ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ŞEYTAN

10948    |   2018-04-20 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

…Gözəgörünməz və qəribə bir varlıqdı. Bu barədə «Qurani-Kərim»də də bilgilər var. Bilmirəm siz şeytanı görmüsünüz, ya yox?! Amma mən o şeytanı görmüşəm. Bəlkə də yaxşı baxsanız siz də içinizdə, ətrafınızda belə şeytanları görərsiniz. O şeytan ki, sizə o qədər yaxın olur ki, o qədər qəlbinizin içinə girir ki, elə bilirsiniz ondan yaxın varlıq yoxdu…

… Və bir an ayılanda hiss edirsiniz ki, elə yanınızdakı şeytan sizi yoldan çıxarıb və aparıb hansısa bir qaranlıq aləmə. Bax onda özünüzə gəlirsiniz, dilinizdən bu sözlər çıxır: «lənət şeytana!».

Bir də dəli şeytan var. Və o dəli şeytan çox adamın qəlbində, iç dünyasında şeytanlıq eləyib və eləyir. Məsələn, mənim tanıdığım bir adam var, ancaq şeytanla yoldaşlıq eləyir. Deyir ki, Əzrayıl neçə dəfə gəlib mənim canımı almaq istəyib, amma dəli şeytanın əliylə ondan canımı qurtarmışam. Və dəli şeytan nə deyir, elə onu da qəbul edirəm və o yolla gedirəm. Hələ ki, getdiyim yolda büdrəməmişəm. Və o dəli şeytan məni düz ağ yolla harasa aparır. Hara apardığını bilmirəm, amma bir onu bilirəm ki, dəli şeytanın dediyi ilə oturub-durandan sonra əməlli-başlı həyatımı qura bilmişəm. Tay bunun harası dəli şeytan oldu? Həmin adam onu da deyir ki, «şeytana lənət» deyəndə mənim içimdə bir qəzəb hissi baş qaldırır. Az qalıram yapışam həmin adamın yaxasından, yerə yıxıb sürüyəm. Başqalarını deyə bilmərəm. Hara gedirəmsə, hansı yoldan keçirəmsə, o yolda mənə dəli şeytan kömək edir…

… Belə rəvayət var ki, bir gün insanla şeytan yolda rastlaşır. Bu vaxt eşşəyin belində bir adam gəlib onların yanından keçir. Bir az aralanandan sonra insan şeytana deyir ki, sən necə eləyə bilərsən eşşəyin üstündəki adam yerə yıxılsın. O da bir aşağı baxır, bir yuxarı, heç bir neçə saniyə keçmir ki, eşşək belindəki adamı honquldayaraq yerə çırpır. İnsan şeytandan soruşur:

- Axı, o adam bizdən nə qədər uzaqlaşmışdı. Bəs necə elədin ki, eşşək onu yerə çırpdı?!

Şeytan qımışır və dillənir:

- Bir at milçəyini göndərdim ora, o da eşşəyin quyruğunun arasına girdi, başladı onu qıdıqlamağa. Bax, eşşək də həmin adamı yerə çırpdı. Mənim barmağım hara uzanırsa, orda mütləq bir hadisə baş verməlidi…

Şeytan yenə insana sual edir:

- Bəs sən də bir şey bilirsən mənə de?!

İnsan gülür və deyir:

- Qulağını bura gətir?

İnsan şeytanın qulağına nəsə pıçıldayır və şeytan donub qalmış halda səslənir:

- İnsafın olsun, mən hələ elə bir iş görməmişəm, Allahından qorx!..

İnsanın dedikləri şeytanı nətəhər həyəcanlandırırsa, bir də ona yaxın gəlmir və deyir ki, elə Allah-Təala yaxşı eləyib sizi cənnətdən qovdu. Və mən də siz insanların zibilinə keçdim…

… İçimizdə, qəlbimizdə, ürəyimizdə bir də hiss eləyirik ki, nəsə qara-qura fikirlər dolaşır. Bax, o qara-qura fikirlər dolaşanda istər-istəməz şeytan insanın qəlbinə girir. Pak, təmiz, Allahını sevən və inanan insanların qəlbində o şeytan heç vaxt özünə yer tapa bilməz. Və o şeytanın o nurun, o işığın, o təmizliyin qarşısında gözləri qamaşır və bir anın içində ordan uzaqlaşır. Ancaq elə ki, hansısa qəlbdə, ürəkdə yer tapdı, məskən saldı, yuva qurdu, ordan qətiyyən çıxan deyil. Çünki o, axtardığını çox asanlıqla tapır...

… Hər kənddə-kəsəkdə, hər yerdə, hətta qonum-qonşuda və qohum-əqrəbada da bu cür şeytana xidmət edən və şeytan xislətli insanlar var. Ömrü boyu ancaq kiməsə badalaq atar, pislik eləyər, hansı yazığınsa çörəyini əlindən alar. Və bununla da qürur duyar, fəxr eləyər. Deyər ki, mən filankəsin balalarını ağlar qoydum… mən filankəsin çörəyini tökdüm… mən filankəsin yaxşı nəyi var idisə əlindən alıb çöllərə saldım…

… Belə şeytanları çoxlarımız yaxşı tanıyırıq. Amma bəzən şeytanlığını üzünə deməyə cəsarətimiz çatmır. Bizim kənddə şeytanlıq eləyən, söz gəzdirən, kimlərinsə çörəyini tökən bir adam vardı. Və hamı da onu elə şeytan kimi tanıyırdı. Şeytan kimi tanıdığına görə də ondan uzaq gəzərdilər. Yalnız onun işi adamlara pislik eləmək, yuxarılara danos vermək, hətta ali məktəbə qəbul imtahanları verən gənclər haqqında müxtəlif şər-böhtan xarakterli ərizələr göndərərək onları ali məktəbə qəbul olmağa imkan vermirdi. Və bu şeytan 90 ilə yaxın bir ömür yaşadı. Və axırda da dünyasını dəyişəndə hamı onun cəmdəyinə tüpürdü. Dedilər ki, tay camaatın canı bu şeytandan yaxşı qurtardı. Amma o şeytan öldü, ondan sonra cavan şeytan baş qaldırdı…

Bizim kənddə həm də çox həyətlərdə və eləcə də bizim həyətimizdə qəribə bir ağac bitərdi. Və o ağaca da heç kim yaxınlaşmaz, heç kəsib odun kimi də istifadə eləmirdilər. Çünki o ağacın adı belə adlanırdı: Şeytan ağacı! Qəribə idi ki, elə şeytana da oxşuyurdu. Çox dəhşətli bir qoxusu gələrdi. Elə bil «Qurani-Kərim»də təsvir olunmuş cəhənnəmdə bitən Zəqqum ağacının iyini verirdi.

… Bir dəfə uşaq vaxtı yayda onun kölgəsində yatmışdıq. Yuxudan qalxandan sonra hamımız qusmağa başladıq. Bunu bilən böyüklərimiz bizə bərk əsəbiləşdilər. Dedilər ki, yatmağa bu yayın istisində yer tapmırsınız? Gedin ərik, alma, alça ağaclarının altında nə qədər yatırsınız, yatın. Bəs bilmirsiniz ki, şeytan ağacının altında yatanda o şeytan ağacı da sizin başınıza oyun açacaq? Tay o vaxtdan sonra biz uşaqlar bir də o şeytan ağacına yaxın durmadıq…

Hə, axı şeytandan danışırıq. Bax, bir az ətrafınıza boylanın, bir az kənarınıza baxın. Nə gördünüz? Gülər də deyir ki, Faiq müəllim, sizi gördüm. Hələ ki, şeytan görmürəm. Amma bu şeytan elə bir şeydi ki, onu hər adam görə, hiss eləyə bilməz. Onu o vaxt hiss eləyirsən ki, o şeytan söz aparıb söz gətirir, aləmi bir-birinə qatır, vəlvələ salır və bir anda da yoxa çıxır...

…Bax, belə adamlar yəqin sizin də qarşınıza çıxıb. Bəlkə də çıxmayıb, deyə bilmərəm. Amma mənim qarşıma çıxanı var. Özü də ona deyirəm ki, sən şeytansan və şeytanla dostluq eləyirsən. O da deyir ki, lap yaxşı eləyirəm. Mən şeytanam, özüm bilərəm. Hələ şeytan mənə bir şey eləməyib…

Bu qara-qura fikirləri heç özüm də bilmədim necə bilgisayara diktə elədim. Ancaq bildiyim odur ki, şeytanla yoldaşlıq eləyənlər, dostluq eləyənlər heç də ömürlərinin sonunda rahatlıq tapa bilməyəcəklər. Çünki bir gün şeytan onlardan uzaqlaşacaq və həmin adam da qalacaq səhrada olduğu kimi düzün ortasında. Düzün ortasında qalmaq istəmirsinizsə, şeytandan, şər qüvvələrdən, pisliklərdən, kiminsə haqqını yeməkdən, çörəyini əlindən almaqdan və balalarını ağlar qoymaqdan uzaq olun!!!!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK