hacklink Adalet.az | "Damlanın izləyici sayı milyon, Flora Kərimovanınkı isə əlli mindir" - MÜSAHİBƏ Adalet.az | "Damlanın izləyici sayı milyon, Flora Kərimovanınkı isə əlli mindir" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Damlanın izləyici sayı milyon, Flora Kərimovanınkı isə əlli mindir" - MÜSAHİBƏ

16870    |   2019-04-08 14:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış müğənni Aslan Hüseynov "Ədalət" qəzetinin suallarını cavablandırıb.

- Aslan bəy, bildiyimə görə yaxın günlərdə səfərdən qayıtmısınız...


- Konsertlə bağlı səfər deyil, Qazaxıstana toya getmişdim. Ordan da Qırğızıstana-Bişkekə getdim. Çünki neçə il orada yaşamışam, dostlarımı görməyə getmişdim.

- Adətən həmkarlarınız bütün xarici səfərlərini konsertlə bağlayırlar. Siz nə əcəb belə demədiniz?

- Hə, elə şeylər olur. Onu konsert verməyənlər deyir.

- Yeri gəlmişkən, Azərbaycanda solo konsertiniz olub?

- Azərbaycana yeni gələndə Qubada, Gəncədə, Şəkidə solo konsertlərim olub. Amma sonra həvəsdən düşdüm.

- Artıq 15 il keçir...

- Kimə lazımdır ki, konsert?

- Bəlkə düşünürsünüz ki, biletlər satılmaz?

- Bizdəki konsertlərin əksəriyyətinin necə keçirildiyini bilirəm. Hətta bir dəfə böyük sənətkarımızın konsertində oturmuşdum. Tamaşaçılardan narazı sözlər eşitdim. Deyirdilər ki, ilin günün bu vaxtı maaşımın filan qədərini konsertə görə tutublar. Mənə də elə konsert vermək lazım deyil. Bunları məndən yaxşı bilirsiniz. Özümə sponsor axtarıb yalvarmaq istəmirəm. Müğənni kimi yox, tamaşaçı kimi bir fikrimi deyim. Bu gün bütün müğənnilərimizi toyda görmək olur və mən də daxil olmaqla hamımız adiləşirik.

- İcazənizlə bir məqamda sizə opponentlik edim. Bu yaxınlarda Sibel Canın Bakıdakı konsertində oldum. Məndə belə təəssürat yarandı ki, bizim sənətçilərin tamaşaçıyla ünsiyyət, səmimiyyət problemi var. Məsələn, həmin konsertdə hətta yaşlı qadının əlini öpdü. Digər tərəfdən səbəb toydursa, Murat Bozdan Sibel Cana qədər bütün türkiyəli sənətçilər Bakıya da toya gəlirlər.

- Murat Boz və Sibel Can buradakı toylarda bizim qədər olmur. Amma bizi marketdə də, meyvə alanda da görürlər. Bu şeylər müğənnini adiləşdirir.

- Amma bu gün konsert salonlarını dolduran Damla, Talıb Tale, Üzeyir Mehdizadə kimi sənətçilər həm də toy müğənniləridir. Sizə elə gəlmirmi ki, bu, həm də zövq məsələsidir?

- Təbii ki, zövq məsələsidir. Adını çəkdiyiniz ifaçıların, məsələn, Damlanın sosial şəbəkədəki izləyicilərinin sayı milyonu ötür. Amma Flora Kərimovanın izləyici sayı altmış min nəfərdir.

- Alim Qasımovun da izləyici sayı əlli min olmalıdır...

- Bu, sənət göstəricisi deyil.

- Sizin izləyiciniz nə qədərdi?

- Mənim izləyicim 15 min nəfərdir.

- Hansı müddətə 15 min?

- İlyarım.

- Amma deyəsən bəzi sənətçilər izləyici sayını müxtəlif vasitələrlə artırırlar.

- Mənə də təklif edilib, amma razılaşmamışam.

- Gün ərzində sosial şəbəkəyə nə qədər vaxt ayıtırsınız?

- Gündə təxminən iki saat vaxtım sosial şəbəkələrə gedir. Bekarçılıqdandır da (gülür).

- Neçə nəfəri izləyirsiniz?

- Altmışa yaxın insanı izləyirəm. Aralarında sənət yoldaşlarım da var, ailə dostlarım da.

- Belə fikirlər var ki, Azərbaycanda ailə institunun zədələyən səbəblərdən biri də sosial şəbəkələrdir. Aktiv sosial şəbəkə istifadəçisi kimi siz necə düşünürsüz?

- Bütün pis şeylər sosial şəbəkədən başladı. Əvvəl senzura var idi, indi sosial şəbəkədə hər şey paylaşılır, hər kəs görür.

- Deyirlər ki, sosial şəbəkədə qadın müğənnilərin baldırları oxuduqlarından daha çox layk qazanır...

- Kim necə geyindiyini özü bilər, qarışmaq istəmirəm.

- Siz Azərbaycana yeni gələndə Rəqsanə ilə duet oxudunuz və uğurlu alındı. Niyə ondan sonra heç kimlə duet oxumadınız?

- Duet təklifi Rəqsanədən gəlmişdi. Çünki o özbək mahnılarını çox sevir, Özbəkistanın xalq artisti Azadə Musayevanın illər boyu fanatı olub, bir neçə mahnılarını ifa edib. Elə indi də Rəqsanə ilə münasibətlərimiz yaxşıdır. "Qaragöz boy" mahnısını Rəqsanə seçdi və ondan sonra məclislərimizin də sayı artdı.

- Nə əcəb Orta Asiyanın məşhur sənətçilərindən kimləsə duet oxumursunuz?

- Özbəkistana gedəndə Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın evində qonaq oldum, qərara gəldik ki, duet oxuyaq. Hər zaman məni çox qonaqpərvərliklə qarşılayır. Hətta studiyaya gedib mahnını da oxumuşduq, sonrada heç birimiz üstünə düşmədik.

- Vəzifəli şəxslərin sözlərinə, yaxud musiqisinə mahnı oxumaq dəb halını alıb. Bir çox hallarda isə həmin vəzifəlilər mahnının bütün xərclərini üzərinə götürür. Siz əbelə təklif edilibmi?

- Təklif olub, amma razılaşmamışam. Demirəm ki, böyük sənətkaram. Sadəcə, oxumaq istəmədim də.

- Yetərincə təcrübəli sənətçisiniz və bu suala cavab verməyə yəqin ki, mənəvi haqqınız var. Gənc ifaçıalrdan kimləri bəyənirsiniz?

- Deyə bilərəm ki, yaxşı ifaçılar var. Amma inanın ki, adları yadımda qalmır. Kimsə fikirləşməsin ki, kiminsə adını çəkməklə bəylikdən düşərəm. Nədənsə yaşlı nəsil qəbul etmir ki, biz əbədi deyilik. Biz sovet səhnəsinə Flora Kərimova, Müslüm Maqomayev, Zeynəb Xanlarova kimi sənətkarlar vermişdik. Amma bu gün onlara alternativ görmürəm.


- Təxminən otuz illik sənət təcrübəniz var. Amma bəzən belə fikirlər olur ki, Aslan Hüseynovu ən çox tanıtdıran AzTV-nin keçmiş sədri Arif Alışanovu tənqid etməsi idi. Bu fikirlə razısınızmı?

- Mən Azərbaycana atma ritm gətirmişəm və o vaxt bun ritmdə heç kim oxumurdu. İndi bütün ifaçılar bu ritmdə oxusalar da, adımı çəkmirlər ki, bəylikdən düşərlər. Alışanov məsələsinə gəlincə, o, vəzifədən çıxarılanda bir kəlmə də tənqidi fikir söyləmədim ki, iyrənc görünməsin. Yəni, fikrimi vəzifədə olarkən demişdim. O vaxt heç bir sənətçi mənim tərəfimi tutmasa da, sonradan Alışanovu tənqid etməyə başladılar.


İntiqamVALEHOĞLU




İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK