Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yaşıllığı hərraca çıxaranlar Adalet.az | Yaşıllığı hərraca çıxaranlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yaşıllığı hərraca çıxaranlar

“Ədalət” qəzetinin redaksiyasına MÜRACİƏT

5045    |   2019-07-09 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli redaksiya!

Sizləri narahat etməyə məcburuq, çünki, biz, məmur özbaşınalıqlarının, onların qanunsuz, əsassız və rüşvətxor hərəkətlərinin "QURBANLARI” olmuşuq.

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr. 3205-ci məhəllədə beş ədəd doqquz mərtəbəli binalar yerləşir. Həmin binalarda 600-ə (altı yüz) yaxın mənzillər vardır. Həmin mənzillərdə də orta hesabla 3000 (üç min) -3500 (üç min beş yüz) insanlar yaşayır. Bu kooperativ binalar tərəfindən əhalənmiş ərazidə 2012-ci ildə cənab Prezidentin təşəbbüsünə qoşularaq sakinlərin istirahəti üçün istirahət bağı salınmış, orada 200-dən (iki yüz) çox ağaclar əkilmiş, uşaqlar üçün müxtəlif növ attraksionlar quraşdırılmışdır. Artıq 7(yeddi) ildən çoxdur ki, biz və uşaqlarımız həmin bağda olan normal şəraitdən istifadə edirik. Bu dövlətimiz tərəfindən biz ölkə vətəndaşları üçün yaradılmış bir imkandır.

Qeyd edirik ki, həmin beş ədəd çox mərtəbəli kooperativ binalar bizim vəsaitimiz ilə tikilmişdir. Binaların layihə-smeta sənədlərində həmin binaları içməli su ilə təmin edən 2000 (iki min) kub su anbarının da tikilməsi də öz əksini tapmışdır. Artıq iki aya yaxındır ki, İmişli şəhər sakini Əhmədov Rafil İsməli oğlu adlı şəxs beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşən, binaları su ilə təmin edən 2000 (iki min) kub metrlik su anbarını "AZƏRSU” ASC və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona satıldığını iddia edərək, burada tikinti işlərinin aparacağını bildirir. Ona dəstək verən həmin təşkilatların nümayəndələrinin qanunsuz hərəkətləri binanın sakinləri kimi bizim kütləvi narazılığımıza səbəb olmuşdur.



Hörmətli redaksiya!

Yuxarıda qeyd etdiyimiz kimi Əhmədov Rafil İsməli oğluna qanunsuz olaraq satılmış 2000 (iki min) kub metrlik su anbarı 1987-ci ildə həmin ərazidə beş ədəd çox mənzilli kooperativ binaların sakinlərinin maliyyə vəsaiti hesabına tikilmişdir. Su anbarının tikilməsi həmin vaxt tərtib və təsdiq edilmiş layihəsmeta sənədlərindədə öz əksini tapmışdır. Hal-hazırda həmin su anbarı da həmin beş ədəd doqquz mərtəbəli bina sakinləri tərəfindən istifadə edilir.

İkincisi, "Bakı şəhəri, Binəqədi rayonu, Mirzə Məhəmməd xan küçəsi 85 ünvanda yerləşən 32.2 kv.m qeyri-yaşayış sahəsi və 0.04287 ha torpaq sahəsində olan su anbarı 1987-ci il tarixdə orada çox mərtəbəli mənzillər tikilərkən həmin mənzillərin balansında olmuş, həmin su anbarının "Azərsu” ASC-nin balansına keçməsindən binalara məxsus olan MTK-nın və orada yaşayan vətəndaşların heç birinin məlumatı olmamışdır.


Üçüncüsü, "Bakı şəhəri, Binəqədi rayonun, Mirzə Məhəmməd xan küçəsi, 85 ünvanda yerləşən 32.2 kv.m qeyri-yaşayış sahəsi və 0.04287 ha torpaq sahəsində olan su anbarının "Azərsu” ASC-i tərəfindən orada yerləşən MTK-ya təklif olunmadan, onların razılığı olmadan və orada yaşayan şəxslərə deyil, İmişli şəhəri, Fizuli küçəsi, ev 29-da yaşayan Əhmədov Rafil İsməli oğluna satılması tam qanunsuz və əsassızdır.

Dördüncüsü, həmin ərazi Əhmədov Rafil İsməli oğluna guya istifadəyə yararsız, çökmə və təhlükəli vəziyyətdə olduğu üçün satılmışdır. Əslində su anbarının yerləşdiyi ərazi istifadəyə yararsız, çökmə və təhlükəli vəziyyətdə deyildir və su anbarının yerləşdiyi ərazi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr. 3205-ci məhəllədə, beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşir. Həmin binalarda 600-ə (altı yüz) yaxın mənzillərdə də orta hesabla 3000 (üç min) – 3500 (üç min beş yüz) insanlar yaşayır. Bu kooperativ binalar tərəfindən əhatələnmiş, su anbarı da daxil olmaqla boş ərazidə 2012-ci ildə azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında sakinlərin istirahəti üçün istirahət bağı salınmış, yaşıllaşdırma həyata keçirilmiş, orada 200-dən (iki yüz) çox ağaclar əkilmiş, uşaqlar üçün müxtəlif növ attraksionlar quraşdırılmışdır. Artıq 7(yeddi) ildən çoxdur ki, biz və uşaqlarımız həmin bağda olan normal şəraitdən istifadə etməklə istirahət edirik. Bu Azərbaycan Respublikasının Prezidentinin ölkə vətəndaşları üçün yaratdığı bir imkandır. Həmin ərazidə sakinlərin istirahəti üçün salınmış istirahət bağında tam istirahət etməyə və uşaqların oynamaları üçün bütün şərait yaradılmış, həmin ərazidə 2012-ci ildən hal-hazıradək istifadə edirik və gələcəkdə də istifadə edəcəyik.


Beşincisi, 10 may 2019-cu il tarixdə Ulu Öndərimiz Heydər Əliyevin doğum günü münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən Bakı şəhərində "ağac əkmə kampaniyası” keçirilirdi, həmin gün doğma Bakımızda minlərlə ağaclar əkildi. Biz həmin binada yaşayan şəxslərdə də dövlətimizin "ağac əkmə kampaniyasını” dəstəkləyirik. Hesab edirik ki, beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşən, ot örtdüyü ilə örtülmüş və 200-dən (iki yüz) artıq sayda müxtəlif növlü ağacların əkildiyi və binaları su ilə təmin edən 2000 (iki min) kub metrlik su anbarının Əhmədov Rafil İsməli oğlu tərəfindən hər hansı bir məbləğdə pul verməklə qanunsuz yollarla alması, bu ərazidə yerləşən 200-dən (iki yüz) çox bahalı və yaşlı ağacların kəsilməklə məhv edilməsi, orada tikinti işlərinin aparılması tam qanunsuz və əsassızdır.

Hörmətli redaksiya!


Əminik ki, sakinlərin istirahəti üçün salınmış istirahət bağı, orada əkilmiş 200-dən (iki yüz) artıq ağaclar, uşaqlar üçün quraşdırılmış müxtəlif növ attraksionlar sökülməyəcəkdir. Artıq 7(yeddi) ildən çox bir müddət ərzində biz və uşaqlarımız istifadə etdiyimiz həmin bağdan bundan sonra da rahat və normal şəraitdə istifadə etməklə istirahət edəcəyik. Hesab edirik ki, Sizlərə etdiyimiz müraciətdən sonra, bu barədə obyektiv və ədalətli araşdırılma aparılacaq, beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşən, binaları su ilə təmin edən 2000 (iki min) kub metrlik su anabarını qanunsuz olaraq satan şəxslər barəsində qanuni tədbirlər götürüləcəkdir.



Tərəfinizdən etdiyimiz müraciətə qanuni və ədalətli formada baxılmaqla kömək edəcəyinizə ümidvar olduğumuzdan Sizlərə öncədən minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Binəqədi rayonu, 6-cı mkr.,
3205-ci məhəllənin sakinləri:

Kərimov Elman Camal oğlu
Əsədov Bəylər Pənah oğlu
Abbasov Fətullah Abbas oğlu
Cəmi 314 nəfər





İmza:

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

Bakıda külək güclənir - Hazırki vəziyyət açıqlandı

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK