ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: Övladlarınıza "Koroğlu" və "Qaçaq Nəbi" dastanlarını oxutmayın

7553    |   2018-10-29 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilirəm, bu yazıdan sonra yazıçılar, ədəbiyyatşünaslar mənə hücum edəcəklər, dünəndən eləsinlər. Düz sözdü deyirəm.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi var. İstərdim ki, onu oxusunlar, sonra mənə qarşı hücuma keçsinlər.

«Koroğlu»da belədi ki, Koroğlu xanları, paşaları soxur siçan deşiyinə, birinin qızını qaçırır, birinin nə bilim nəyini qaçırır, birinin xəzinəsini ələ keçirir. Birində Ekologiya Komitəsinin qadağan elədiyi bölgələrdə durna ovuna çıxır. Gizir oğlu Mustafa bəyə meydan oxuyur,

Gizir oğlunu türüb çaya soxur. Birzlə, Koroğlu varlı adamlara qarşı mübarizə aparıb, onların var-dövlətini əlindən alıb dəlilərinə yedizdirib. Qaçaq Nəbidən rqli olaraq Koroğlu qazandığı pulu, daha dəqiq desək, ələ keçirdiyi var-dövləti kənddə camaata paylamır.

Çünki özünün 7777 dəlisi vardı, elə bir belə dəlini yedirdib-içirmək böyük bir dərd idi.

Qaçaq Nəbi. İgid oğlan olub, kişi oğlan olub. Onun da əsas işi-gücü varlı adamların şalvarını çıxarıb kasıblara geyindirmək olub. Hampasından tutmuş kəndxudasına qədər, kəndxudasından tutmuş jandarm rəisinə qədər, jandarm idarəsinin isindən tutmuş qubernatora qədər hamısını soyub. Soyduqlarından aldıqlarını da (beş-on manat özü üçün türüb, qaçaq qardaşları üçün götürüb, qalanını paylayıb sənquluya və Həsənqulunun qohumqrəbalarına. Düzdü, ondasənqulu indiki kimi çadırda yaşamırdı, evində-eşiyində yaşayırdı.

Yəni o vaxt Koroğlu xalq qəhrəmanıydı, Qaçaq Nəbi xalq qəhrəmanıydı.

Bunu uşaqlar da oxuyub ibrət türür. Elə bilir varlı adamları soymaq lazımdı Koroğlu kimi, dəlirinə yedizdirmək lazımdı. Və onlar da əl atırlar bu üsula. Amma çox qəribədi ki, Koroğlu çox təbliğ

olunduğundan Koroğludan ibrət götürürlər, yəni qazandıqlarını, əldə etdiklərini daha çox Xan Eyvaza, Dəmirçioğluna, Dəlisənə yedirdirlər. Qaçaq Nəbi kimi xalqı yedirmək fikrində deyillər.

Yəni tarixə baxanda Qaçaq Nəbi xalqa daha yaxın olub. Amma ümumiyyətlə, baxanda Koroğlu da, Qaçaq Nəbi də cinayətkardırlar. Özü də bunların cinayət işinə yalnız ağır za məhkəməsində baxmaq olar.

Yəni bunlar Ənvər Seyidovun pasientləridir.

Bəli, uşaqlar bu dastanları oxuyur, istəyirlər Koroğlu olalar, istəyirlər Qaçaq Nəbi olalar. Xalq arasında ad çıxardalar. Amma onlara Koroğlu da demirlər, Qaçaq Nəbi də. Onlara quldur deyirlər,

reket deyirlər, oğru deyirlər, hətta iraq olsun, maşennik də deyirlər.

Necə olur ki, Koroğlu mal gətirən tacirlərin qabağını kəsəndə qəhrəman olur, məsələn, Məmməd mal gətirən tacirin qabağını kəsəndə quldur. Necə olur ki, Koroğlu Toqatın icra hakimiyyəti başçısının

var-dövlətini aparanda qəhrəman olur, Məmməd hansısa bir rayon icra hakimiyyəti başçısının tutub əlli manatını əlindən alanda reket. O cümlədən də Qaçaq Nəbi.

Məsələn, Dəmirçioğlunun, Xan Eyvazın durna telini ovlaması qəhrəmanlıq sayılır, amma Məmməd gedib iki dənə turac vuran kimi ona Azərbaycan Respublikası CM-nin 258-ci maddəsi ilə (qanunsuz ov etmə) cinayət işi qaldırılır. Maddənin 1-ci bəndində minimum əmək haqqının yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri nəzərdə tutulur. Bütün maddəni yazmaq istəmirik, amma bu maddədə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulub. İndi Məmməd də istəyir qəhrəman ola, gedir durna teli ovuna. Bir beş min dolları varsa, verir hakimə aşağı maddəni

alır, yoxsa beş il gedir çala-çala. Və ya. Koroğlunu oxuyur, görür Koroğlu getdi Həsən Paşanın xəzinəsini ələ keçirtdi. Məmməd də fikirləşir Koroğluluq eləsin, gedir icra hakimiyyəti başçısının evini soyur. Dərhal ona 217-ci maddə ilə iş qaldırırlar.

Maddə 217. Banditizm.

217.1. Təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (əslində Koroğluda qruppa yox, bir korpus var-A.A.) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə-

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla (burda hakim üçün əl yeri qoyublar ki, beş-on manat qazana bilsin-A.A.) on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Koroğlunun hərəkətinin həmin maddə üzrə ikinci cəzası.

217.2. Sabit silahlı qruplarda (bandalarda) (bu faktdır ki, Koroğlunun 7777 dəlisi həmişə bir yerdə olub, yəni bu sabit silahlı qüvvələrdi-A.A) və ya onların törətdikləri basqınlarda iştirak etmə-

(Koroğlu nəinki basqınlarda iştirak edib, hətta basqınların təşkilatçısıdır-A.A.)

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddələri eyniylə Qaçaq Nəbinin etdiyi cinayətlərə də tövsif etmək olar. "Koroğlu" dastanını oxuyan Məmməd Koroğlunun yolu ilə gedir. Və

nəticədə Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə istintaqa cəlb olunur.

Maddə 181. Quldurluq.

181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli

zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın-

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddənin bəndləri və bəndlərə əlavələri çoxdur. Lap sonuncu bənd.

181.3.4. Əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə (Koroğluda bir yüzü keçib-A.A.) və daha çox məhkum edilmiş (o vaxt prokurorluq və daxili işlər orqanları zəif işlədiyindən

Koroğlunu tutub Bayıla göndərə bilməyiblr-A.A.) şəxs tərəfindən törədildikdə -

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddələr eyni ilə Qaçaq Nəbinin etdiy cinayətlərə də tövsif olunur.

Həm Koroğluya, həm də Qaçaq Nəbiyə oxşamaq istəyənlər elə bilirlər dünya dərəbəylikdi və istədiklərini edirlər. Nəticədə Koroğlu və ya

Qaçaq Nəbi istədiyi özbaşınalığı törədəndə xalq qəhrəmanı olur, amma Məmməd onu edən kimi Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi

belindədi.

Maddə 322. Özbaşınalıq.

322.1.Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş

və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda-

minimum əmək haqqı məbləğinin beş yüz mislinədək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər (gözünüzün qabağına gətirin ki, 240 saat Koroğluya Beşmərtəbənin qabağını süpürdürər-A.A.) və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırırlar.

Bu maddənin ikinci bəndində isə iki ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bəli, uşaq oxuyur ki, Koroğlu Həsən Paşanı da soydu, Toqat Paşasını da, ya Qaçaq Nəbi hansısa kəndxudanı və ya qubernatoru soydu və sair.

Uşaq elə bilir ki, paşalar icra başçılarıdı və ya tutalım nazirlərdi.

İstəyir Koroğlu və ya Qaçaq Nəbi olsun. Koroğlu və ya Qaçaq Nəbi bunları edəndə uşaq da istəyir xalq qəhrəmanı olsun, amma maddə 180 boynunun üstündədi.

Maddə 180. Soyğunçuluq.

180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

(Maddənin bütün bəndlərini saymırıq, sonuncunu deyirik)

180.3.3. Əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə

(Koroğlu da, Qaçaq Nəbi də bunu dəfələrlə edib-A.A.) -

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə Dəmir Bayramovun pasienti olmaqla cəzalandırılır.

Ümumiyyətlə, əlimizdə Koroğlunun və Qaçaq Nəbinin etdiyi cinayətlərlə bağlı nəzərdə tutulan maddələrə baxdıqda məlum olur ki, onlar Azərbaycan Respublikasının CM-nin 282 (təxribat), 281 (dövlət

əleyhinə yönələn açıq çağırışlar), 280 (silahlı qiyam), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 258 (qanunsuz ov etmə), 221 (xuliqanlıq), 217 (banditizm), 215 (adamları girov götürmə), 214 (terrorçuluq), 206 (qaçaqmalçılıq), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 182 (hədə-qorxu ilə tələb etmə), 180 (soyğunçuluq), 181

(quldurluq), 120 (adamöldürmə), 126 (sağlamlığa ağır zərər vurma), 132 (döymə), 133 (işgəncə), 144 (adam oğurluğu), 145 (qanunsuz azadlıqdan məhrumetmə), 321 (hərbi xidmət keçməkdən boyun qaçırma), 322 (özbaşınalıq), 101 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 106 (köləlik) və 109-cu (təqib) maddələri ilə tövsif

olunur.

Ona görə də xahiş edirik, uşaqlarınıza "Koroğlu" və "Qaçaq Nəbi"

dastanlarını oxumağı qadağan edin. Əks halda, ömrünüz Ali Məhkəmənin qabağında keçəcək.

1998-ci il

***




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK