nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Leyla Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası keçirildi - FOTO Adalet.az | Leyla Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası keçirildi - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Leyla Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası keçirildi - FOTO

3734    |   2019-04-19 09:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada "Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Bu il də aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr qoşulub.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev jurnalistlərə bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu aksiya artıq 10-cu ildir ki, keçirilir. Samir Əliyev qeyd edib ki, xeyriyyə aksiyasının donorları qan verərkən həm öz sağlamlıqları barədə məlumat əldə edir, həm də qana ehtiyacı olan insanlara yardım göstərirlər.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın artıq ənənə halı aldığını vurğulayaraq deyib: "İl ərzində RAGB tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik aksiyasının təşkilinə görə, Qan Mərkəzi kollektivi adından Leyla Əliyevaya təşəkkürümü bildirmək istəyirəm”.

"Qanın milliyyəti yoxdur” aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.




İmza:

Baş infeksionist əhaliyə müraciət etdi: Vacib deyilsə, İrana getməyin

Çox yatmaq təhlükəli xəstəlikdir

Səhiyyə Nazirliyi: Koronavirusa qarşı vəziyyət stabildir

Tibb müəssisələrində ödənişlərin aparılması üçün bank kartı buraxılıb

Bakıda daha 2 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi - RƏSMİ

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

Soğan yeyənin içi göynəmir, xəstəliyi azalır...

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız

Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu

İngiltərədən gəlmiş pasiyent Mərkəzi Gömrük Hospitalında bariatrik əməliyyata daxil oldu

SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK