nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AQİL ABBAS: HƏRDƏN AFFA VƏ PFL-ə YAZIĞIM GƏLİR Adalet.az | AQİL ABBAS: HƏRDƏN AFFA VƏ PFL-ə YAZIĞIM GƏLİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: HƏRDƏN AFFA VƏ PFL-ə YAZIĞIM GƏLİR

30362    |   2017-09-24 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA və PFL çox tənqid olunur. Mən də hərdən bir bu təşkilatların ünvanlarına tikanlı sözlər atıram. Təbii, nöqsanı demək lazımdır ki, düzəltsinlər.

Amma hərdən AFFA-ya da, PFL-ə də yazığım gəlir.

Öz komandalarının arxasından qaçan sponsorlar, öz klubunu yan buraxıb gedib Fransada komanda alanlar, futbol adına banklardan milyonlarla kredit götürüb aradan çıxanlar, komandalarını yarı yolda buraxanlar qalıb qıraqda, düşmüşük AFFA ilə PFL-in üstünə.

«Azal» kimi komanda necə oldu? Sponsor komandanı niyə başlı-başına buraxdı? Bir-iki dəfə yazmışam, yenə də yazıram. Balam, day AZAL-ın təyyarələri uçmur? Hörmətli Cahangir Əsgərov, komandanı saxlaya bilməyəcəkdinizsə, niyə yaradıb sonra da gül kimi futbolçuları ortada qoydunuz?

Zaqatalanın gül kimi «Simurq» komandası necə oldu? Bu komandanın pullarını kimlər yedi?

«İnter» Azərbaycan futboluna çox töhfələr verib. Komanda bu gün də gözəl oyun nümayiş etdirir. «Qarabağ»la, «Qəbələ» ilə döşləşmək gücündədi. Amma belə getsə, deyəsən, «İnter» də «Azal»ın, «Simurq»un, «Xəzər-Lənkəran»ın, «Bakı»nın, «Bakılı»nın, «Karvan»ın, «Araz MTK»-nın… birdi, ikidi… taleyini yaşayacaq. Çempionatımızda komandaların sayı 7-yə düşəcək.

«Neftçi» haqqında heç nə demirəm, buğda yeyib behiştdən çıxıb. Tərlan Əhmədov gərək Allahın bacısı oğlu ola ki komandanı qırx arşın quyunun dibindən çıxara.

Və hamımız düşürük AFFA ilə PFL-in üstünə ki, sponsorlar aradan çıxmış komandaları saxlasın. Ağdamlılar demiş, nəynən, Alış? Xəzinə üstə oturublar? Onların müəyyən qədər büdcələri var, o büdcə ilə də imkanları daxilində komandalara kömək edirlər, onları düşdükləri vəziyyətdən çıxarmağa çalışırlar.

«İnter» neçə ay idi maaş verə bilmirdi, hətta deyirdilər ki, «Zirə» ilə oyuna çıxa bilməyəcəyik. Bu gün oxudum ki, şükürlər olsun, iyul və avqust aylarının maaşları ödənilməyə başlanılıb. Amma bu maaşları kim ödəyib, bu barədə məlumat verilməyib.

Çox güman ki, yenə yük AFFA-nın, ya da PFL-in üzərinə düşüb.

Əziz qələm dostları, bu komandaları bu günə qoyanları axtarıb tapmaq lazımdı, onların yaxasından tutmaq lazımdı.

Sonda. Deməli, bir «Şuşa» komandası yaratdılar, Beynəlxalq Mətbuat Mərkəzində də təqdimat mərasimi keçirildi. Hamını dəvət etmişdilər, eləcə də idmanla münasibəti olan millət vəkillərini. Moskvadan da iş adamları gəlmişdilər. Prezidenti, vitse-prezidenti seçildi, «Şuşa» komandası üçün yaxa döyənlərin biri bir qəpik. «Vətən, Millət, Sakariya» haykırtısından Mətbuat Mərkəzinin tavanı az qalmışdı uça, yaxşı qurtardıq. Müxtəlif pozalarda şəkillər, təqdimat mərasiminin televiziya kanallarında nümayişi, komanda rəhbərlərinin həm televiziyada, həm də qəzetlərdə müsahibələri. Bir sözlə, dartma, yaxam cırıldı.

Bəndəniz də həmin tədbirdəydi. Sağ olsunlar, söz də verdilər. Çıxış edəndə dedim ki, bu komanda yaşamayacaq. Və komandanın yaşam yollarını da göstərdim.

Komanda birinci divizyona qəbul edildi və komandanın təcrübəli məşqçisi Nadir müəllim də əməlli-başlı bir kollektiv yaratdı və «Şuşa» çempionatda uğurla çıxış etməyə başladı.

Amma dediyim kimi də oldu. Komandanın döşünə döyən rəhbərləri Nadir müəllimi meydanda tək qoyub aradan çıxdılar. Klub qaldı PFL-in ümidinə. PFL də klubu saxlamaq üçün çox çalışdı, hər ay kluba müəyyən qədər (heç olmasa futbolçular maaş ala bilsinlər) maliyyə yardımı edirdi. Amma hara qədər? Yuxarıda qeyd etdiyim kimi, PFL xəzinə üstə oturmayıb ha?! Heyf Nadir müəllimin zəhmətindən, heyf PFL-in bu komandaya xərclədiyi pullardan.

Bir də heyf «Bakı» komandası üçün tikilmiş o gözəl bazaya, o gözəl stadiona xərclənən pullara ki, həm baza, həm də stadion ağzı günə qalıb, şəkillərini Qol.az-da gördüm ürəyim ağrıdı.

Azərbaycan futbolunun anasını ağladanların, futbolsevərlərin ürəklərini ağrıdanların isə ürəkləri heç ağrımır.

Olan futbola və bizlərə olur.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-05
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK