viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | SİNƏMİZDƏKİ QAPQARA DAĞ – QARADAĞLI Adalet.az | SİNƏMİZDƏKİ QAPQARA DAĞ – QARADAĞLI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SİNƏMİZDƏKİ QAPQARA DAĞ – QARADAĞLI

Fəridə RƏHİMLİ

17353    |   2018-02-23 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fevral ayının soyuğu, şaxtası son illər mənə yalnız Xocalını, Qaradağlını, Cəmillini xatırladır.

1918-ci ildən - Sovet Ordusu və Hərbi Dəniz Donanması günü, Qızıl Ordunun yaranması günü kimi qeyd etdiyimiz, sonralar "kişilərin bayramı” kimi hafizəmizə yazdırılan bu tarix 1992-ci ildən yaddaşımızdan qeyb oldu və yerini faciə tariximizə, utanc, qəzəb, qisas istəyimizə verdi.

...Uşaqlıqdan qar yağanda sevincimin həddi-hüdudu olmazdı. Mal-qaranın soyuqdan öləcəyi, ot-ələf çatışmazlığı, odun sobalarında odun, kömür sobalarında kömür çatışmazlığı, un qıtlığı, bazar-dükan qayğısı valideynlərimizi narahat etsə də, bu sevincə heç bir şey mane ola bilmirdi. Valideynlərin bayıra çıxma qadağalarına baxmayaraq xizəkdə sürüşməyə də, qartopu oynamağa da fürsət, bəhanə tapardıq. Qarın, bəyazlığı ilə hər əyər-əskiyi örtüb gözəlləşdirməsi, ağacların üstündə yaratdığı əsrarəngiz mənzərə, gecənin qulaq batıran sakitliyində ağappaq döşəmənin həzin, huzurverici rahatlığında içimə dolan o sevinci bölməyə birini axtarardım. Soyuqdan büzüşüb evə qaçan, sümükləri üşüyən qarılar kimi sobanın böyrünü kəsdirən həmyaşıdlarıma acığım tutardı. Bu gözəllikdən doyasıya istifadə etmək əvəzinə qarın əriməsini gözləmələrinə heç bir anlam verə bilməzdim.

Bu istək böyüdükcə də davam etdi, amma o illərə qədər -Şəhidlərimizin qanı ağappaq qarın üzərində qıpqırmızı gül açana qədər...

İndi fevral gələndə nə doğum günüm, nə qar bəyazlığı içimdəki o hissi dəyişə bilmir – Xocalı, Qaradağlı faciələrinin ağrısını.

Xocalı faciəsində daha çox insan tələfatı olduğu üçün nədənsə 17 fevral Qaradağlı faciəsinin kölgədə qaldığını düşünür düm. Bu soyqırımını ikinciXocalıda adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakiblərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. Onun dediklərindən: "Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı.

1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.

Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra biziXankəndinə apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar. Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.

Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətininköməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonra dünyasını dəyişdi. Həmin vaxtdan illər keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb. Hər girovun başına gətirilən işgəncələrdən bir dəhşət filmi çəkmək olar. Türk qardaşlarımızdan bu faciəmizə laqeyd qalmayanlar çoxdur. Bu faciələrə bələd olduqca düşmənə nələtlər yağdırır, insanlığa sığışmayan xislətlərinə nifrətlərini bildirirlər. Hətta ailə dostumuz olan Ahmet Varol o illərdən etibarən Ermənistana ticarət üçün yük daşıyan tırını – külli miqdarda maddi itkisinə baxmayaraq - dayandırdı.

Trabzonda – Gümüşhanə ilinin İkisu köyündə "Padişah, Pestil & Köme” mağazasında Qaradağlı faciəsinin dükan sahibi tərəfindən anılması mənə o qədər anlaşılmaz bir duyğu yaratdı ki, göz yaşlarımı saxlaya bilmədim. "Azerimisiniz, neresinden?” – sualına, Qarabağdan olduğumuzu söyləyincə: Nə facialar yaşamış o insanlar be abla! – deməsi o qədər kövrəltdi ki məni, qəhərdən ürəyimin sancısı yolboyu davam etdi. Adam səsi titrəyə-titrəyə: Yaa, adam yalvarmış ki düşmana, eşimi, annemi öldür! Bundan ötesi varmı?! Bu zülüm insanlığa sığarmı?

Bəli, bu zülm insanlığa sığmaz. Sığmamalıdır. Özümüzü aldada-aldada dünya birliyindən imdad, kömək, ədalət gözləyirik. Orda isə Xocalı, Qaradağlı, Cəmilli... şəhidlərinin ruhları üşüyür ağappaq qarın üstündə...




İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK