ANA SƏHİFƏ / YAZARLAR

BAKlYA AVTOBUS GƏLİR

Nicat Novruzoğlu

4751    |   2017-12-18 16:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O gün olsun tramvay, trolleybus da gəlsin

Ölkəyə bir xeyli avtobus gətiriləcək. Nə az, nə çox. Deyilənə görə, 350 ədəd. Uzunluğu da göz oxşayacaq. Deyilənə görə, 18 metr.

Sevindim. Hər uğurumuza sevindiyim kimi. Nə yaxşı ki, bizim paytaxtımıza avtobus gəlir. Sakinlərimizin bir yerdən başqa yerinə getmək üçün avtobus gözləyərkən itirdikləri vaxt azalacaq. 350 avtobus az rəqəm deyil. Vaxtımız itməyəcək.

18 metr də elə-belə metr deyil. Bizim küçələrdə bu 18 metrlik abtobusların necə hərəkət edəcəyini fikirləşmək çətindir. Amma görünür o yuxarıda oturanlar ordan aşağı baxanda küçələrimizdə 18 metrlik avtobusların dövr edəcəyi yerlərin çox olduğunu görürlər. Ən azından bizdən yaxşı görürlər. Axı biz o hündürlükdə oturmamışıq. Ona görə də mübahisə etməyə dəyməz.

Biz heç o vaxtı da mübahisə etmədik. O vaxt ki, o hündürlükdə oturanlar paytaxtımıza baxıb gördülər ki, bu şəhərin küçələrində dəmir reys üzərində hərəkət edən tramvaylar, dəmir ipdən sallanan trolleybuslar hərəkət edirlər. Baxdılar küçələrimizə, ölçdülər, biçdilər və qərar verdilər ki, yığışdırmaq lazımdır bunları.

Məhv etdik tramvayı, trolleybusu. Əvvəllər belə söz var idi - bir sinif kimi. Bax bir sinif kimi məhv etdik tramvay və trolleybusları. O qədər operativ məhv etdik ki, bir də gözümüzü açıb gördük ki, bu nəqliyyat vasitələri artıq yoxdur. Bir az da günah bizdədi. Axı niyə gözünü yumursan ki, bir də açanda görəsən ki nəsə yoxdu. Elə gözü açıq yaşa da.

Trolleybusda, tramvayda bir göz qırpımında atıldı tarixə. O tarixin adı şanlıdı, şanlısızdı, onu zaman göstərməli idi. Və bu zaman da yavaş-yavaş yetişir. Zamanın bir az yetişmiş vaxtlarını dərdikcə görürsən ki, tramvay, trolleybus bizə avtobusdan çox lazım imiş. Niyə? Ən azından ona görə ki, ekologiya baxımdan təmizdir.

Ekologiyada elə belə şey deyil. Gərək imkanın çatdıqca təmiz saxlayasan. Və ya təmizləyəsən. Ağacların kəsildiyi, binaların ucaldığı, əhalisinin günbəgün artdığı, avtomobillərinin sayının durmadan çoxaldığı bir şəhərdə tramvay, trolleybus kimi ekoloji baxımdan sərfəli olan nəqliyyat vasitələrinin yaşaması vacib idi.

Onlar "sovet qalığı" adı altında damğalananlardan oldu. Köklü-budaqlı çıxardıb köklərini kəsdilər. Elə sovetdən gələnlər məhv etdi onları.

Sonra biz başladıq Avropaya, dünyaya səfərlər etməyə. Dünyanın ən gözəl şəhərlərini gəzdik. Ən gözəl şəhərlərində şəkillər çəkdirdik. Ən gəzməli yerlərini gəzdik. Və baxıb gördük ki, bu ölkələr "sovetin qalığından" qurtula bilməyiblər. Hələ də trolleybusda, tramvayda gəzirlər. Kliplərində, filmlərində tramvaya minirlər, trolleybusdan düşürlər.

Dedik biz də inteqrasiya edək bu trolleybuslu, tramvaylı ölkələrin nəqliyyat siyasətinə. Məlum oldu ki, o siyasəti buraya gətirmək üçün gərək o yerindən çıxarılmış dəmir reyslərin yerinə təzədən reys qoyaq, o dəmir iplərin yerinə təzədən ip bağlayaq, o tramvay və trolleybuslardan təzədən alaq. Baho, bu, bir 18 metrlik avtobusun içi boyda pul elədi ki.

Yox, bu bizə sərf etməz. Neynirik ey, tramvayı, trolleybusu? Bizə ekologiya lazımdı?

Ən yaxşısı 18 metrlik avtobusdu. Xətti yox, ipi yox. Hara istəsən sür.





İmza:

YAZARIN ARXİVİ

2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK