deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: YAXŞILIQ Adalet.az | Faiq QİSMƏTOĞLU: YAXŞILIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YAXŞILIQ

13936    |   2018-08-17 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Qırmızı «Jiquli» pambıq zavoduna sarı dönüb içəri keçdi. Gözətçilər bir istədi maşını saxlasınlar, ancaq sürücünü görən kimi fikirlərindən daşındılar. Çünki onlar sükan arxasında əyləşən sürücünü yaxşı tanıyırdılar. Bilirdilər ki, bu sürücü pambıq zavodunun «tovaravedi» Qismət kişinin bacısı oğludu. Və Qismət kişinin bacısı oğlu həm də elə çoxlarının bacısı oğlu kimi yadda qalmışdı. Kim ona müraciət eləyirdi: «bacıoğlu» deyirdi. Və bu bacıoğlu da hər gün Qismət kişini Bəhmənlidən pambıq zavoduna gətirirdi. Düzdür, Qismət kişinin «Pobeda»sı da vardı. Ancaq «Pobeda»nı həmişə sürməzdi. Özünü narahat hiss eləyəndə, qanı qaralanda həmişə həmin o qırmızı «Jiquli» ilə zavoda gəlirdi.

… Zavodun direktoru Tiflis Ağayevin qanı bərk qaraydı. Çünki yuxarılarda onu bir balaca silkələmişdilər. Və Tiflis Ağayev də elə-belə adam deyildi. Heç kəsdən çəkinib eləməzdi; lazım gələndə nazirə də sözünü deyərdi və birinci katibin də qabağında qaçıb eləyən deyildi. Əksinə, birinci katib həmişə çalışırdı ki, onunla münasibətləri yaxşı olsun. Əgər Tiflis Ağayev hirslənsəydi, qəzəblənsəydi, bax onda gərək rayonunun pambıq planı dolmayaydı. Pambıq planı da dolmayanda birinci katibi «sekada» yaş yuyub quru sərərdilər. Bir balaca da ayağı büdrəsəydi, yəni ikinci ildə rayon pambıq planını ödəməsəydi, çətin ki, birinci katib o kresloda otura bilərdi…

… Zavodun direktoru Tiflis Ağayev çətinə düşəndə Yusif kişini, Qismət kişini, Cəlil kişini köməyə çağırırdı. Elə ki, yuxarılardan tapşırıq gəlirdi, bax onda onlarla məsləhətləşmədən heç kimə bir söz deməzdi. Və söz də ondan ibarət idi ki, zavod hansısa kolxoza kömək etməzdi.

… Axşamdan rayonun bir neçə kolxozundan zavoda lafet-lafet pambıq gətirmişdilər. Ancaq pambığı yoxlayandan sonra görmüşdülər ki, pambıqdan çox onun içərisində daş-kəsək, qum-çınqıl var. Üstəlik də pambıq çox yaşıymış. Belə olanda nəinki zavod direktorunun, hətta «tovaravedlərin» də qanları itin qanına dönürdü. İki daşın arasında da olsa kolxoz sədrlərini Tiflis Abayev tapdırar və dişindən çıxanı onlara deyərdi. Kolxoz sədrləri də görərdi ki, balam, bu həna o hənadan deyil, Tiflis kişi lap hövsələdən çıxıb. Qırımından bilərdilər ki, bu cür «nömrələri» tay keçən deyil. Üstəlik də elədikləri «zibil işin» üstü açılıb. Belə olanda bir neçə gün kolxoz sədrləri zavoda ürzükməzdilər. Suçlu-suçlu gəzər, Tiflis Ağayevin qanının durulmasını gözləyərdilər. Elə ki, Tiflis Ağayevin qanı duruldu, elə ki, Yusif kişi, Cəlil kişi, Qismət kişi güldü, eyinləri açıldı, bax onda kolxoz sədrləri yenidən görünərdilər...

… Və ən çox da kolxoz sədrləri zavodun laboratoriya müdiri Yusif Abbasovdan çəkinirdilər. Çünki bilirdilər ki, Yusif kişi hövsələdən çıxdı, heç nəyi nəzərə alan deyil. Və Yusif kişi də elə-belə hövsələdən çıxmazdı. Görürdü ki, kolxozlardan yaş pambıq gəlir, onların içərisi açılmamış qozayla doludu, hələ üstəlik də pambığın içərisinə daş, qum, kəsək qatıblar, bax onda onun qarşısında dayanmaq mümkün olmazdı. Hətta Allahın bacısı oğlu olsa da Yusif kişi bu haramlığa görə, onu o ki var danlayar və dişinin dibindən çıxanı həmin adamın üstünə yağdırardı. Həmin adam da ya briqadir olardı, ya da kolxoz sədri. İllah da ki, ikinci, üçüncü dəfə bu hadisə təkrarlansaydı, o adam yaxasını heç vaxt laboratoriya müdiri Yusif Abbasovun əlindən xilas eləyə bilməzdi. Hətta belə özündənrazı adamlardan biri bir dəfə Sosialist Əməyi Qəhrəmanı olan qohumunun və eləcə də rayon prokurorunun adını çəkmişdi, bu da Yusif kişini daha da qəzəbləndirmişdi. Demişdi ki, məni qohumlarınla qorxuzub eləmə. Hələ bir yaş pambıq gətirmisən, yetişməmiş qozanı, daşı, çınqılı pambığa qatmısan, yekə-yekə də danışırsan. Get o qohumuna de ki, kişiliyi varsa, gəlsin zavoda! Görsün onu nə günə qoyuram. Pambıq gətirən adam da Yusif kişinin ağzından «od töküldüyünü» görüb qorxusundan səsini içinə çəkərdi və vəzifəli qohumlarına da bir söz deməzdi. Çünki o pambığı gətirən fəhlə bilirdi ki, Yusif kişi haqq işə görə nə nazirdən, nə birinci katibdən, nə də prokurordan çəkinən deyil. Yusif kişinin qorxduğu bir müqəddəs varlıq vardı: o da Allah idi! Allahdan başqa kimsə ona zor eləsəydi, güc göstərsəydi, kreslosuna arxayın olub barmaq silkələsəydi, bax onda həmin vəzifəli şəxsin günü göy əsgiyə bükülərdi. Bunu hamı bilirdi və bunu hamı bildiyinə görə, Yusif kişiyə heç kəs zor tətbiq edə bilməzdi…

… Kababçı Əbdül şişə taxdığı qoyun ətinin yağlı tikələrini manqalın üstünə qoydu. Əlindəki kartonla yavaş-yavaş közərən və bişən kababı yelləməyə başladı. Elə yelləyirdi ki, qıraqdan baxan da elə bilirdi bu dəqiqə kababçı Əbdül tüstüdən boğulacaq. Kababçı Əbdül tüstüdən boğulmurdu, əksinə ləzzət alırdı. Bir az da kartonla manqalın közlərini yellədi. Elə bu an üç dost – Yusif kişi, Qismət kişi, Cəlil kişi yeməkxanaya girdi. Onları görən kimi Əbdül işini bildi və şişdə bişmiş kababları bir-bir çəkərək boşqaba boşaltdı. Əbdül kişi bilirdi ki, Yusif kişi seyiddi, araq içmir. Qismət kişi də, Cəlil kişi də arağa meylli deyildi. Kababı şirin-şirin yeməyə başladılar. Birdən Yusif kişi dilləndi:

- Ay Qismət, bu axşam Faiqi bizə aparacam. Qoy evi tanısın, bir az da istirahət eləsin…

Qismət kişi bir söz demədi. Bilirdi ki, uzun illər dostluq elədiyi Yusif kişinin onun oğlu Faiqdən xoşu gəlir. Çünki Faiq həm dərslərindən «əla» qiymət alırdı, həm də tərbiyəli idi. Dostlar bir tikə çörək yeyib iş başına qayıtdılar. Zavodun həyətində kəndlərdən çoxlu sayda gəlmiş içi pambıq dolu lafetlər qapana tərəf gəlirdi. Orda da çoxlu növbə vardı. Növbə də ona görə yaranmışdı ki, hər bir lafetdəki pambıq diqqətlə yoxlanılırdı. Pambığın həm yaşlığı, həm də içərisinə qum, çınqıl atılması onları çox narahat edirdi. Ona görə də heç kəs yoxlanılmadan, pambıq analiz edilmədən çəkilməyə buraxılmırdı.

… Axşam qaş qaralanda Yusif kişi dostunun oğlunu səslədi. Dedi ki, bu axşam dədənə demişəm bizdə qalacaqsan. Müşkünaz xalan yaxşı yemək bişirib. Gör Mirvari bacı yaxşı yemək bişirir, yoxsa xalan? Sözün düzü, Qismət kişinin oğlu utancaq olduğuna görə, bir balaca narazılıq elədi. Ancaq gördü ki, yox, dədəsinin dostu dediyindən dönən deyil. Yaxşı bilirdi ki, dədəsinin dostu Yusif kişi hər adamı evinə aparmır. Maşınla onların Horadiz qəsəbəsindəki ikimərtəbəli evlərinə gəldilər. Yusif kişinin həyat yoldaşı Müşkünaz xanım, qızı Zöhrə, oğlu Hüseyn Faiqi görüb onunla görüşdülər. Elə görüşdülər ki, elə bil onlar çoxdan tanış idilər. Əlbəttə, qiyabi olaraq bir-birlərini tanıyırdılar. Ancaq birinci dəfə üzbəüz idilər. Müşkünaz xanım iki daşın arasında süfrə açdı. Ləziz yeməklərlə o süfrəni bəzədi və şirin-şirin süfrə arxasında əyləşib çörək kəsdilər. Faiq də utana-utana o çörəyi yedi, ancaq bu qəribə anları uşaqlıq yaddaşına həkk elədi. Müşkünaz xanım zorla onun ayaqlarını yudu. Hansı ki, ayaqları tozun-torpağın içindəydi və özü də utanırdı ki, Müşkünaz xala mənim ayağımı yumasın. Ancaq Müşkünaz xala ona ana məhəbbəti göstərdi və ayaqlarını yudu. Həmin axşam dədəsinin dostu Yusif kişigildə çox rahat yatdı. Səhər də açılanda yenə süfrənin üstünü yağla, balla, yumurtayla dolu gördü. Zor gücüylə ona səhər yeməyi də yedirtdilər. Müşkünaz xanım dedi:

- Oğul, bizim çörəyimiz halal çörəkdi, seyid çörəyidi. Dədənlə də Yusif dayın uzun illərdi dostdular. Özün də çox çəlimsizsən. Gərək yaxşı yeyəsən ki, gedib işləyə biləsən...

… O səhərin şirinliyi, o səhərin günəşi, o səhərin işığı və istiliyi heç vaxt o balaca uşağın yadından çıxmadı. Müşkünaz xanımın onun toz-torpaqlı ayağını yuması, ana nəvazişiylə dindirməsi, axşam şam yeməyinin gözəlliyi, səhər yeməyinin şirinliyini heç vaxt, heç zaman unutmayacağına özünə söz verdi. 46 il bundan əvvəl olan anlar bu gün də gəlib o oğlanın göz önündən keçir. 46 il bundan əvvəl hər şey gözəl idi, hər şey şirin idi. Onda atası Qismət kişi də sağ idi və atasının dostu Yusif kişi də. Hər ikisi çox möhkəm dost idi. Hər ikisi kəsilən duz-çörəyə hörmət eləyirdi. Hər ikisi namuslu, qeyrətli kişilər idi…

… Və indi nə Qismət kişi var, nə də Yusif kişi. Onların sağ qalan övladları var və bir də Müşkünaz xanım var. İndi Yusif kişinin qızı Zöhrə var, oğlu Hüseyn var və bir də onların nəvələri var. O yaxşılıq ki, insana kim tərəfindənsə olur və o yaxşılıq heç vaxt itmir. Noolsun ki, Yusif kişi yoxdu, noolsun ki, Qismət kişi yoxdu, amma onların yerində Yusif kişinin həyat yoldaşı Müşkünaz xanım var, Hüseyn var, Zöhrə var, Faiq var və onların bal kimi şirin balaları var…

… O işıq, o yaxşılıq göy üzünə çəkilib. Və o işıq, o yaxşılıq bu gün bir başqa formada, bir başqa rəngdə, bir başqa biçimdə yenidən yer üzünə qayıdır. Göy üzündən qayıdan yaxşılıqlar yer üzündə heç vaxt itmir…



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK