ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR ÜŞÜYÜR…

14396    |   2018-03-16 14:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Yaz gələndə hər şey dəyişir: təbiət oyanır, güllər-çiçəklər açılır. Və gələn yazın ətri hər tərəfi bürüyür. Güllərin, çiçəklərin ətrindən, rəngindən və gözəlliyindən insan doymur. Düşünür ki, görəsən bu açan çiçəklər, torpaqdan boylanan güllər, yağan yaz yağışının nuruna necə bələnəcək?..

…Yaz yağışı yağır, gün çıxır və güllər-çiçəklər bu yağışdan, bu gündən işıq alır. Bir boyda, bir az da böyüyür. Baxırsan alma, alça, ərik, armud… ağaclarına görürsən ki, budaqlarda çiçəklər sənə gəl-gəl deyir. Bu çiçəklərin, bu güllərin ətrindən doymaq olmur. Ləçəklərə, çiçəklərə qonan bal arılarının səsindən bir qeyri-adi hisslər duyursan.

… O hisslər ki, bu bal arıları yazın gəlişindən bir anlıq da olsa istifadə edib ləçəklərə, çiçəklərə qonaraq o şirəni çəkirlər. Şirəni çəkəndən sonra ağaclardan qalxıb gəldikləri yerə qayıdırlar. Gəldikləri yerdə isə pətəklərə dolub öz şirələrini, öz şirinliklərini ora tökürlər. Və pətəklərdə min bir dərdin dərmanı olan bal toplanır. O bal ki, dünyada ondan şirin heç nə yoxdu...

Burda yadıma istedadlı şair Vahid Əzizin iki misrası düşür:

Çiçəkləri öpdüyümü küləklər,

Qaçıb yara bildirməsə yaxşıdır.

Görün lirik qəhrəman nə qədər qısqancdır ki, sevgilisi onu çiçəyə də qısqanır. Və lirik qəhrəman da düşünür ki, bu çiçəyi öpdüyünü küləklər yara bildirməs onun dədəsinə od qoyacaq…

Çiçəklərdən, güllərdən incə, kövrək nə ola bilər? Bəzən deyirlər ki, kəpənəklər də çox kövrəkdir və onların ömrü çiçəklərin ömründən qısadı. Siz kəpənəklərə fikir vermisinizmi? Güllərin, çiçəklərin rəngi həmin kəpənəklərin özünün və qanadının rənginə hopub. Və çox vaxt çiçəklərin arasında bu kəpənəkləri balaca uşaqlar qarışıq salırlar. Kəpənək tutmağa gedən uşaq onun dalınca qaçır, qaçır, axırda kəpənək əvəzinə çiçəyi dərir. Baxıb görür ki, bu kəpənək deyil, çiçəkdi.

Böyük estrada müğənnisi Mirzə Babayevin də əbədiyaşar bir mahnısı var: «Kəpənək». Çox vaxt bəzi yumorlu tamaşaçılar ondan soruşurdular ki, Mirzə dayı, dalınca qaçdığın o kəpənəyi tuta bilmisən, yoxsa yox? Rəhmətlik Mirzə dayı da həddindən artıq duzlu adam idi. Qız olsa deyərdi ki, o kəpənəyi tuta bilməmişəm, amma səni tutacam. Oğlan da olsa belə cavab verərdi: «Hələ qaçıram, qaçıram, oğul, onu tuta bilməmişəm».

Mirzə Babayev nə qədər böyük müğənni idisə, bir o qədər də istedadlı aktyordu. Zarafat deyil, «Misyö Jordan Dərvişi Məstəli Şah»da Dərviş rolunu çox möhtəşəm ifa etmişdi. Ondan sonra «Dəli Kür»də əlində qaval bir müğənni rolunu oynayıb. «O qızı tapın»da milis rolunda özünəməxsus obraz ifa edir. Eyni zamanda «Bəyin oğurlanması»nda Mirişin atası rolunu çox qeyri-adi bir formada yaradır. Bir dəfə onunla görüşmüşdüm. Rəhmətlik dedi ki, rejissorlar məndən istifadə eləyə bilmədilər. Məsələn, Məşədi İbad rolunu elə oynayardım, Əlağa Ağayev mənim kölgəmdə qalardı. Mirzə Babayevin dilinə görə dilçəyi də vardı. Və arzuladığı obrazı da elə oynayardı ki, o biri rolları onun kölgəsində qalardı.

Bir söz deyim, rejissorlar inciməsin. Bizim rejissorlar nə Fazil Salayevin, nə Məmmədsadıq Nuruyevin, nə də Mirzə Babayevin istedadlarından istifadə eləyə bilmədilər. Onlar gedib başqa ölkələrdən aktyor dəvət etdilər, ancaq bu cür istedadlar öz qiymətini ala bilmədi.

… Çiçəklərdən danışırdıq. İndi də bir neçə gündür havalar çox soyuq keçir. Hətta dağlıq rayonlara güclü qar da yağıb, havalar da şaxtalı keçir. Açılan çiçəklərə, güllərə lap yazığım gəlir. Axı çiçəklər də, güllər də bir canlıya bənzəyir. Soyuq olanda onlar da üşüyür. Nəvəm Tunar deyir ki, dədə, bəs bu çiçəklər axı soyuqdan ölə bilərlər. Bəlkə onların üstünə böyüklər bir şey atsınlar, o çiçəklər də soyuqdan donmasın.

… Ağ çiçəklərin üstünə düşən yağış damlaları onu bir az da büzüşdürür. Sanki ağ çiçəklər soyuqdan qorunmaq üçün bir az da yığılırlar, bir az da özlərini bükürlər…

Çiçəkləri ölməyə heç vaxt Ulu Yaradan qoymaz. Elə nəvəmə də belə dedim. Dedim ki, Tunar, qorxma, çiçəklər ölməyəcək. Bir azdan gün çıxacaq, bir azdan isti olacaq, o büzüşüb qalan çiçəklər açılacaq, yarpağa çevriləcək. Hər il belə olur. Yaz gəlməmiş, isti düşməmiş ağaclar çiçəkləyir. Bəzən də indiki kimi soyuq olur, qar yağır, şaxta düşür.

…Üşüyənlər bükülüb qalır, özünə sığınır, bir az davamlıları soyuqdan qorxub çəkinmir. Və sanki şaxtaya, qara meydan oxuyur. İndi bir-iki gündən sonra bu soyuğun da ömrü bitəcək. Yenə günəş doğacaq, yenə hər tərəf nura boyanacaq və bu çiçəklər, bu güllər də o günəşdən, o işıqdan nur içəcəklər…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK