Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ƏFSANƏVİ SƏRKƏRDƏNİN EV-MUZEYİNDƏ Adalet.az | ƏFSANƏVİ SƏRKƏRDƏNİN EV-MUZEYİNDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

ƏFSANƏVİ SƏRKƏRDƏNİN EV-MUZEYİNDƏ

Əlli ildə buraya bir milyondan çox ziyarətçi gəlib

4012    |   2019-04-30 18:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəran şəhərində hamıya tanış bir ünvan var: İsmət Qayıbov küçəsi, 19. Dünyaca məşhur sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun ev-muzeyi burada yerləşir.

Generalın həyatı və döyüş yolu haqqında müfəssəl məlumat almaq və ən əsası onun hələ 8 yaşında ikən-1918-ci ildə öz əli ilə əkdiyi 101 yaşlı innab ağacını görmək üçün qəhrəmanın evinə yollandıq.

Yeri düşmüşkən bildirək ki, Həzi Aslanovun ev-muzeyi 9 may 1969-cu ildə istifadəyə verilərkən cəmi 2 otaqdan ibarət olub. 8 may 1983-cü ildə evin yeni ekspozisiya otaqlarının açılışı edilib. Otaqların sayı 5-dək artırılıb və muzeyin ümumi sahəsi 114,2 kvm-ə çatdırılıb.

Həmin gün muzeyin açılışında respublikanın dövlət orqanlarının məsul işçiləri, qəhrəmanın oğulları-Tofiq Aslanov, Arif Aslanov, qardaşı Abbasqulu Aslanov, yaxın qohumları, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

1985-ci ildə Həzi Aslanovun ev-muzeyi qələbənin 40 illiyi münasibətilə hərbi-vətənpərvərlik sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.

Həzi Aslanovun ev-muzeyinin ilk direktoru qəhrəmanın ömür-gün yoldaşı Xavər xanım Aslanova olub. Bir il sonra isə bu vəzifəyə Həlimə Axundova təyinat alıb. Daha bir müddət sonra muzeyə rəhbərlik işi Tamara Fətullayevaya tapşırılıb. Tamara xanım, demək olar ki, muzey yarandığı gündən burada çalışıb. Elmi işçi vəzifəsindən direktorluğa kimi yüksəlib. Cəmi bir ay öncə sevimli işindən ayrılıb.

Qeyd edək ki, generalın ev-muzeyinin ziyarətinə müxtəlif vaxtlarda tanınmış simalar- qəhrəmanın döyüş yoldaşları, korpus komandiri və digərləri gəliblər. Məşhur müğənnilər, Xalq artistləri Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadov və Məlik Məhərrəmov da generalın ev-muzeyini ziyarət edənlərdəndir.

Muzeyin elmi işçisi Cəmilə Şərifovanın sözlərinə görə, generalın evində qəhrəmanın anasının və özünün şəxsi əşyaları saxlanılır:"Ev yerli memarlıq üslubunda çiy kərpicdən tikilib. Evin 5 otağı və 1 geniş eyvanı var. Birinci otaqda generalın anası Nuşafərin xanımın şəxsi əşyaları qorunur. İkinci otaqda qəhrəmanın 1924-40-cı illər ərzində hərbi xidməti əks etdirən ekspozisiyalar, üçünü otaqda onun Moskvadan Stalinqrada qədər keçən döyüş yolundan xəbər verən ekspozisiyalar, 4-cü otaqda Belarusiyada Baltikyanı ölkələrə qədər döyüş yoluna dair ekspozisiyalar, 5-ci otaqda isə muzeyə verilən hədiyyələr, generalın bir neçə şəxsi əşyası, o cümlədən general forması və sırıqlısı saxlanılır”.

Təqdirəlayiq haldır ki, muzeydə saxlanılan eksponatların sayı 2351 ədədə çatıb. Onlardan 421 ədədi eksponatların əslidir, 1930 ədədi isə elmi-köməkçi eksponatlardır. Burada generalın xatirə əşyalarından şəxsi hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə və s. saxlanılır.

C.Şərifovanın bildirdiyinə görə, bu günə qədər qəhrəmanın ev-muzeyinə bir milyondan çox ziyarətçi gəlib. Onların əksəriyyəti öz ürək sözlərini muzeyin xatirə kitablarına yazıblar. Artıq xatirə kitablarının sayı 50-ə çatıb. Maraqlıdır ki, ilk xatirə kitabına ilk ürək sözü muzeyin açılışı günü Azərbaycanın görkəmli yazıçıları Hüseyn Abbaszadə və Əli Vəliyev yazıblar.

Qeyd edək ki, Hüseyn Abbaszadə Həzi Aslanovun döyüş yolundan bəhs edən "General" romanının müəllifidir.

Zəruri xatırlama: Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-dəLənkəranda anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol göndərişi ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdəBakıvə Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İkiillik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və müxtəlif medallarla təltif olunub.

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də,SSRİhərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

QəbriBakıda Şəhidlər Xiyabanındadır.

Azad ZÜLALOĞLU,

Ağaddin BABAYEV,

Lənkəran.




İmza:
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK