bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | NİYƏ BİZƏ GƏLMİRSƏN?!. Adalet.az | NİYƏ BİZƏ GƏLMİRSƏN?!. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NİYƏ BİZƏ GƏLMİRSƏN?!.

28593    |   2013-04-27 00:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir zamanlar çox dəbdə olan bir mahnı vardı bu adda. Bir az umu-küsü, bir az ərk, bir az da qınaqdan yoğrulmuşdu. Sevildiyinə əmin olan bir insanın inamı, bu inamdan doğan bəxtəvərliyi süzülürdü hər sözündən, sətrindəng "Küçəmizdən keçirsən, niyə bizə gəlmirsən?! Məni yaddan soruşursan, niyə bizə gəlmirsən?!"

Doğrudan da, yolun bu qədər yaxınkən, qapımızı döyməkçin istənilən qədər bəhanən varkən, niyə qədəmlərini bizim mənzilə basmayasan?! Onsuz da, hamı bilir, istədiyin yerə getməkçin bu küçədən keçməyin o qədər də vacib deyil. Yolunu buradan salmağının səbəbi qonum-qonşunun balaca uşağına da bəllidi. Ağlın qoymur ki, ayaqların ürəyinin çəkdiyi yerə aparsın səni. Gözlərinin baxmaq istədiyi tərəfə başın dönmür. Kimi aldadırsan? Özünü, yoxsa, özgələri? Özündən başqa heç kəsi! Guya saymazyana, arxayın-arxayın yerişinlə kimisə aldatdığınımı sanırsan? Zavallıg Daha demirsən ki, qadınlı-kişili bu adamların çoxu sənin indi getdiyin yolları çoxdan geri qayıdıblar. Bu səbəbdən də səni anlayışla qarşılayırlar, nə qədər ciddi görkəm alsan da, tövrlərini ciddiyə almırlar. Xəfif, mənalı təbəssümlə gözaltı süzürlər. Hələ desən, cavanlığını həsrətlə xatırlayıb gizlicə köks ötürənlər də var. Bu sevgiyə inananlar da, sonunu düşünmədən qibtə edənlər də tapılar aralarında. "Sevginin sonu qovuşmamaqdır" deyib kədərlənənlər də yox deyilg

Sənsə bu an bütün varlığınla bir mənzilin küçəyə açılan pəncərəsinə zillənmisən. Pərdənin necə ehtiyatla aralandığını, meh vururmuş kimi titrədiyini də duyursan. Bütün ruhunla, cərəyana qoşulmuş kimi gizildəyən vücudunla duyursan. Oğrun baxışlardan istilənən kürəyin səni çox soyuqlardan qoruyacaq...

Amma dönüb baxmırsan...

Hələ yadlardan soruşmağın... Bunu nədən edirsən, bir özünə bəllidi... Bilirsən ki, gəlib çatdıracaqlar. Sirrini özün açsan, nə olar ?! Tərs cavab alsan, boynundan atmaq asan olsun deyəmi?!

Əsl diplomatiyadı... Sevgi diplomatiyası...

***

Bu mahnını xoş bir ovqat yaratmaqçın yada saldım. Xatırladıqca özüm də zövq aldım, göz önünə gətirdiklərimi sizlərlə bölüşdürmək istədim... Qəlbə ağırlıq gətirmir, kədər vermir... Hələ çoxlarının evində telefon olmadığı dövrlərin mahnısıdı. Həsrəti, intizarı yox eləməyin ən yaxşı yoluydu; gündə bir bəhanəynən ürəyinin çəkib apardığı yollardan keyimiş ayaqlarınla xəyal kimi keçib getmək...

Kim nə deyir-desin, nə düşünür-düşünsün...

İndi də belə olaydı, keşkə...

Mobil telefonların, skaypların ucuzlaşdırdığı, dadını qaçırdığı söhbətlərin, görüşlərin romantikası heçə enib. Bir zamanlar kosmosla, kosmonavtlarla belə danışardılar. İndi... onsuz da, hərəmiz bir planetdə yaşayırmış kimi ayrılmış, soyumuşuq bir-birimizdən... Üz-üzə, göz-gözə otursaq da, o qədər yadıq, uzağıq ki... Qəlblərimizin qaranlığına gömülən dərdlərimizdən, istəklərimizdən xəbər tutmağı da çoxdan tərgitmişik...

Bir gün mobil telefonlar da doyurmayacaq bizi. O da az görünəcək, uzaq gələcək bizə. Tamarzı ruhumuzu kompüter görüntüləri bir az da acgöz edəcək. Sevgidən doğan həsrətin, xiffətin qənimidi, ona görə. Əlçatmaz şeylər azaldıqca, yaxınlıqlar da müşkülə dönür. Daha çox yaxınlaşmaqçın daha qolay yollar, üsullar arayacağıq. Yenə əksinə olacaq. Bir az da artıq uzaqlaşacaq, yadlaşacağıq. Səbəbi...

Səbəbi nə zamanda, nə məkanda, nə də robotlaşan, dəmirləşən dünyamızdadı. Səbəbi öz içimizdə-tamahımızda, acgözlüyümüzdə, görməmişliyimizdə, bir-birimizin cibinə girməyimizdədi... Hamısını da bilə-bilə edirik. "Aya qədər getdik, qonşuya getməyə vaxt tapmırıq" deyən də özümüzük. Dədəsi-babası atla, arabayla ən uzaq kənddəki ən uzaq qohumunu görməyə gedənlərin nəvəsi bu gün iki addım atıb qonşusuna baş çəkmək istəmir. Oğurladıqlarını kimsənin görməsini istəməməsidi səbəbi... Elə buradan başlayıb, burada da qurtarmaq olardı. Ancaq...

Ancaq ürəyim boşalmayıb hələ...

Hamımızın həsrətini çəkdiyimiz bir İnsan var... Günün günorta çağında əlində şam adam axtaran hansı filosof idi?! Bəs, çəlləkdə yaşayan?! Çoxumuz adlarını əzbər bilirik onların. Amma nə olsun?! Qabımıza nə qoyuruq ki...

Doğrudanmı, bu dünyada çox az şey dəyişib?!.

Könüllərimizi, fikirlərimizi, əməllərimizi nə kirlədir bunca? Mənliyimiz yolunu azmış istəklərimizə nə vaxt hökm edəcək? İçimizdəki İnsan nə zaman dirilib bütün pisliklərə "Dur!" deyəcək?!

***

Canımız sıxılanda, səbrimiz daralanda "durum, bir qonşuya baş çəkim" demişik zaman-zaman. Yanılmamışıq. Qonşunun qapısını açanda, ya o, qapımızdan girəndə üstümüzə gün doğub sanki. Dərdlərimizi unutmuşuq, unuda bilməsək də bölüşmüşük, ağrı-acıların əhdini kəsmişik, tək olmadığımıza inanmışıq...

İşimizi asanlaşdıran, yaxınlığımızı artıran cihazlar kəşf olunduqca, qəlbimin rahatlığı pozulur. Düşünürəm: hərəkətsizliyin, tənhalığın bir nədəni də artdı, demək...

P.S. Görəsən, elliklə Aya köçsək necə, onda da qonşuya getməyəcəyik?!.

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK