deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Nicat NOVRUZOĞLU: BAKI-GƏNCƏ SÜRƏT QATARINA KÖLGƏ SALANLAR Adalet.az | Nicat NOVRUZOĞLU: BAKI-GƏNCƏ SÜRƏT QATARINA KÖLGƏ SALANLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: BAKI-GƏNCƏ SÜRƏT QATARINA KÖLGƏ SALANLAR

12189    |   2019-01-13 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ilin sonunda ölkəmizdə bir ilk yaşandı. Dekabrın 30-da Bakı-Gəncə sürət qatarı yola çıxdı. İlk sərnişinləri də Milli Məclisin bir çox deputatı, Parlament Jurnalistləri Birliyinin üzvləri və ziyalılar oldu. Mən də dəvətliydim parlament jurnalisti kimi, amma çox təəssüf ki, övladımın səhhətində problem olduğuna görə bu ilk reysdə iştirak etmək mənə qismət olmadı.

Qələm dostlarımın sosial şəbəkələrdə paylaşdıqları şəkillərə baxdıqca dilxor olurdum ki, gərək bu səfərdən qalmayaydım.

Bəli, Azərbaycanda bir ilk yaşandı. Ümumiyyətlə, son illər dəmiryolu nəqliyyatında Sovet hökumətinin 70 ildə görmədiyi işlər görülüb. Ölkəmiz şərqlə qərbi, şimalla cənubu dəmiryolu vasitəsilə birləşdirib. Bu barədə çox yazılıb, çox deyilib, təkrar etmək istəmirəm.

Mən məsələnin bir başqa tərəfinə toxunmaq istəyirəm. Hadisə xalqımız tərəfindən sevinclə qarşılansa da, baxıram bəzi saytlarda, xüsusilə sosial şəbəkələrdə hardansa təlimat almış ayrı-ayrı qruplar belə bir mühüm hadisənin üstünə kölgə salmağa çalışırlar. Bir qaralama kampaniyası aparırlar.

Ay nə bilim, Fransada sürət qatarı saatda 300 kilometr gedir, İsveçrədə neçə kilometr gedir, Yaponiyada saatda 500 kilometr. Olsun. Amma görən ilk dəfə həmin ölkələrdə sürət qatarı işə düşərkən elə birbaşamı saatda 300-500 kilometr gediblər?

Belə bir ifadə var, Moskva birdən tikilməyib. 27 illik, sıfırdan başlayan müstəqilliyə qovuşan bir dövlətlə 200-300 il dövlətçilik tarixi olan ölkələri müqayisə eləmək nə qədər düzgündü? Sürət qatarını müqayisə edirsiz, özünüzü də fransızla, yaponla, almanla müqayisə edirsinizmi?

Uzun illərdi elə qardaş Türkiyədə sürət qatarları fəaliyyət göstərir, amma hələ normal bir vəziyyətə gəlib çatmayıblar. Biz də istəyirik ki, elə ilk gündən fransızlar və ya yaponlar kimi olaq. Yəqin ki, müəyyən zaman kəsiyindən sonra Bakı-Gəncə qatarı sürətini 160-200-ə qaldıracaq.

Bilet məsələsini qaldırırlar. Təyyarədə bir ekonom klass var, bir də biznes klass. Biznes klassın qiyməti ekonom klassdan dörd dəfə bahadı. Bəzən hətta görürsən ki, biznes klass bomboşdu. Bütün dünyadakı sürət qatarlarında da VİP-lər , biznes və ekonom klasslar var, yəni hər kəsin cibinə uyğun. Bakı-Gəncə qatarında da ekonom klass 15 manatdı, baha deyil. 15 manatını ver üç saat yarıma, dörd saata ol Gəncədə. Həmin qiymətə avtobusla, minik maşınıyla yırğalana-yırğalana getməkdənsə daha rahat və həm də təhlükəsiz mənzil başına çatırsan.

Mən bu mövzuda yazı yazmaq istəmirdim. Amma son hadisə məcbur elədi ki, sözümü deyim.

Deməli, Gəncə-Bakı qatarı elektrik kəsintisi üzündən 7 dəqiqə gecikib. 7 dəqiqə. Yenə bəzi saytlar və xüsusi qüvvələr tərəfindən idarə olunan sosial şəbəkə qrupları bundan elə bir faciə düzəldiblər ki, elə bil dünya dağılıb. Topa tutublar . İnsanlarda bir belə xılt, bir belə gözügötürməzlik, paxıllıq hardandı bilmirəm.

Bakı- Gəncə sürət qatarı ilk qaranquşdu. Bu ilk qaranquşa daş atmaq lazım deyil ey, pərvazlanmasını arzulamaq lazımdı.

Gəncə camaatının o qatarı necə sevinclə qarşılamaları sizi niyə belə yandırır?


NİCAT NOVRUZOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK