Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qəşəm İsabəyli: Anası ölməsin polisin Adalet.az | Qəşəm İsabəyli: Anası ölməsin polisin Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Anası ölməsin polisin

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

17350    |   2019-07-11 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır































Anası ölməsin polisin

Adamın ki,
Bir gecə yuxusu
Kəm olur,
Relsdən çıxıb,
Yoluna qayıda bilməyən
Qatar kimi sərsəm olur.

Anası ölməsin polisin! –
Gecəsi yox,
Gündüzü yox...
Üstəlik də
Evindən-eşiyindən gendə!
Hələ bir ağız büzürük
Adını eşidəndə!



"Nravitsya”

Feysbukda yazımı görən-görən,
"Nravitsya” qoyur altına.
Türkün ana dilində
"Bəyənirəm”deməkdi "Nravitsya”.
Dünyada bəyənilməkdən
Könül açan söz tanımıram!

Yüz ilin qarısına da
"Bəyənirəm!” desən,
Vallah, qırışığı açılar!


Yaxşı dəb salıblar indi –
Oxuyan da yazının altına
"Nravitsya” qoyur,
Oxumayan da...
Babalı öz boynuna!

Hərdən səhifəmdə
Saxta "Nravitsya”da çırtlayır.
O günü yaxın dostum
Şeirimin altında
"Yaxşı hekayədi” yazmışdı,
Dalıyca da məlun – "Nravitsya”.

Dünyada heç nə
Əvəzsiz qalmır, cənablar!
Nəyiniz gözümə dəyir,
Vicdanımın bağırtısını
Vecimə də almıram!
Əlüstü "Nravitsya” qoyuram altına.

İstəyimiz üst-üstə düşməsə də,
Halal xoşunuz olsun, bəy?!
Sizə "Nraitsya” lazımdı,
Mənə ağıllı-başlı rəy...



Uşaq yazıçıları...

Uşaq yazıçılarının üzü ağ olsa da,
Bəxti qaradıDövlətin yanında. –
Nə İlyas Tapdığa
"Xalq şairi” adı verdilər,
Nə Fikrət Sadığa.

Abır yiyəsiydirəhmətliklər,
Bu adı özlərinə böyük bildilər.

Nə umu-küsü elədilər,
Nə dil buladılar ki,
Cənab Prezidentin yadına düşsün
Onların xalq şairi olduqları.

Eheyyy, ustadlar,
Xəbəriniz varmı ki,
Adında "Xalq” olan sənət
Necə əlçatan olub?!

Yuxusunda belə yazıçı ola bilməyənlər,
Artıq növbəyə dayanıb.
Son fərmandan sonra incik düşən
Bir yığın qələmdaşı demirəm hələ!

Abır yaxşı şey imiş...
İlyas Tapdıqla Fikrət Sadıq
Bürünüb getdi.

Uşaq yazıçılarının üzü ağ olsa da,
Bəxti qaradıDövlətin yanında. –
Nə İlyas Tapdığa
"Xalq şairi” adı verdilər,
Nə Fikrət Sadığa.

Vallah, Zahid Xəlil də
Yada düşməyəcək,
Qəşəm İsabəyli də!
Dodaq büzməyin!
Peyğəmbər də birinci
Öz canına dua eləyib!

Rafiq Yusifoğlunu da deyim,
Ələsgər Əlioğlunu niyə deməyim?!
Ələmdar Quluzadəni niyə deməyim?!
Gəncədə Aləmzər Əlizadə var,
Naxçıvanda İbrahim Yusifoğlu!

Vallah-billah,
Nəüzzibillah,
Yada düşməyəcəyik!
Kim yada salsın axı bizi?!
Tıxımız-tikanımız yoxdu axı!



Dostluq

Feysbukda qız-qadınla
Dost olmağa dəyər.
Təcavüz-filan
Gözləməyə bilərsiniz.
Vay odu
Adlarının altından
Kişi çıxa!

Süpürgəçi

Səhər 5-dən küçədədi süpürgəçi,
Cavanlıqda paxıllığım tutardı onlara:
–Nəyi artıqdı bunların məndən?!
Sübh səhərdən iş başındadı,
Mən yox?!

Tezliklə rejimi dəyişdim,
Vaxtından qabaq gedirdim işə. –
Sağmal inək kimiydi qələmim!
Sonra tənbəllik aldı canımı!

İndi hərdən sübh-səhər yola çıxanda,
Süpürgəçi gözümə dəyir o anda!
Oğlu da yanında olur.
–Bu, süpürgə deyil, bala,
Atanızdı, ananızdı!

Bu olmasaydı,
Köpük qusardınız acından!
–İndi yediyimiz nədi, ay ana?!
–Allahınıza şükr eləyin,
Zibil qabı eşmirəm hələ!

Vətənin rifahı naminə
Ciddi-cəhdlə işləyir süpürgəçi!
Gözünüzə su verin,
Cənab məmurlar!







İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK