deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib Adalet.az | Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

2393    |   2019-07-09 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Bu istiqamətdə növbəti işgüzar forum iyulun 9-da İsmayıllıda keçirilib. İşgüzar forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının, ət kəsimi və satışı məntəqəsinin, süd emalı müəssisəsinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında Azərbaycan Rrspublikası Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dək iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə isə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1969 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində İsmayıllıda güzəştli kredit ayrılmış müalicə-turizm kompleksində aparılan işlərə və heyvandarlıq kompleksinə baxış keçirilib.




İmza:

Mərkəzi Bank növbəti hərrac keçirib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib

Nazir müavini: Bu ilin ötən dövründə sahibkarlara 50,1 milyon manat güzəştli kredit verilib

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Fikrət Yusifov: "Nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi..."

Azərbaycanın İranla ticarət dövriyyəsi bu ilin 5 ayı ərzində 2,3 dəfə artıb

"İqtisadiyyat" ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir

RabitəBank bazara yeni kredit məhsulu çıxaracaq

Mərkəzi Bankda növbəti hərrac keçirilib: Manat sabitdir

Energetika Nazirliyi tərəfindən ilin I yarısında strateji yol xəritələri üzrə müvafiq işlər görülüb

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK