warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | “Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi Adalet.az | “Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi

2342    |   2019-04-15 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər məktəbliləri arasında keçirilən "Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşdi.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium birgə əməkdaşlıq çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universiteti və Park Bulvar AVM-in dəstəyi ilə 12 aprel "Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər dəvam edib.

Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib. Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib. "Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər.

Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-də fəaliyyət göstərən TUSİ-BOHM Planetariumda "Kosmonavtika günü” ilə əlaqədar olaraq təntənəli şəkildə qeyd olunub. 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında I yerə – 25 bal ilə 103 saylı tam orta məktəbin şagirdi Firudin Musalı, II yerə – 24 bal ilə 167 saylı tam orta məktəbin şagirdi Tuqay Xəlilli, III yerə isə 22 bal ilə İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Hidayətzadə İmran layiq görülüb. 2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında I yerə – 19 bal ilə təqdimatının orijinallığı ilə fərqlənən 91 saylı tam orta məktəbin şagirdləri Alıyeva Lalə və Matveyeva Fatimə; II yerə – 19 bal ilə 329 saylı tam orta məktəbin şagirdi Məmmədli Səid, III yerə isə 18 bal ilə 7 saylı tam orta məktəbin şagirdi Əliyev Ağabaqir layiq görülüb.

Müsabiqə nəticəsində yaş qrupları üzrə I yerə layiq görülənlər 500 AZN, II yerə - 350 AZN, III yer isə 250 AZN dəyərində pul mükafatı, diplom və hədiyyələr ilə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilər isə sertifikat və hədiyyələr ilə mükafatlandırılıblar.



İmza:

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Ermənilər işğal altındakı torpaqlarımızda altı kiçik su elektrik stansiyası tikirlər

UZAĞI ON BEŞ SUTKADIR DANA

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK