ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ÜÇ MƏKTUBUN ƏKS-SƏDASI

Onu mən bu ovqatla oxudum

125293    |   2017-12-29 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər kəsin bir xatirə dünyası var, bir yaddaş kartı var… Və hər kəs də o yaddaş dünyasının, o yaddaş kartının açar sözünü özü bilir… özü ürəyində, ağlında saxlayır… onu hər kəsə etibar etmir və hər kəsə də vermir. Bu, eqoistlik deyil. Bu, sadəcə olaraq, özəl olanın bir instinktlə qorunmasıdı. Və insanlar da öz instinktlərinə etibar edirlər, güvənirlər…

Mənim yaşıdlarımın həmin o yaddaş kartının, həmin xatirə dünyasının nişanələrindən biri məktudu. Doğrudur, indi də məktub var və onu yazırlar da. Amma inanın ki, həmin məktubların həniri, ətri, yaratdığı ovqat, yaşatdığı duyğular indi yoxdu məktublarda. Çünki indiki məktublar daha çox idarə-müəssisə arasında, qurumlar çevrəsində hərəkətdə olur. Digər qəbildən olan məktublar da elektron versiyaya keçir. Hətta sevənlər də bir-birinə hazır məktublar göndərirlər, məktublar yazırlar. Ona görə də qaçıb məktubların dadı-tamı. Yaman dadsızlaşıb məktublar…

Hə, bizim illərin uşaqları məktubları çox sevirdilər. O məktublar əsgərlikdə olan doğmalarımıza yazılırdı… o məktublar sevdiyimiz qızlara yazılırdı… o məktublar redaksiyalara, əsərini oxuyub bəyəndiyimiz yazarlara və bir də özümüzdən -özümüzə yazılırdı. Axırıncıları söz adamları olacaq tək-tək istedadlar, hamımızdan fərqlənənlər yazırdılar…

Bizim illərdə əsər qəhrəmanlarına da, ideallarımıza da məktublar yazılırdı. Şəxsən mən o illərin ən sevilən əsərlərindən biri olan «Polad necə bərkidi»nin qəhrəmanı Pavel Korçaqinə və bir də Cəlil Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinin qəhrəmanına özəl bir münasibət var idi. Bu iki bir-birindən fərqli qəhrəman məni həmişə düşündürürdü. Biri əzmkarlığıyla, biri sadəlövhlüyü, paklığıyla. Və dünyada bu cür insanların olmasına hardasa həm yüzə-yüz inanırdım, həm də içimdə onlara yüzə-yüz qibtə edirdim. Məqsədə çatmaq üçün, ideya uğrunda hər şeydən keçməyə hazır bir insan və bir də göz yaşından da dupduru bir əxlaq sahibi!..

Bütün bunları yazmağa başlayanda mən əlimin altındakı kitabı təkrar götürdüm. Və təkrar bir də vərəqlədim. Çünki söhbət məktubdan gedirdi. Və kitabın içərisindəki üç məktub məni bu yazıya kökləmişdi. O məktublar kefli İsgəndərə yazılıb. O İsgəndərə ki, onu Azərbaycan xalqına, Azərbaycan ədəbi məkanına, söz dünyasına böyük Mirzə Cəlil təqdim edib. Və böyük Mirzə Cəlilin kefli İsgəndərinə məktub yazmaq o qədər də asan iş deyil. O məktubu yazanda mütləq kefli İsgəndəri gətirib saxlamalısan gözünün qarşısında. Onun hər bir hərəkətini, hər bir jestini, hər bir sözünü yaddaşında təzələməlisən ki, kefli İsgəndərin sənə, yəni məktubuna nə cavab verəcəyini özün özlüyündə artıq bilmiş, duymuş, eşitmiş olasan. Əks halda, o məktub havada qalacaq. Bəlkə də heç gedib kefli İsgəndərin ünvanına çatmayacaqdı. Bax, oxuduğum üç məktubun müəllifi mənim zənnimcə, kefli İsgəndərin bütün durumunu mükəmməl bildiyindən ona öz məktubunu ürəklə ünvanlayıb və yazıb ki:

Sən keflisən, qardaş,

düz, ya əyri,

nə desən, inanan tapılmaz.

Mənə de, bildiklərini,

tək çəkmə bu millətin dərdini,

dərdini bilən olmaz.

Bir də,

bu dərd köhnə dərddi,

sağalmaz.

Bəli, şeiri bu hissəyə qədər oxuyub, dayanıb və öz-özümə düşünürəm:

- Müəllif iki məqamı elə məktubun girişində çıxarıb önə. Və birbaşa qəhrəmanına deyib ki, sən keflisən! Bunun ardınca da onun kefli olmasının səbəbini rahat bir şəkildə açıqlayıb. Əyri, ya düz, nə desən inanan olmayacaq. Çünki sən keflisən! Həmçinin sənin kefli olmağının səbəbi qəbul etdiyin alkoqol deyil. Sənin kefli olmağının səbəbi başına çəkib içdiyin millətin dərdidi. Sən dərdin keflisisən! Dərdin keflisi olanı isə kimsə dəyərləndirmir. Ona görə ki, bu dərd qaim-qədimdi, köhnədi, biz ona alışmışıq. Bax, sonuncu fikir müəllifin qabartdığı ikinci məqamdır. Keflilik, özü də dərddən qaynaqlanan keflilik və sağalmaz dərd.


Belə baxanda kefli adam və sağalmaz dərd üstündə köklənən birisinə üz tutmaq, ondan ağıllı hansısa cavabı almaq absurd görünə bilər. Amma müəllif fikrində israrlıdı, məktubu davam etdirir. Və kefli İsgəndərə xatırladır ki, onun kefli olmasında «payı» olan Xudayar bəy bu gün də yaşayır. Sadəcə, cildini dəyişib. Onda kəndxudaydı, indi milyonerdi. Bax, onda əlifbanı öyrənə bilməyən Xudayar bəy indi həmin o milyonların hesabına kitab yazdırıb, professor olub. Sən isə çəkdiyin dərdin dərmanını tapa bilməmisən. Ona görə ki, köhnə dərd sağalmır. Onun sağalması üçün şeyx nəsrullahlar aradan qalxmalıdır. Təəssüf ki, bu həyat da şeyx nəsrullahların üzünə qapını açıb. Onda kənd-kənd gəzib ölü dirildən, indi şəhərin mərkəzində ofis açıb pul dirildir. Üstəlik, kimlərinsə özəl həyatını da öz nəzər bucağı altında saxlamağı bacarır. Və bu da bir tərəfdən dərdin sağalmasına imkan vermir. Müəllif kefli İsgəndərə yazır ki, hətta Məmmədhəsən əminin oğlu da artıq irəli gedib. O, ərəb dili əvəzinə ingilis dili öyrənib. Və müəllif kefli İsgəndərin tanıdığı teleqrafçı Baxşəlini də yaddan çıxarmayıb. Onun da cildini necə dəyişdiyini misralayıb. Və nəhayət, bütün bu dediklərimin sonunda məktubu yazmağın özəl məqsədini dilə gətirib. Deyib ki:

Bax,

Dərd elə köhnə dərddi,

ANLAMAQ dərdi.

Sən çox fikir eləmə.

Bir də, bacın qurban,

tay içmə…

Mən şeirin bu yerində, yəni birinci məktubun sonunda hiss etdim ki, bu sonluq tam səmimidi. Bütünlüklə içdən gəlir. Adətən ailədə hər kəs öz yaxınına, öz əzizinə bu cür səmimi şəkildə bir məsləhət verir. Deyir ki, nə olar, tay içmə, canına heyfin gəlsin! Elə müəllif də kefli İsgəndərə bunu deyib. Üstəlik, onu da əlavə edib ki, DƏRD KÖHNƏ DƏRDDİR!

Bu da ikinci məktub. Bütün məktublar salamla başladığı kimi, burda da həmin o mənzərə oxucu üçün poetik bir ovqatla sərgilənir. Və misralar özü öz səsində danışmağa, özünü eşitdirməyə başlayır.

Salam, qardaş!

Yenə nə sıxıntın var?

Yuxumda elə qəmliydin ki,

Elə bil gəmilərin batıb.

Sənə demişdim axı,

Çox fikir eləmə,

Özünü qoru.

İnfarkt yaman çoxalıb.

Səmimi, içdən gələn doğmalığa söykənən bir məktubun başlanğıcı. Bu cür məktubları adətən ən yaxın, ən doğma kəslərə yazmışıq. Müəllif də kefli İsgəndərə bax, beləcə bir məktubla üz tutur. Özünün gördüyü yuxudan başqa, həm də cəmiyyətdə getdikcə artan bir təhlükəni də diqqətində saxlayır, onu da İsgəndərin qulağına çatdırır:

- İnfarkt yaman çoxalıb...

Bəli, bu belədir. Və bunun qarşını almaq üçün mütləq müəyyən işlər görülməlidir. Amma neyləyəsən ki, həmin o xudayar bəylər öz əməllərindən qalmırlar. Köhnə dünyadan özləri ilə gətirdikləri əxlaqı bu dünyada da işə keçirirlər. Üstəlik, əməllərinə dövləti də qatırlar. Bax, məsələnin qorxulu, düşündürücü məqamı da elə burasıdı. Yəni cinayətkar dövlətə özünü şərik sayır. Bir az da qabağa gedib dini də, «müasirləşdirir». Onun damarına bir Avropa əxlaqı qatır. Xudayar bəy də, şeyx Nəsrullah da, hətta Hacı Baxşəli də əməllərinin qanuni olduğunu, özlərinin müasirliyin davamçısı imicini ortaya qoyurlar. Cəmiyyət də onların əməllərini seyr edir. Hətta bəzən bunun köhnə dərd olduğuna istinad edib yoldan çəkinməyə, özlərinə sığınmağa üstünlük verirlər. Məktubun bir yerində vurğulanır ki:

Bir söz deyəcəm,

amma gülmə!

Deyirlər, o gün pirdə

o kəndin qadınları

nəzir paylayıb

dua edirlərmiş:

«Allah, balalarımız yazıqdı»,

bizim kişilərə bir də

çox pul vermə».

İndi yəqin ki, sizin də dodağınız qaçdı. Axı, «Gülmə!» deyib müəllif. Amma biz gülürük. Çünki gülməli durumdu və biz bu gülməli mənzərənin içərisindəyik. Sadəcə, ona hər birimiz içimizdə deyirdik, içimizdə gülürdük. Müəllif isə konkret misralarla, özü də birbaşa bizə kefli İsgəndərə göndərdiyi məktub vasitəsilə deyir ki, «Gülməyin!»


Bu isə üçüncü məktub. Yenə bütün məktublarda olduğu kimi, burda da qaydalara əməl olunur. Qardaşın əhvalı soruşulur və onun göz önündə olması istəyi dilə gətirilir. Və ərkyana bir şəkildə qardaşın sirr saxlamadığı, həmişə gördüyünü, eşitdiyini, bildiyini açıq ifadə etdiyini onun «bostanına daş atmaq»la diqqətinə çatdırılır. Və vurğulanır ki:

Sən də heç sirr verməli deyilsən,

ya ürəyinə salıb fikir eləyirsən,

ya da içəndə açıb hamıya deyirsən.

Bu durumun özü də bir mənzərədi, bir cizgidi. Adətən içənlər, sərxoş olanlar sirr düyüncələrini elə rahatlıqla açırlar ki, onların bütün bilgiləri tökülüb qalır ayaq altında. Bax, müəllif də kefli İsgəndərə həmin məqamı andırır. Üstəlik, bu məqamdan yapışıb ondan razılıq da almağa çalışır ki, heç olmasa söyləyəcəyi sirləri öz yaddaşında saxlasın, kimlərəsə deməsin.

Mən üçüncü məktubun bu məqamında düşünmüşdüm ki, müəllif nostalji olan duyğulara söykənərək fikrini kefli İsgəndərin obrazında bütövləşdirməyə, yəni qəhrəmanının vasitəsilə mövcud olan nöqsanları aradan qaldırmaq barədə konkret bir status ortaya qoyacaq. Amma müəllif elə həssas fikri misralayır ki, onda düşünməli olursan. Sən demə, həyatın ironiyası olan «millətin dərdi» təkcə kefli İsgəndərin dərdi deyil. O həm də millətin qızının dərdidi. Ona görə ki, o da o dərdlərin təsirini, təzyiqi yaşamağa, görməyə və onu sözə çevirməyə köklənib. Ona görə də onun söylədikləri, səsləndirdikləri daha kefli İsgəndərin fikri kimi, sözü kimi qulaqardına vurulmur. Əksinə, onun özünün üzünə deyilir, onun özünə irad kimi tutulur. Bax, millətin qızının yazdığı həmin dərdlər, yəni məktubda dilə gətirilənlər arxada qalan illərə «əlvida» demir. Əksinə, o illərin dərd yükü formasını dəyişmiş halda bu illərə də gəlib çıxır. O dərdlərdən qurtulmaq üçün isə ya hamılıqca kefli İsgəndər olmaq, ya da hamılıqca dərdin üstünə getmək lazımdır. Çox təəssüf ki, müəllifin söylədiyi məntiq daha gerçək, daha dürüstdü. Müəllif yazır ki:

Görürsən, qardaş,

mən dərddən yaza-yaza

kimsə də mənim dərdimi çəkirmiş.

Bəli, müəllifin dediyi «mənim dərdimi çəkirmiş!» fikri əslində dərd çəkmək yox, hardasa millət qızının tərəqqisinə, ziyalılığına, irəli getməsinə, millət üçün yanmasına paxıllıqdan, gözü götürməməzlikdən yorulmuş bir DƏRD! Əgər buna dərd kimi baxsaq, əslində bu, bizim özümüzün də gerçəyə qara eynəklə baxdığımızı göstərəcək. Çünki uğuru dərd hesab etmək kefli İsgəndərin daş-qalaq olmasını istəyənlərin düşüncəsinin məhsuludur!..

Mən hörmətli Sona Vəliyevanın «Qardaşım kefli İsgəndərə… məktub» adlı üç şeiri əsasında yazdığım bu fikirləri günümüzün reallığından doğan məqamların mənə diktəsi hesab edirəm.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK