ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanılıb

8610    |   2019-05-15 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

13-14 may tarixlərində Füzuli rayonunda "Qadınlara Gender Əsaslı İqtisadi Dəstəklayihəsinin başlanmasına dair görüşlər keçirilib. Layihə Sosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması”layihəsi çərçivəsində həyata keçirilir.

İlk məlumatlandırma görüşü məcburi köçkünlər üçün inşa edilmiş Zobucuk qəsəbələrinin, ikinci görüş isə Qayıdış və Fin evləri qəsəbələrinin sakinləri və nümayəndələri üçün keçirilib. Bu görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, qəsəbələr üzrə bələdiyyə üzvləri, qəsəbə icra nümayəndələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi, fəal qadınlar iştirak ediblər.

STİB-in layihə meneceri Əşrəf Mirzəzadə layihənin qısa təqdimatını edərək bildirib ki, layihənin məqsədi Azərbaycan respublikasının Füzuli rayonunda inşa edilmiş 17 məcburi köçkün qəsəbələrində, xüsusilə qadınlar və gənc nəsil arasında gender məsələləri üzrə maarifləndirilmə tədbirlərinin təşkili və keçirilməsidir. Layihənin 2 komponent üzrə həyata keçiriləcəyini qeyd edən Ə. Mirzəzadə bildirib ki, birinci komponent interaktiv təlimlər, ikinci komponent isə MK qadınlara gəlir gətirən bizneslərin yaradılması üçün texniki və maliyyə dəstəyi ilə təmin edilməsi şəklində olacaq. Nəticədə qadınlar tərəfindən idarə olunacaq MMC-lər yaradılacaq.

Görüşlərdə söz alan KOBİA-nın nümayəndəsi Hafiz Sadıqov qeyd edib ki, Füzuli rayonu ərazisində belə bir layihənin icra olunması çox təqdirəlayiqdir və bu qadınlar arasında sahibkarlığa marağın artmasına böyük təkan verəcək. Bununla yanaşı H. Sadıqov layihə nəticəsində yaranacaq sahibkarlıq subyektlərinə KOBİA tərəfindən lazımi dəstək göstəriləcəyini deyib.

Görüşlərdə iştirak edən Füzuli rayon İH-nin Sosial-İqtisadi məsələlər üzrə müavini Süleyman Əliyev bildirib ki, bu layihə MK qəsəbələrində məskunlaşmış qadınların sosial-iqtisadi inteqrasiyasına çox müsbət təsir edəcəkdir və onların cəmiyyətdə daha fəal olmaqlarına şərait yaradacaq.

Hər iki görüşün sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və təkliflər dinlənilib.




İmza:

Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərslikləri geri qaytarılmalıdır - Anar Mirzəzadə

Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi

SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fləşmob

I sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə start verilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

Abituriyentlərin nəzərinə: UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq

Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

“Rəqəmsal bacarıqlar” layihəsi üzrə 72 teledərs ictimaiyyətə təqdim olunub

Vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

"Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb

UNEC tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub

SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF

Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərslikləri geri qaytarılmalıdır - Anar Mirzəzadə

“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK