Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Heç vaxt planlı iş görməmişəm" Adalet.az | "Heç vaxt planlı iş görməmişəm" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Heç vaxt planlı iş görməmişəm"

24598    |   2019-03-18 08:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Könül xanım xoş gördük sizi, necəsiniz?

- Çox sağ olun yaxşıyam, sizi də xoş gördüm, xoş gəlmisiniz.

Maşallah yaxşı gördük sizi, bir az özünüzdən danışın. Özünüzü təqdim edin.

- Təşəkkür edirəm yaxşı gününüz olsun. (gülür) Adım Könül, Bakı şəhərində anadan olmuşam. İdmançıyam, 2015-2017 ci illərdə Paurlifting idman növü üzrə yarışlarda dəfələrlə birinci yerə layiq görülmüşəm, idman ustası adını qazanmışam. Uzun müddət məşqçi vəzifəsində çalışmışam, hal-hazırda da işimi davam etdirirəm.

İdman demişkən, son illər sizi yarışlarda görmürük bu nə ilə bağlıdır, sağlamlıq ilə bir əlaqəsi varmı?

- Düzdür son iki il olar ki, yarışlarda iştirak etmirəm, ümumiyyətlə bu illər ərzində demək olar ki, idman sahəsindən uzaq düşmüşəm. Xeyir sağlamlıqla bağlı heç bir əlaqəsi yoxdur, şükürlər olsun hər şey yaxşıdır. Sadəcə olaraq şəxsi məsələlərlə bağlı həm də, bir müddət başqa sahədə çalışmağımla əlaqədar olaraq idmandan uzaq düşmüşdüm. Çox şükür yenidən idman sahəsinə qayıtmışam, sevdiyim işin başındayam (gülür).

Eşitmişik yeni zal açmısınız "Qadın İdman Klubu”. Xeyirli uğurlu olsun.

- Bəli elədir ki, var gördüyünüz bu zaldı. Adından göründüyü kimi "Qadın İdman Klubu” sırf qadınlar üçündür. Burada qadınlar trenajor, hovuz, türk hamamı, sauna, masaj, gözəllik salonu, istirahət otağı kimi xidmətlərimizdənyararlanırlar. Qadınlar özlərini rahat hiss edə biləcəkləri bir abu hava yaratmışıq.

Çox gözəl bir şərait yaratmısınız, xeyirli olsun. Qadınlarla işləmək çətin deyil ki?

 -Çox sağ olun (gülür) Qadınlarla işləmək həm çətin, həm maraqlı, həm də məsuliyyətlidir.Əslində qadınlarla işləmək elə də çətin deyil, sadəcə olaraq bəzi xanımlarımız var ki, onlar çox kapriznidilər. Yeni belə deyək də, o bəzi kaprizli xanımlar evdə, ailədə yoldaşlarının yanında öz xarakterlərini tam olaraq göstərə bilmirlər çəkinirlər, özlərinə məxsus olan müəyyən xarakterlər var ki, onlar qapalı saxlayırlar, gizlədirlər özlərində. Amma,bax belə özlərini tam rahat hiss edə biləcəkləri bir mühitə düşəndə o özlərində boğub saxladıqları xarakteri, kaprizi bizə göstərirlər. (gülür)

-  Bir məşqçi kimi tələbələrlə işləyərkən ən çox rast gəldiyiniz hansı məqamlar olur?

- Çox maraqlı sualdı (gülür) bu suala çox geniş formada cavab verərdim. (gülür) ən çox rast gəldiyim məqamlardan biri odur ki, məşqə gələn bəzi adamlar sifariş verirlər, elə bil qarşılarında məşqçi yox, hansısa bir foksiyor dayanıb (gülür). Sifariş verirlər ki, "bədənimin filan yeri arıqlasın, bu tərəfim bir az belə olsun, o tərəfim helə olsun (gülür) Məncə belə hallarla trenerlər çox tez-tez rastlaşırlar. Məhz bu məqamı izah etməyə çox çətinlik çəkirik, yəni nə qədər desək, izah etsək də xeyri olmur, sanki narazı qalırlar məşqçidən. İzah edirəm ki, insan olaraq, canlı olaraq biz bütöv bir bədən şəkilində yaradılmışıq, bədənimiz ayrı-ayrı hissələr şəklində yaranmayıb ki, biz istədiyimiz yeri istədiyimiz formaya salaq.Kökəlsək də bütün bədənolaraq kökəlirik, arıqlasaq da bütün bədən olaraq arıqlayırıq. Olur sual verilər ki, kökələndə bədənimdə birinci hər hansısa bir nayihədə kökəlmə gedir və yaxud da əksinə, arıqlama prosesində birinci filan nayihələrim arıqlamağa başlayır bu niyə belə olur? Cavab verirəm ki, hərənin ayrı-ayrı genetikası var, bədən quruluşu, həyat tərzi var, xüsusi olaraq metabalizmin iştəmə sürəti deyilən bir anlayış var, ona uyğun olaraq bədənin bəzi hissələri göstərilən hər hansı bir təzyiqə tez və ya gec reaksiya verir.

Qarşıda nə kimi planlarınız var?

-Qabaqcadan nəyisə planlaşdırmaq mənə düşmür. Heç vaxt planlı iş görməmişəm, yəni hər hansı bir iş barədə və yaxud nəsə etmək barədə sadəcə düşünmüşəm plan hazırlamamışam ki, bunu elə edim, belə edim planlı şəkildə istədiyimə çatım. Qabaqcadan planlaşdırdığım heç bir işə sahib olmuram. Əgər nəyisə istəyirəmsə onu Allahdan istlyirəm, Allah məsələt bildiyi anda istədiyimi daha artıqlamasıyla verir.

Allahdan ən böyük sitəyiniz nədir? Sirr deyilsə.

-Allahdan ən böyük istəyim can sağlığıdır və günahlarımın bağışlanmasıdır.

Günahlarınız çoxdurmu?

- Heç kim ideal deyil tək günahsız olan varlıq Allahdır. Hər birimizin bilərəkdən bilmiyərəkdən etdiyimiz kiçik, böyük günahlarımız var. Kimin nə qədər və hansı günahları olduğunu Allahdan başqa bilən yoxdur, məhz ona görə varsa da, yoxsa da Allahdan günahlarımın bağışlanmasını istəyirəm həmişə.

-  Bəs sizi bir daha yarış səhnələrində (meydanlarında) görmək kimi şansımız varmı?

Düzünü desəm hal-hazırda yarış barədə düşünmürəm, buna fiziki olaraq vaxtım yoxdur müəyyən işlər var ki, başım onlara qarışıqdı. Amma, həyatdı məni bilmək olmaz bir də gördüz yaraşdayam. (gülür)

Səmimi müsahibəniz üçün çox sağ olun Könül xanım, qonaq pərvərliyiniz üçün də sizə xüsusi təşəkkürümü bildirirəm. Sonda bizə sözünüz...

- Çox sağ olun mən də sizə öz təşəkkürümü bildirirəm, hər zaman məni diqqət mərkəzində saxlayırsız, unutmursuz. Sonda bütün Azərbaycan xalqını, başda cənab prezident İlham Əliyev və onun ailəsini qarşıdan gələn Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ölkəmizə sülh əminamanlıq, xalqımıza ruzi bərəkət arzu edirəm. Sizin də bayramınızı təbrik edirəm. Sağ olun




İmza:

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

Abutalıbov cibindən Quran çıxarıb dedi ki... - MÜSAHİBƏ

"Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK