücüm tən...

Bu anın içində havalansan, sən –

Qoyma göydə qalım, çağır aşağı!..

***

Heç bir halda insan özünün içini dana bilmir. Nə olur-olsun, hətta dilin bu etirafdan qaçsa da gözlərin, sifət cizgilərin, hərəkətlərin bir Allah bəndəsi olaraq içini də büruzə verir. Hətta oxuduğuma, eşitdiyimə görə, insanların hobbiləri də, saç düzümləri də onları müəyyən məqamlarda tapılmasına, üzə çıxarılmasın kömək edir. Yəni aparılan axtarışlar, ekspertizalar bu və ya digər vasitələrdən də yararlanıb kimisə tapıb üzə çıxarırlar. Mən də nə vaxtsa hansısa bir əməlimə görə aranıb-axtarılsam, yəqin ki, yazı-pozumla tapacaqlar məni. Həmin sözlərin. fikirlərin arasında mənim kimliyimi aşkarlayıb məşhər ayağına çəkəcəklər.

Bilmirəm, sizlər həmin anı, yəni məşhər məqamını necə təsəvvür edirsiniz. Amma mən bunun həm çəkisini, həm də formasını artıq görməyə başlayıram. Elə bilirəm ki, axtaranlar hər sözümün, hər işarəmin damarında səndən nə isə üzə çıxaracaqlar. Onda mənim kimliyimi daha rahat bilib mənim də cəzamı daha dəqiq müəyyənləşdirəcəklər. Axı mən özüm etiraf etmişəm ki, mənim elə cəzalarım, günahlarım var ki... Onun cəzası durmadan, dayanmadan, nəfəs almadan sevməkdi... bütün Yer kürəsini sevgiyə bələməkdi. O sevgiyə ki, onun şah damarı göy üzünə, kökü isə yerin ən dərin qatlarına işləyir. Mən də yerlə göyün arasında sənə ünvanladığım fikirləri, sözləri bir zərgər dəqiqliyi ilə misralamağa çalışıram. İstəyirəm ki, yalnışlığa yol verməyim. Axı sözlərin, misraların arasında mənimlə birlikdə Sən də varsan.

Elə bu düşüncəni bilgisayara diqtə edirdim ki, işıqforun qırmızı lampası yanıb sönən kimi mənim də təyziqim bir anlıq yerindən oynadı:


Gör necə duman var, gör necə çən var,

Ruhumun oxşarı – gör neçə tən var?

Tay deyə bilmirəm, anam, Vətən var –

Görə bilmirəmsə mən necə deyim?!


Bulud da ağlayır, çən də kövrəlir

Saçım ovcundadı – dən də kövrəlir...

Ürəyim sinəndə - səndə kövrəlir –

Məni düşünürsən sən, necə deyim?!


Açıb pəncərəni damcıları say

Bəlkə yada düşər biz görüşən ay...

Nə vaxt yazacağam, deyəmmirəm tay –

Şeirin ən gözəlin ən, necə deyim?!


Qurduğum xəyalda tərdi çiçəklər

Özlərin çəmənə sərdi çiçəklər...

Bütün arıların dərdi çiçəklər –

Hamını şən edir, şən, necə deyim?!


Əbülfət ünvanlı bəndə olsam da

Özümdən daha çox səndə olsam da...

Meyilli torpağa, kəndə olsam da –

Ümid də bir dəndi, dən necə deyim?!

***

Bəli, bu yazının əvvəlində həm hava durumunu, həm ovqatı, həm də xəyallarımı qatıb-qarışdırdım bir-birinə. Özü də bunu bilərəkdən etmədim, sadəcə belə alındı. Lap dəqiq ifadə etsəm, söhbət anlayışdan, qarşılıqlı səmimiyyətdən, güvəndən getdiyi üçün mən çətirini yağış altında başı üzərində deyil, özüylə gəzdirən bir xəyalpərvər kimi çox qəribəlikləri keçirdim iç dünyamdan. O qəribəliyin ən incə nöqtəsi təbii ki, səninlə bağlı idi. Neyləyim ki, üzümü tutduğum hər yerdə, əlimi uzatdığım hər məkanda səndən başqa kimsəni görmürəm, heç görmək arzusunda da deyiləm. Bu qənaətimə görə, inciyənlər, lap məni qınayanlar olsa belə, fikrimdən dönən deyiləm. Çünki həyatımın qəhrəmanı sözümün, özümün güvəni Sənsən. Bu gerçəyin içində yorulduğun, usandığın, hətta məni görmək istəmədiyin anlar da mümkündür. Bunu normal, təbii qarşılayıram. Elə həmin o təbii qarşılama mərasimində də nə vaxtsa yazdığım misralar dilimin ucuna gəlir. Mən sənə yazmışdım ki:


Məni salıb dildən, haldan

Şirin imiş xəyal baldan...

Ayırmadan xəyallardan –

Sən döndər özünə məni...


Bu sevgidə Məcnun yalan

Sənə mənəm bil ki, qalan!

Seç, hələ olmamış talan –

Sən öndər özünə məni...


Adınla birgə soy gəlir

Kimə yas, kimə toy gəlir...

Ölçülüb, boya-boy gəlir –

Sən, səngər özümə məni.


Qarışıbdı yolum, izim

Çapıq-çapıq olub dizim...

İstəməyə gəlmir üzüm –

Sən göndər özümə məni...


... Hər dəfə duyğularımı sözə çevirəndə elə bilirəm ki, bir az rahatlandım, bir az iç dünyamın yükünü vərəqlərə, indiki halda bilgisayarlara köçürdüm. Amma inanın ki, son sözü, son nöqtəni qoyandan sonra bircə an nəfəs ala bilirəm. O nəfəs sadəcə pauzadı. Yəni ani fasilədi. Sonra yenə hər şey sıfırdan başlayır. Zaman-zaman bunun səbəbini arayıb-axtarıb tapmağa çalışdım. Mükəmməl bir qərar olmasa da, amma artıq içimdə şübhələndiyim bir ünvan var. Bu ünvan da səninlə bağlıdır. Artıq hiss edirəm, hətta inanıram ki, bu yazıları da sən diqtə edirsən, bu yazılar da səndəndir... Sən diqtə edirsən, sən göndərirsən, sən pışıldayıərsan, sən yazdırırsan... Mən səni yazıram, özümü yox! Hələ özümü yazmağın zamanını gözləməliyəm. Axı ən böyük həqiqət zamanın təsdiq etdiyidir! Biz o zamanın içindəyik. Ordan qalib kimi çıxa bilsək, onda sevgimiz də ən böyük və danılmaz həqiqət olacaqdı.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK