ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: "KARVAN HƏLƏ YOLDADIR"

Əjdər Qiyaslıya yeni kitabıyla bağlı oxucu məktubu

1153    |   2018-10-11 18:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən öz-özümə fikirləşirəm, özü də tam səmimi mənada özüm-özümə sual verirəm ki, Əjdər müəllimi görəsən neçə ildi tanıyıram? Deyəcəksiniz ki, bu nə çətin riyazi hesablamadır ki. Amma inanın ki, doğurdan çətindi. Çünki bir insan kimi, bir şəxsiyyət kimi, bir qələm adamı kimi Əjdər müəllimi ilk dəfə üzbəüz gördüyüm gün mənə məlumdur. Onu 1980-ci il sentyabr ayının beşi, ya altısı tarixdə o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun qarşısında görmüşəm. Həmin ali məktəbdə təhsil alan bir dostum Əjdər müəllimi mənə göstərib dedi ki, bu kişini tanıyırsan? Düzünü deyim ki, çiynimi çəkdim. Yəni yox! Dedi ki, indi mən onun adını söyləsəm, yəqin ki, tanıyacaqsan. Həqiqətən də Əjdər müəllimin adını söyləyən kimi özümdən asılı olmadan dedim:

- Bəli, şairi tanıyıram, şeirlərini də oxumuşam...

Yazıma bu girişi təsadüfdən seçməmişəm və dediyim fikrin də üstündə qalıram. Çünki 80-ci ildən başlayan üzbəüz tanışlığın yaşı 38 il olsa da, mən bu tarixlə razılaşmıram. Ona görə ki, həyatım boyu qarşılaşdığım bütün insanların hamısından çox-çox səmimidir Əjdər Qiyaslı!.. Çox-çox diqqətcildir Əjdər Qiyaslı!.. Çox-çox mehribandı və bir də çox-çox kövrəkdi Əjdər Qiyaslı!..

Bunları ona görə vurğulayıram ki, bu dediyim xüsusiyyətləri zamana çevirəndə onda mənim Əjdər müəllimlə tanışlığımın yaşı elə səmimiyyətin, diqqətin, həssaslığın, kövrəkliyin yaşı qədərdi. Və bu dünyada bu yaş qədər yaşı olan tanışlığı, doğmalığı mən təsəvvürümə gətirmirəm. Elə həmin dediklərimin işığında masamın üstündəki kitaba diqqət yetirirəm. Kitabın adı da maraqlıdır:

- KARVAN HƏLƏ YOLDADIR.

Bu, Əjdər müəllimin yenidən çap olunmuş, necə deyərlər, mətbəə qoxusu canından çəkilməmiş axarıncı kitabıdı. Və bu kitabda Əjdər müəllimin özünəməxsus aftoqrafı da var. Mən onun bu aftoqrafını bir neçə dəfə oxudum. Ona görə ki, həmin o dediyim duyğular bu aftoqrafın içərisinə elə hopmuşdu ki, o ruhumu oxşayırdı. Və həmin ruhumu oxşayan səmimiyyətin içərisində kitabın üst şeirini oxuyuram.

Ömrüm boyu sığınmışam Allaha,

Yoxdu daha nə kədərim, nə ahım.

Dünyada misilsiz ən böyük düha,

Mənim Allahımdı, mənim Allahım.


Allaha müraciətlə başlanan şeir kitabının yəqin ki, hansı söz çəkisində, hansı fikir tutumunda olduğunu artıq təxmin etdiniz. Şəxsən mən bu şeiri oxuyandan sonra öz-özümə həmişə görmək istədiyim Əjdər müəllimin bu an qapıdan içəri daxil olmasını arzu etdim. Onun nurlu çöhrəsindəki səmimiyyətin hardan gəldiyini indi daha dəqiq anlamışdım. Və özüm üçün müəyyənləşdirmişdim ki, Əjdər müəllim Allaha sığınan Allah adamıdır. Ona görə də o, ömrün illərini karvana bənzədir və oxucusuna deyir ki, mənim karvanım hələ yoldadır, sənin görüşünə gəlib və gələcəkdir.


Günlər gözəl keçəndə,

Həyat beçə bal dadır.

Azmır dumanda, çəndə,

Karvan hələ yoldadır.


Qandalanır ürəyi,

Çoxdur əhdi, diləyi.

Xoş günlərdi gərəyi,

Karvan hələ yoldadır.


... Qabaqlayır zamanı,

Uğurludur hər anı.

Əjdər olub sarvanı,

Karvan hələ yoldadır.


Təbii ki, hər bir söz adamı öz söz dünyasının həm bağbanıdı, həm də öz ömür karvanının sarvanı. Amma bunu haqq etmək və bu haqqı da həzin bir pıçıltı kimi oxucuya söyləmək hər adamın imkanı daxilində deyil. Özü kimi sözü də səmimi olan Əjdər Qiyaslı Allaha sığındığı kimi, sözə də pənah gətirmək, bəzən mövzuya sığınmaq, bəzən də mövzunu ürəyində göyərtmək, ürəyinə sıxmaq imkanlarından elə özünəməxsus şəkildə yararlanır ki, onun misralarının yaratdığı mənzərənin ovqatına köklənməmək olmur. Deməli, söz öz xiridarının, onunla dil tapan, onunla anlaşan və onun istədiyi nota kökləyə bilən əldə olanda lələ, qızıla çevrilir. Elə Əjdər Qiyaslı da sözdən bu cür istifadə edir, onu oxucu qarşısına məhz bu cür çıxarır. Hətta üzünü Kürə, Araza tutanda da, Qarabağ dərdlərindən kövrələndə də, Təbriz həsrətini dilə gətirəndə də... sevgi duyğularını pıçıldayanda da... Vətəni tərənnüm edəndə də dostlara, doğmalara ünvanlı fikirlər çələngi yaradanda da... Deməli, bütün bunların mayasında yenə də vurğulayıram: Əjdər Qiyaslının bir şair səmimiyyəti, bir şair özəlliyi dayanır. Əjdər müəllim yazır ki:


Ömrün, günün qismətidi,

Taleyimə düşən yazım.

Gözəl dünya nemətidi,

Ana Kürüm, xan Arazım.


... Arzuları aşıb daşır,

Qovuşanda pıçıldaşır.

Vətənimə çox yaraşır,

Ana Kürüm, xan Arazım.


Və yaxud:


Tanrı gözəllikdən yaradıb səni,

Məftun eyləmisən əzəldən məni.

Hüsnünə heyrandı Günəş də, Ay da,

Çilçıraq içində büllur saray da,

Təbrizim, Təbrizim, gözəl Təbrizim,

Sən doğma anasan, mənim əzizim.


Əjdər Qiyaslının "Təbrizim" şeiri həm də bir gözəl mahnı mətnidir. Şeiri oxuduqca adamın iç dünyasında həmin mahnının musiqisi də qeyri-ixtiyari səslənir. Deməli, bu, sözün öz yerinə, öz notuna düşməsinə bir işarədir. Mən Əjdər müəllimin kitabını vərəqlədikcə, onun bir şair, bir ziyalı kimi dünyayla çəkişməsinin də, bəzən onun təqdir, bəzən tənqid etməsini də görürəm və bunu da anlayıram. Çünki Əjdər müəllimin şəxsi həyatına da az-çox şəxsi bələdçiliym var. Onun bu dünyayla haqq-hesab çəkmək hüququnda olduğunu da bilirəm. Və ona görə də:


Ağlamışam, gülmüşəm,

Göz yaşımı silmişəm,

Səni həmdəm bilmişəm,

Dünya, dünya, ay dünya.


...Sirrini bilən yoxdu,

Gözün acdı, ya toxdu,

Köksümü deşən oxdu,

Dünya, dünya, ay dünya.


Zənnimcə, bu misraların səmimiyyətinə köklənib rahatca xəyala dalmaq olar. Elə o xəyallar içərisində göz önündən bir müdrik şairin ömür yolunu və onun gözəl ürəyini də gətirmək heç də çətin olmaz. Axı şair özü də ürəyinə üz tutub yazır:


Ömrünü, gününü vermədin bada,

Düşdü qismətinə Tanrıdan səda,

Bir arzum qalmasın fani dünyada,

Ay mənim dözümlü gözəl ürəyim.


Hə, doğurdan da dözümlüdü Əjdər müəllimin həm özü, həm də ürəyi. Ona görə dözümlüdü ki, o sözün düzünə, sözün halalına, sözün səmimisinə həmişə üz tutur və yazır ki:


Görmüşəm həyatın hər bir üzünü,

Çox sirli göstərir hər şey özünü.

Fırtına qoynunda olsa da gəmim,

Deyərəm yenə də sözün düzünü.


Bax elə sözün düzü də onun Vətənə, torpağa, Qarabağa, dərdlərimizə, sevincimizə Azərbaycan əsgərinə ünvanlanan fikirlərdə öz ifadəsini tapır. Həmin o əsgərə ki, ona Azərbaycan xalqı da güvənir. Həmin güvənci şair Əjdər Qiyaslı belə ifadə edir:


Əsgər odur... sinəsini,

İgid kimi gərə bilsin,

Bir həmlədə düşmənini,

Qırıb yerə sərə bilsin.


... Əsgər odur... mətanətlə,

Arxalansın öz-özünə,

Qələbənin sorağını,

Nur eləsin el gözünə.


Və yaxud:


Keşiyində vətənin,

Sayıq durur, mərd durur.

Hədəfini tuşlayıb,

Quşu gözündən vurur,

Bizim Vətən əsgəri!


Bütün şeirlərində özünəməxsusluğu qoruyan Əjdər Qiyaslı tarixi günlərə ithaf etdiyi şeirlərində, tarixi şəxsiyyətlərə ünvanladığı misralarında oxucunu inandırmağı bacarır. Xüsusilə hər kəsin tanıdığı, barəsində az-çox bilgilərə malik olduğu türk dünyasının ünlü insanları barəsində də Əjdər Qiyaslı elə hamının qəbul edəcəyi üslubda ithaf şeirləri yazır. Oxucu bu şeirləri oxuyanda şairin tutaq ki, Türkiyənin dövlət rəhbəri Ərdoğana və yaxud bütövlükdə türk dünyasına, Türkiyəyə, eləcə də ölkəmizin tanınan simalarına şairin böyük sevgisinin, inamının şahidi olur. Bu da o deməkdir ki, Əjdər Qiyaslı sözü nəinsə xatirinə deyil, içərisində, ürəyində olan sevginin diqtəsilə yazır. Hətta onun qəhrəmanı dünyasını dəyişmiş olsa belə misralarda o sevgi, o səmimiyyət aydın şəkildə görünür.

Mən bir oxucu olaraq çox böyük sayğı bəslədiyim Əjdər Qiyaslının "Karvan hələ yoldadır" kitabına atüstü, necə deyərlər, isti-isti ifadə etdiyim bu oxucu münasibətimi yekunlaşdırarkən bildirmək istəyirəm ki, bu kitabı əldə edib oxuyan hər kəs öz qarşısında bir səmimi duyğuların çələngini görəcəkdi. Və onun poeziya dünyası ilə baş-başa qalmaqdan zövq alacaqdı. Çünki bu səmimiyyətin, bu duyğusallığın şahidi olmaq hər an mümkün deyil. Axı, başqa cür də ola bilməz. Ona görə ola bilməz ki, misraların müəllifi Əjdər Qiyaslıdı. O, öz oxucularına xitabən deyir ki, XƏTRİMƏ DƏYMƏ:


Həyatın yolları dumandı, çəndi,

Çətin sınaqda da qəddini əymə.

Yaxşı da, yaman da ötüb keçəndi,

Beş günlük dünyada xətrimə dəymə.


... Dəryada qərq olsa ömür yelkəni,

Bir daha yenidən tapmazsan məni.

Haradan alarsan səni sevəni,

Beş günlük dünyada xətrimə dəymə.


Bax elə mən də bu beş günlük dünyada öz səmimiyyətilə, öz poetik duyğularıyla, öz şəxsiyyətilə özümə doğma bildiyim Əjdər Qiyaslının ömür karvanının hələ də uzun bir yol gedəcəyinə inanaraq demək istəyirəm ki:

- Əjdər müəllim, siz elə bir insansınız ki, elə bir qələm adamısınız ki, heç kim sizin xətrinizə dəyə bilməz. Bundan əmin olun! Yolunuz uğurlu, kitabınız mübarək olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK