ANA SƏHİFƏ / YAZARLAR

DUZSUZ ADAMLAR

FAİQ QİSMƏTOĞLU

19853    |   2017-08-31 14:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Biriylə söhbət eləyirsən, ünsiyyət yaradırsan, söhbətin qurtarana qədər canın boğazına yığılır. Elə hey çalışırsan ki, həmin adamdan tez canını qurtarasan və söhbətini bitirəsən. Bəzən də belə adamlar zəli kimi səndən yapışıb əl çəkmək istəmir və zəhləni də tökürlər. O qədər çərənləyirlər ki, axırda özləri yorulub əldən düşür və səndən aralanır…

Dünyada duzsuz və duzlu adamlar var. Və bu duzlu və duzsuz adamlar zamanından və məkanından asılı olmayaraq həmişə seçiliblər. Belə baxanda heç duzsuz adamlar elə də yaddaqalan deyil. Ancaq nə etmək olar ki, onların da öz dünyaları var. Bu dünyanın da rəngi qaradır, yoxsa ağdır, onlar özləri yaxşı bilirlər. Amma duzlu adamlar isə o qədər mehriban, o qədər şirin və o qədər ürəyi açıq olurlar ki, onlarla saatlarla danışsan da yorulmursan, əksinə, belə adamlardan müsbət enerji alırsan və itirdiyin vaxt üçün heç vaxt heyfislənmirsən. Çünki bu adamlar duzlu olduqları qədər də şirin və mehribandılar, hər sözündən, hər kəlməsindən bal damır. Söhbətə başlayırsan, vaxtın necə gəlib keçdiyini hiss etmirsən, duymursan.

Bir dəfə yaxın dostumuz və böyük yazıçı Aqil Abbasa dedilər ki, Aqil müəllim, sənin çörəyinin duzu yoxdu. O da çox unikal və qeyri-adi bir cavab verdi:

-Oğul, çörəyimin duzu var, çörəyimizi yeyənlərin duzu yoxdu.

Bax, Aqil Abbasın bu sözləri mənim yaddaşıma əbədi həkk olunub. Sözün açığı, mənim də çox yaxşılıq elədiyim, arxa durduğum və söykək olduğum əksər insanlar bu çörəyi unudublar. Və Aqil müəllimin «duzsuz adam» ifadəsi mənə çox böyük təsəlli oldu. Düşündüm ki, balam, bizim dədə-babadan çörəyimizin duzu olub və sürfəmizdən o qədər adam çörək yeyib ki, onu indi də deyirlər. Yəni o anları unutmayan adamlar çörək itirən deyillər. Unudanların isə demək özlərinin duzu yoxuymuş.

Yazımızın əvvəlində qeyd elədim ki, duzlu və duzsuz adamlar var. Bu insanın içindən, xislətindən, əməlindən doğur. Və bu insanın getdiyi yoldan, yaşadığı ömürdən, tutduğu mövqedən asıldır. Bəzi vəzifəli adam var ki, o vəzifəyə getməmişdən əvvəl çox sadə və səmimi olur. Kresloda oturandan sonra isə gözü ayağının altını görməyib və elə bilir ki, bundan ağıllı, bundan savadlı adam yoxuymuş. Yanına gedənlər isə görürlər ki, balam, bu adamın nə elə ağlı var, nə də elə bacarığı. Sadəcə olaraq yuxarılara «girməyi» varmış. Və bu «girmək» də onu aparıb çıxarıb o kresloya. Belələrinin heç duzu da yoxdu. Belələrinin heç adamlığı da yoxdu və belələrinin heç vəzifədən çıxandan sonra camaatın arasında hörməti də olmur…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK