viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ayrıldıqlarımızdan da əl çəkə bilmirik... - Eminquey yazır Adalet.az | Ayrıldıqlarımızdan da əl çəkə bilmirik... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ayrıldıqlarımızdan da əl çəkə bilmirik... - Eminquey yazır

5522    |   2019-07-30 08:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu cəmiyyətdə problem azmış kimi, üstəgəl dünyanın ən gözəl hissi olan sevginin də belinə bir şələ problem yükləmişlər. Say, say bitməz. Amma məni ən çox narahat edən iki zad var. Birincisi "mənim ayrıldığım qadını dostum sevə bilməz”, ikimincisi isə "mənim bacımı dostum sevə bilməz”. Seriallarımızın, filmlərimizin qayəsi olan bu iki tabu sevənləri girinc eləyib. Hər ikisinin nəticəsi düşmənliyə, hətta türməyə də aparıb bir çox insanları.

Bu yekəbaşlığın, eqoistliyin arxasında hansı düşüncə durur? Sən kimsən ki, iki insana bir-birini sevməyini qadağan edəsən? Səndən sonra həyat davam etmirmi? Ayrıldığın adam həyat qurmalı deyilmi? İndi bunu oxuyan adam, cavabın budur: bu dünyada sevməyə başqa adam qalmadımı, niyə mənim dostum?

Hə, sən bu sualı düşünməmiş verdiyin kimi, sevgi də insanı düşünülməmiş şəkildə yaxalayır. Sən dünyanın ən eybəcər qızına da aşiq ola bilərsən, ən xudbin adamına da.

Gələk sənin "məhz niyə dostum?” tapmacanın açmasına. Bu sualı ikinci, yəni "mənim bacımı dostum sevə bilməz” deyən tiplər də verir.

Dost o adama deyirlər ki, sadiqdir, sənin ailənə pis gözlə baxmır, hətta sən olmayanda belə ailəni o adama etibar edirsən. Bu, dostluq münasibətində olan lazımlı punktlardan bir neçəsidir, amma bizə söhbətimizdə lazım olan ən vacib punktlardır. Tutaq ki, sənin ayrıldığın qadın və ya bacın dostunla sevgilidir. Bunun nəyi pisdir? Ən çox güvəndiyin adam sevir də bacını, ayrıldığın qadını. Bilirsən ki, əclaf deyil, murdar deyil, sadiq adamdır, mənliyi olan adamdır. O zaman səni nə narahat edir?

İndi deyəcəksən ki, mən o qadının əllərini tutmuşam, indi dostum onun əllərini necə tutacaq? Mən o qadının dodaqlarından öpmüşəm, indi dostum o qadının dodaqlarından necə öpəcək? Bəs, yaxşı, guya sənin sevdiyin qadını başqası heç vaxt öpməyəcək, əllərindən tutmayacaq? Və yaxud da bacın, eyni şeyləri başqasıyla yaşamayacaq?

Sənin ayrıldığın, münasibətləri bitirdiyin bir adamın həyatında nə işin? Bu, həm mənəvi, həm qanun cəhətdən qəbulolunmazdır. İndi sənə deyəcəyim söz səni incidə bilər, amma həqiqət acı olur. Hər yerdə belədir. Bir az da mən şişirdib deyim ki, aşağı-yuxarı hamı nə vaxtsa başqasının ailə qurduğu adamla sevgili olub. Yəni zənn et ki, bir futbol meydançasındasan. Qapıya, yəni əsl sevginə çatmaq üçün nə qədər adamı keçməlisən. Hamımız belə yaşayırıq.

Qəribəsi bilirsiniz nədir? Bu cür mental qafalı adamlar öz bacısını ona bacı deyən, əmiqızı deyən əmi uşaqlarına ərə verəndə narahat olmur. Ruslar və avropalılar bu məsələdə çox sərtdirlər. Onlar üçün bizimkilərin bu adət-ənənəsi əclaflıq, biqeyrətlik sözünü asossasiya edir. Amma bu, başqa məsələdir axı. Bu, həm də qan bağına dayanan məsələdir. Ki, həm də tibbi cəhətdən problemlərin yaranmasına yol açır.

Özünü əsl müasir, sağlam düşüncə adamı hesab edən şəxs bu cür mənasız, kifsimiş, insana ziyandan başqa bir şey verməyən mental düşüncənin sahibi ola bilməz. Əgər sahibidrsə, o zaman müasir deyil, sağlam deyil.

Yadıma "Dəli Kür”ün Cahandar ağası düşdü.

Cahandar ağa evlidir, iki oğul, bir qız atasıdır. Allahyarın arvadı olan Mələk öz ərinə bağlı olmur. O, Cahandar ağanı sevir. Cahandar ağanın Mələyi – başqasının arvadını evə gətirməsi ilə təbii ki, ailə arasında çox böyük söz söhbətlər baş qaldırır. Şamxal hər vəchlə öz atasına qarşı çıxır, çünki anasının üstünə təzə qadını gətirməsini qəbul edə bilmir və sonda evi tərk edir. Atasının varlı olmasına baxmayaraq, ondan heç nə istəmir və öz həyatını qurmağa çalışır.

Amma sonra iş elə gətirir ki, bacısı Şahnigar xanımın Molla Sadığın meyxanasında iştirak etdiyini biləndə o, "namusu ləkələnmiş" bacısını tərəddüd etmədən öldürür. Cahandarla Molla Sadığın arasında olan konflikti də bilirsiniz. Təhqir olunmuş Molla Sadıq kənddəki nüfuzunu bərpa etmək üçün intiqama əl atır. Bu intiqamın qurbanı seçilən Cahandar ağanın bacısı Şahnigarın Molla Sadığın qurğusu ilə meyxana məclisinə gətirilməsi ziddiyyəti kəskinləşdirir. Cahandar ağanın bacısını atın döşünə qatıb Kür qırağına aparması, Kürə qərq olan Şahnigarın oxuduğu kəlmeyi-şəhadət, yəni bütün bunları oxuyanda bir sual doğulur:

- Başqasının halalca arvadını qaçır, sonra da öz bacını yığıncaqda tut, öldür. Bu, nə dərəcədə düzgündür?

Doğrudur, Cahandar ağanı qatil olmağa vadar edən bacısının "dəli yığıncağı”na getməsi yox, həm də Molla Sadıqla olan konflikti, ona olan hirsi, qəzəbidir. Əgər o bacısını öldürməsəydi bunu hardasa başa düşmək olardı. Mələksə öz ərini sevmirdi, onu sevirdi. Və nəzərə alsaq ki, bizim əlahəzrət mentalitetimizdə kişinin ikinci arvad almasına daima yaşıl işıq var, o zaman Cahandar ağa bunu ədəbi-üsulu ilə də edə bilərdi. Mələk boşanardı, sonra Cahandar ağaya ərə gələrdi.

Amma gəlin görək bizim adamlar bu məsələyə necə yanaşır? Təəssüf...

Mənim mövzumun baş qəhrəmanı bu günün Cahandar ağalarıdır. Cahandar ağanın həyat hekayəsində hər nə qədər sadaladığım iki problem olmasa da, bizim dövrün adamlarında yarımçıq dərk olunmuş Cahandar ağa var.

Əl çəkin boşandığınız, ayrıldığınız qadınların həyatına burun soxmaqdan. Əl çəkin sevgidə kimlərəsə maneə yaratmaqdan. Əl çəkin özünüzdə olmayan şeyləri qarşınızdakılardan tələb etməkdən.

Siz Cahandar ağa deyilsiniz... Sizin dostlarınız Molla Sadıq deyil.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (100%)
“Linfild” (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK