hacklink Adalet.az | Əbülfət Mədətoğlu: SÜKUTA OXUDUĞUM ŞEİR Adalet.az | Əbülfət Mədətoğlu: SÜKUTA OXUDUĞUM ŞEİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: SÜKUTA OXUDUĞUM ŞEİR

("... Və hamıya" silsiləsindən)

6700    |   2019-07-22 08:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səbri böyük Allahım,
Onun çəkdiyi ahın
Yaz , Sən mənə günahın -
çəkim can bahasına!

Ruhum, sən ha gəvəzi
Bitməz şair həvəsi!
Nəfəsi əl əvəzi -
çəkim mən yaxasına...

Günüm günə daşına
Günümdən gün aşına...
Ürəyimin başına -
Oxu o , çaxa... sına...

Kömək üçün ün yaya
Həftə yaya, gün yaya...
Bu hər sifət dünyaya-
atılmış çağasına!

Yolun sonu göründü
Hər halımı gör , indi!
Keşikçiyəm, könüllü -
dərdimin ağasına!..




İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK