bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Bu intihar həyəcan siqnalıdır... - SORĞU Adalet.az | Bu intihar həyəcan siqnalıdır... - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bu intihar həyəcan siqnalıdır... - SORĞU

9477    |   2019-04-14 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi Bakı şəhəri 162 saylı tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva intihar etmişdir. Bu xəbər ölkə gündəmini, sosial şəbəkələrdə geniş əks səda doğurdu. Hadisə haqda ilkin məlumatda deyilirdi ki, guya o ehtiyatsızlıq ucbatından məktəbin pəncərəsindən yıxılıb. Lakin daha sonra onun yıxıldığını yox özünə qəsd etdiyi məlum olub.

Adalet.az məsələ ilə bağlı deputat, ziyalı, psxioloq və juranlistlərdən fərqli münasibət öyrənib. Səsləndirilən fikirlərdə günahlandırılan tərəflər və səbəblər müxtəlifdir. Bəs, məsələnin kökündə duran əsas səbəb nədir? Niyə uşaqlar intihar edir?


Millət vəkili Qənirə Paşayeva: "Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil… Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır. Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… "Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır…Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? - hamısı ciddi araşdırılmalıdır.”


"Əməkdar jurnalist” və teletənqidçi Qulu Məhərrəmli: "Elinanın intiharı və bununla bağlı baş verənlər çox üzücü hadisələrdir. Bu hadisə məktəblərdə, ümumiyyətlə orta məktəb təhsili sistemində problemləri üzə çıxarmaqla yanaşı, həm də cəmiyyətdəki mənəvi-əxlaqi naqisliklərin artıq qorxulu "bəhrələr” verdiyini göstərdi. İndi "uşaqlar niyə intihar edir” sualının çox cavabları var. Burada yaş psixologiyasından gələn iftat həssaslıq, hədsiz çılğınlıq, ətrafdakı sosial mühitin, o cümlədən məktəbdəki mənəvi-psixoloji atmosferin, media və şəbəkə davranışlarının, uşağın özünün hansısa davranışa, xüsusən ədalətdizliyə qeyri-adekvat reaksiyası da müəyyən rol oynaya bilər. Bütün hallarda mən bu hadisəyə cəmiyyətdə hökm sürən laqeydliyin, insan taleyinə biganəliyin və məsuliyyətsizliyin nəticəsi kimi baxıram.”


Psixoloq Gülnar Orucova: "Sadəcə, ətrafındakı insanların ona olan pis münasibətini dəyişmək istəyib. Əgər bir insan intihar edəcəyini əvvəlcədən deyirsə, deməli, ətrafındakıların ona olan münasibətinin psixologiyasına pis təsir etdiyini açıq formada bildirmək istəyir. Yəni "məni intihara məcbur etməyin” demək istəyib. Onun intihar barədə dedikləri, yazdıqları xəbərdarlıq siqnalıdır. Düşdüyü mühit onu doğru anlaya bilməyib. Gözlədiyi dəstəyi görmədiyi üçün özünə zərər verməyə çalışıb. Bu hadisə məktəb direktorlarına, müəllimlərə, şagirdlərə dərs olmalıdır.İntihar etmək heç də insanların davamlı düşündüyü bir şey deyil. Bu, qəfil insanın ağlına gəlir və həmin anda ona cəhd edir. İnsanların əksəriyyəti özünü öldürmək məqsədilə intihar etmir. Sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfi peşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etmək üçün bu yola əl atır. Bəzi hallarda intihar edənlər həyatı bizdən qat-qat çox sevən insanlar olur. Sadəcə, o adamlar həmin anda düşünürlər ki, içində olduqları problemləri həll edə bilməyəcəklər”.


Hüquqşünas Rüstəm Hacıyev: "Bu faktla bağlı KİV-lərdə çox sayılı verisyalar səsləndirilir. Lakin hadisənin baş vermə səbəbləri hazırda Respublika Prokrorluğu və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən aparılan araşdırmalardan sonra məlum olacaq. Yalnız ondan sonra günahkarların cəzalandırılması məsələsinə aydınlıq gələcək.

Son zamanlar orta məktəb şagirdlərinin və ümumiyyətlə gənclərin intihar etmələrilə bağlı hadisələrin sayı artmaqdadır. Bunun səbələrinin araşdırlması və aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidi. Mənim fikrimcə, əsas səbəblərdən biri son 20-30 ildə cəmiyyətimizdə baş verən quruluşun dəyişdirilməsi faktı da müəyyən rol oynaya bilər. Məsələn, bütün neqativ halları ilə yanaşı, sosialist rejimi dövründə gənclər lap uşaq yaşlarından müxtəlif, maraqlarına uyğun dərnəklərə cəlb olunur, hətta onlar üçün yay tətilləri vaxtı da pioner, komsomol düşərgələri təşkil olunurdu. Burada onlar üçün müxtəlif yarışlar, müsabiqələr, əyləncələr, intellektual oyunlar və.s keçirilirdi. Uşaqların şəxsiyyət kimi formalaşması üçün bu cür tədbirlərin də rolu böyük olurdu. Məktəblərdə uşaqların təlim –tərbiyəsi mühüm rol oynayırdı.

Hazırkı dövrdə, fikirimcə, uşaqlarda və gənclərdə aqressiyanın yaranmasının əsas səbəblərindən biri də müasir texnologiayaların inkişafı və bu inkişafın istiqamətinin neqativ tərəfə yönəldilməsində maraqlı olan transmilli korparasiyaların fəaliyyətdir. Fikir verirsinizsə, internet resurslarında maraqlı, tərbiyəvi əhəmiyyətli materiallarla yanaşı çox sayılı aqressiya yarada biləcək materiallara da geniş yer verilir. Müasir gənclik daha çox məhz aqressiya yarada biləcək materiallardan daha çox istifadə edir. Bu təkcə diqqət yetirsəniz, bu hallar tək bizim ölkədə deyil, bütün dünyada baş verir. Zorakılığı, vəhşiliyi təbliğ edən materiallara daha çox baxılır ki, bu da təbii olaraq gənclərdə müəyyən aqressiya yaradır və bəzən iradəsi zəif olanları, mübarizə aparmağı bacarmayanlar arasında intihar hallarına gətirib çıxarır.”


"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: "Bu dəhşətli faciənin sadə vətəndaşdan təhsil sisteminin nöqsanlarına qədər bir çox məqamları əhatə edən kompleks səbəbləri var. Normalda məktəb direktoru şagirdə valideyn qədər yaxın, qayğıkeş olmalıdır. Əgər deyilsə, çox pis, amma məktəbli dostların qayğısı, şəfqəti direktorun vicdansızlığının təsirini azalda bilərdi. Amma direktor da vicdansızdır, şagirdlər də; tam bir-birinə uyğundurlar, yəni elə zalım şagirdlərə o cür də əzazil direktor lazımdır. Bu iki zalım tərəfdən ibarət mexanizmin çarxlarının arasında qalan zavallı, məsum bir qız həyatını itirib. Bu, məktəbin şagirdlərinin də vicdanında bir ləkədir, rəhbərliyinin də! Biri pis idisə, digəri yaxşı olsa, Elina ölməyəcəkdi, amma təəssüf ki, ona qarşı hamı pis və vicdansız olub." 


İmza:Sübhan

NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilidi

İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə

Nazirlik Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları üçün pulsuz təlimlər təşkil edir

Müdafiə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib - VİDEO

Kəmaləddin Heydərov: "İlkin versiyaya görə, yanğın quru otdan başlayıb"

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm” - Fuad Abbasov

AQİL ABBAS: «ŞİRMƏMMƏD HÜSEYNOVUN ÇOX YAŞAMASININ SİRRİ»

101 yaşlı Azərbaycan Silahlı Qüvvələri

Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı

SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK