ANA SƏHİFƏ / YAZARLAR

QARSIN BƏLƏDİYYƏ BAŞKANININ A?LI DO?RUDANMI BELƏ KƏSİR?

(Erməni bizi gülləylə, biz ermənini güllə)

16296    |   2007-02-05 23:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlumdur də, bütün dünya (dünya deyəndə, xristian dünyası, müsəlman dünyası ya bir-birini qırır, ya ilana ağu verir, ya da təsbeh çevirir) düşüb Türkiyənin üstünə ki, Ermənistanla sərhədləri aç. Hər cür təzyiq göstərirlər. Xristian dünyasının xüsusi xidmət orqanları gəlir Türkiyədə 17 yaşlı bir cocuğun əlinə tapança verir, kakoy-nibud Hrant Dink adlı bir jurnalisti öldürdür və adi bir qətl hadisəsi ilə Türkiyəni çalxalayır. Bu mövzuya qayıtmaq istəmirəm, çünki çox yazmışam.
   
   Məsələ ondadır ki, xristian dünyası son illər apardıqları çox güclü siyasət nəticəsində qüdrətli Türkiyə dövlətini müsəlman dövləti olduğu üçün dağıtmağa çalışır. Və Türkiyə də müsəlman dövləti olduğu üçün bir parası bir-birini qırır, bir parası təsbeh çevirir və elə hakimiyyətdə də təsbeh çevirənlərdir, bir parası da ilana ağu verir.
   
   Və bu gün Türkiyəni saxlayan heç də onun nə xarici siyasətidi, nə də daxili siyasəti - yalnız yenilməz ORDUSUDU, MEHMETCİKLƏRİDİ!
   
   Bu yazıda ilana ağu verənlərdən söhbət gedir. İlana ağu verənlər də iki cürdü":: biri bilərəkdən, biri bilməyərəkdən. Və məhz bu ilana ağu verənlər təsbeh çevirənlərdən daha qorxuludu.
   
   Əslində Türkiyədə türk-kürd problemi yoxdu. Min illərdi bu iki millət bir-birinə qaynayıb-qarışıb. Kürdün kökünü axtarsan türk çıxacaq, türkün kökünü axtarsan kürd. Atatürkün məşhur sözüdü":: "Türk qurtaran yerdə kürd başlayır, kürd qurtaran yerdə türk!" Alparslan Türkeş də belə deyir":: "Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür. Kürd hara qədər kürddürsə, türk də ora qədər kürddür!" Yəni yenə deyirəm, Türkiyədə türk-kürd problemi yoxdur. Türkiyədə bir PKK problemi var ki, bunu da əvvəllər Rusiya maliyyələşdirirdi, indi də Avropayla Amerika maliyyələşdirir, səbəbi də məlumdur. Bir qardaşın əlinə tüfəng verib o biri qardaşı öldürdürdülər, o biri qardaşın da əlinə tüfəng verib bu biri qardaşı. Qardaşı qardaşa güllələdirlər. Və bu həm də Türkiyənin daxili siyasətindəki boşluqlardan gəlir. Yəni Türkiyənin daxili siyasətində ilana ağu verənlərin qeyrətindən gəlir.
   
   Bu günlərdə Türkiyədə səfərdə olarkən bunu bir daha yəqin etdim. Həm kürdlərlə söhbətimdə, həm də türklərlə. Və yəqin ki, Türkiyə bu problemi çözəcək. Ən azı ona görə ki, min illərdi bir-birinə qaynayıb-qarışmış bu iki milləti ayırmaq imkansızdı.
   
   Sabirabadda suqovuşan var, Kürlə Araz birləşir. Bir müddət bu iki çayın suyu sezilir ki, bu Kürün suyudu, yoxsa Arazın. Amma bir az da keçir, dünyanın heç bir ekspertizası sübut edə bilməz ki, bu damla Küründü, yoxsa Arazın. Qısası, türklə kürd də belə qovuşmuş millətdi. Onları ayırmaq istəyənlər axırda iylənib dırnağın arasından çıxacaqlar.
   
   Deyəsən söhbəti istədiyim səmtdən ayırdım. Söhbətin kökündə Türkiyənin Ermənistana qapı açıb-açmayacağı durur. Türkiyənin bütün rəsmiləri - həm dövlət, həm hökumət - birdəfəlik bəyan ediblər":: Ermənistan Türkiyədən torpaq iddiasından əl çəkməyənədək, uydurma soyqırım söhbətini tarixin arxivinə atmayanadək və ən nəhayət, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayanadək Türkiyə Ermənistanla nə siyasi, nə də iqtisadi əlaqələr quracaq.
   
   Bəli, dövlət rəsmiləri bunu min dəfə bəyan ediblər. Amma kiçik məmurlar, bəzi iş adamları çox qəribədir ki, dövlətlə dövlətçilik edir, hökumətlə də hökumətçilik.
   
   Qarsın bir bələdiyyə başkanı var - Naib Əlibəyoğlu. Savadlı adamdı, ağıllı adamdı və ziyalıdı. Belə bir adamın Ermənistana qucaq açmaq istəməsi daha böyük bir faciədi. Bu adam Qarsdakı 120-130 min əhalinin 60 minindən imza toplayıb həm Türkiyə dövlətinə və hökumətinə, həm də dünyadakı beynəlxalq institutlara, o institutlara ki, Türkiyəni parçalamaq istəyirlər, müraciət göndərib ki, Qarsdan Ermənistana qapı açılsın.
   
   Əsas səbəb də onu göstərir ki, guya Ermənistanla qapı açılarsa, Qars iqtisadi cəhətdən inkişaf edər.
   
   "26-lar" filmində yaxşı bir yer var. Deyirlər ingilisi çağıraq, bizə un gətirəcək, çörək gətirəcək. Komissar da cavab verir ki, ingilis özü bütün dünyadan daşıyır, o sizə nə çörək gətirəcək, nə un, nə də qənd.
   
   Sonra da göstərirlər - ingilislər gəlir qəflə-qatırla, Hacı da deyir ki, ə, bunların uzunqulaqlarının sayı özlərindən çoxdu ki. Rəhmətlik Əjdər İbrahimov o filmdə çox sətiraltı sözlər deyib, epizodlar göstərib və əgər yadınıza düşürsə, uzunqulaqların üstündəki xurcunların da hamısı boş olur.
   
   Naib Əlibəyoğlu kimi ağıllı və savadlı bir adam bilməyə bilməz ki, Ermənistan özü acından ölür. Bütün dünya Ermənistanı yedirdir, o qapı Qarsın iqtisadi inkişafında heç bir rol oynamayacaq, əksinə, Qarsı daşıyıb aparacaqlar. Ermənistana əslində Türkiyənin neməti də lazım deyil, onsuz da çoxqohumlu bəxtəvərdi.
   
   Ermənistana Türkiyəni sındırmaq lazımdı. Bütün gücünü buna qoyub. Ermənistanın arxasında duran qohum-əqrəbaları da məhz Türkiyəni sındırmaq istəyirlər. Və ən böyük, dəhşətli faciə də odur ki, Türkiyədə də bu ilanlara ağu verənlər var, Türkiyəni sındırmaq istəyənlərə kömək eləyənlər var. Və Qarsın bələdiyyə başkanı da bu oyunlara gedib. Bir Soros var, müsəlman dünyasını dağıtmaqla məşğuldur. Hələ ki, Azərbaycanda bir qələt eləyə bilməyib, o da Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin və bu müdrik siyasəti bu gün qətiyyətlə həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Və indi həmin Soros bu məsələlərə, xüsusilə də bu qapı məsələsinə milyonlarını tökür.
   
   Naib Əlibəyoğlu ilə görüşdə bizə iki kitab bağışladı. Bu kitabda onun ermənilərin əleyhinə vaxtilə qəzetlərdə getmiş çıxışları toplanıb, Azərbaycan haqqında xoş sözləri. Bu kitabları vərəqləyəndə bu adam sənin gözündə ucalır. Amma söylədiyin sözlərlə gördüyün iş nə, kardeşim?!
   
   Qarsı həm Gəncə ilə qardaşlaşdırırsan, həm Ermənistanın Gümrü şəhəri ilə (bu şəhərin adı əvvəllər Leninakan idi, indi bilmirəm). Bu nasıl olur, kardeşim?! Bu nasıl olur ki, 25 faiz türk torpağını işğal eləmiş, minlərlə dinc sakini qətlə yetirmiş, Xocalı soyqırımını törətmiş erməniləri bağrına basırsan? Sən onların əlindəki qanı görmürsənmi? Axı, sən kor adama oxşamırsan! Sən savadlı bir bələdiyyə başkanısan, bir siyasətçisən, iqtidarda olan AK partidə söz sahiblərindən birisən.
   
   Sözün nə, əməlin nə, kardeşim?!
   
   Qarsda ən hündür təpənin üzərində erməni ilə türkün qardaşlıq abidəsini ucaldırsan və bu abidəni elə bir yerdə ucaldırsan ki, nəinki sərhəddən, hətta İrəvandan görmək mümkündür.
   
   Çox qəribə də bir məntiqlə. Naib əfəndi deyir ki, ermənilər hər yerə soyqırım abidəsi ucaldırlar, türkə nifrət oyadırlar, mən bu abidəni ucaltmaqla dünyaya göstərmək istəyirəm ki, biz sülh istəyirik, biz qardaşlıq istəyirik və Atatürkdən misal gətirir":: "Yurdda sülh, cahanda sülh!" Kardeşim, Atatürk yurdda sülhü saxlamaq üçün on sənəyədək bütün dünyayla savaşdı. Hər bir sülh savaşdan keçir. Qalib gələndə sülh olur, məğlub olanda İraq. Doğrudanmı sən bunu anlamaq istəmirsən?!
   
   Bəli, erməni hər yandan türklərə güllə atır, biz də bu güllələrə qarşı Naib əfəndinin və naibəfəndilərin hesabına gül atırıq. Gəl, erməni, gəl, min mənim boynuma. Gəl min mənim boynuma ki, dünya desin, görürsünüz türklər sülhsevərdilər, necə erməniləri və eləcə də başqalarını boyunlarına alıb gəzdirirlər. Bunumu istəyirsən?!
   
   Atatürkün məşhur bir sözü var, hadisəni yazmıram, sözü yazıram, oxucunu yormayım":: "Mən bu millətə hər şeyi öyrətdim, bir nökərçilikdən başqa!" İndi Atatürk öldümü, bu millətə nökərçilik öyrətmək istəyirsiniz? Özü də kimə? Min illər türklərə nökərçilik eləmiş erməniyə!
   
   Siz bir vəziyyətə baxın, görün Türkiyə hansı gündədir ki, hansısa bir bələdiyyə başkanı dövlətə və hökumətə meydan oxuyur?
   
   Sözüm Naib əfəndiyədi. Sən ağıllı və savadlı adamsan, özü də işıqlı adama oxşayırsan, kendinə qayıt, kardeşim, Türk kendinə qayıdanda böyük olur!
   
   Mövzuya qayıdacağıq. Mən Türkiyədə çox olmuşam, amma bu son səfərimdə mən Türkiyəni olduğu kimi gördüm. Çalışacam ki, yol qeydlərimi oxuculara çatdırım, bəlkə onlar üçün maraqlı oldu.
   
   Və sonda. Türkiyədə bir hadisə məni çox kövrəltdi. Bəlkə bu başqalarına adi görünər. Amma mən Türkiyənin nə qədər doğma olduğunu hiss etdim.
   
   Avtobus vağzalında dayanmışdım. Bir taksi sürücüsü adamlara yaxınlaşıb deyirdi"::
   
   - Naxçıvana iki nəfər, Naxçıvana iki nəfər!
   
   Elə bil Bakı Avtovağzalında bir taksi sürücüsü deyirdi"::
   
   - Ağcabədiyə iki nəfər, Ağcabədiyə iki nəfər!
   
   Həmin taksi sürücüsüylə xeyli dərdləşdik. Və onun bir sözünü də oxuculara çatdırım. Dedi"::
   
   - Bu yolu Heydər Əliyev açdı!
   
   Və Heydər Əliyevin açdığı yolu da hansısa bir bələdiyyə başkanı erməninin üzünə aça bilməz.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK