nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək Adalet.az | Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

4521    |   2019-08-07 11:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İmtahan 2019-cu il avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında başlayacaq

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Mərkəz Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

İşə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 284 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 2019-cu il avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlayacaq.

Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust 2019-cu il tarixlərində saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi”ni və "Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.




İmza:

Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb

Azərbaycana koronavirusun daxil olmasına qarşı tədbirlər görüləcək

Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı - VİDEO

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!

AZAL Çinə uçan sərnişinlərə müraciət etdi

Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir - Məzahir Pənahov

MSK deputatlığa namizədlərə çağırış edib

SON XƏBƏRLƏR
2020-01-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK