ANA SƏHİFƏ / YAZARLAR

Bir kəndin sevinci

Faiq Qismətoğlu

7321    |   2017-08-30 13:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada elə insanlar var ki, onlar öz elinə-obasına, kökünə urəkdən bağlanıblar. Çünki həmin insanlar o torpağın suyunu içib, çörəyini yeyib, havasını udublar. Və bu insanlar da zaman-zaman zirvəyə qalxdıqca, ucaldıqca elinin-obasının borcundan çıxmaq istəyirlər. Övlad necə valideyninə – atasına, anasına sədaqətlidirsə, eləcə də öz yurduna həmin məhəbbəti bəsləyir. Bu mənada yazıçı-publisist, pedaqoq, gözəl ziyalı Səməndər Məmmədov da elinin-obasının çəkdiyi əziyyəti ona qaytarmaq istəyib. Və uzun illər böyüyüb, boya-başa çatdığı Borçalı elinin Faxralı kəndi ilə bağlı düşüncələrini, ürəyinin döyüntülərini qələmə alıb. O, bu elnən, obaynan nəfəs alıb və onlarla qürur duyub. Və təsadüfi deyil ki, Səməndər Məmmədov Faxralı ilə bağlı 3 cildlik müxtəlif adlı kitablar araya-ərsəyə gətirib.

Bu yaxınlarda isə istedadlı yazıçı-publisist Səməndər Məmmədovun «Elm və Təhsil» nəşriyyatı tərəfindən 696 səhifəlik «Faxralılar» I kitabı işıq üzü görüb. Öncədən qeyd edək ki, kitab çox yüksək poleoqrafiya işi ilə diqqəti cəlb edir. Kitabı nəşrə hazırlayan isə redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Bir faktı da qeyd edək ki, Musa Nəbioğlu Səməndər Məmmədovun bir neçə kitabının redaktoru olub. Musa Nəbioğlu «Böyük zəhmətin bəhrəsi» məqaləsində yazır: «Səməndər müəllimi çoxdan tanıyıram. Aramızda çox səmimi dostluq münasibəti var. Hər zaman ona inanmışam, etibar etmişəm, güvənmişəm. Çünki bütöv şəxsiyyətdir, yalandan, riyadan, ikiüzlülükdən uzaqdır, verdiyi sözün qiymətini biləndir - yalandan söz verməz, söz verdisə, mütləq əməl edər. Kişiliyin, Kişi sözünün nə demək olduğunu yaxşı bilir. Onu mənə ən çox sevdirən də məhz bu keyfiyyətlərdir».

«Faxralılar» kitabını vərəqlədikcə hiss edirsən ki, müəllif öz kəndinin hər çığırına, hər izinə, hər yoluna, hər ağacına yaxşı bələddir. Və Səməndər müəllim ona da yaxşı bələddir ki, bu kənddən çıxmış istedadlı ziyalıların – yazıçıların, şairlərin, alimlərin, filosofların, həkimlərin, musiqiçilərin, hüquq-mühafizə orqanlarında çalışanların hamısını arayıb-axtarıb və onlar barəsində bir-birindən gözəl və bir-birindən maraqlı portret və oçerklər, zarisovkalar qələmə alıb. Bu yazılar o qədər şirin və o qədər duzludur ki, onların hamısını birnəfəsə oxumaq olar.

Bu mənada kitabda çap olunmuş «Ocaqdı Şamilim, pirdi Şamilim», «Mən Nəbiyəm, aşıqların zəriyəm», «Haqq söz inci də olsa…», «Maarif fədaisi», «İşıq saçan ziyalı», «Zülmətə nur saçan ziyalılar», «Qazanılmış sərvət», «Ölməz insan», «Sayılan və seçilən ziyalı», «El şairi, el adamı», «Çağlayan çeşmə», «Dünya durduqca», «Ot kökü üstə bitər», «Kamilliyə gedən yol», «Çöhrəsi nurlu həkim», «El sevəni aləm sevər» portret oçerkləri öz orijinallığı və oxunaqlığı ilə seçilir. Kitabı vərəqlədikcə və oxuduqca bir-birindən gözəl və rəngarəng yazılar səni özünə çəkir. Və təsvir olunan həmin qəhrəmanların nə qədər böyük istedada sahib və geniş ürəkli insan olduqlarını bir daha dərindən dərk edirsən. Dərk edirsən ki, onların hamısı öz elini, obasını sevən böyük ziyalılardır.

Kitabda ən maraqlı oçerklərdən biri də çox böyük ziyalı, ictimai-siyasi xadim, millət vəkili, professor Şamil Qurbanova həsr edilib. Həmin yazının başlığı belədir; «Ocaqdı Şamilim, pirdi Şamilim». Rəhmətlik Şamil Qurbanov universitetdə bizə də dərs deyib. O qədər gözəl mühazirə oxuyurdu ki, 90 dəqiqənin necə gəlib keçdiyini hiss etməzdik. Məqalədən bir epizodu oxucuların diqqətinə çatdırırıq: «…Allah ona hər şey vermişdi. Şux qamətinə münasib olan ağayana yerişi, nurlu çöhrəsindən heç zaman əskik olmayan təbəssümü, uca dağların zirvəsini xatırladan ağ saçları ona çox yaraşırdı. Uzaqdan gələndə elə bilirdin bir vüqarlı dağ gəlir. Zahirən sakit təbiətli bu adam təsiri bağışlasa da, daxilən təlatümlü dəniz kimi qabarıb-çəkilən, dağ çayı kimi coşqun idi və elə o coşqun ömrü də yaşadı Şamil müəllim. Səsi ən yüksək tribunalardan gəldi, millətin, dövlətin taleyüklü məsələləri həll olunanda bəziləri kimi seyirçi mövqe tutmadı, millət vəkili, ziyalı və vətəndaş kimi prinsipial mövqeydən çıxış etid. Heç zaman əməldə bir, dildə başqa cür olmadı. Düşündüklərini cəsarətlə dilə gətirdi. Hətta dedikləri çoxunun xoşuna gəlməsə də, düz sözü söyləməkdən çəkinmədi…»

Kitabda bayaq qeyd etdiyimiz kimi gözəl yazılar çoxdur. Onlardan biri də Azərbaycan Dövlət Universitetinin (inkidi BDU – F.Q.) fəlsəfə kafedrasının müəllimi fəlfəsə elmləri namizədi Pənah Mahmudova həsr edilib. Həmin yazının başlığı belə adlanır: «Şam əgər yanmırsa, yaşamır demək». Pənah müəllim bizə «Elmi ateizm»dən dərs demişdi. Bizdən imtahan götürəndə diqqətlə cavablarımı dinlədi və sonra da dedi: «Sualların hamısına əla cavab vermisən. Ancaq bir sualım var. De görüm, Allaha inanırsanmı?» «İnanıram», - dedim. O da güldü, qiymət kitabçama «əla» yazıb mənə uzatıd. Sonra da dedi: «Elə mənim özüm də Allaha inanıram. Elmi işi müdafiə edəndə Allahı köməyimə çağırdım».

Yazıçı-publisist Səməndər Məmmədov ondan çox kitabın müəllifidir. Və qələmə aldığı hər bir kitab öz orijinallığı, bədii dəyəri ilə bir-birindən seçilir. Bizim fikrimizcə, «Faxralılar» kitabı isə lap sanballıdı. Yəni bu kitabın həm poleoqrafiya işi, həm də bədii dəyəri yüksək qiymətləndirilməlidi. İnanırıq ki, kitabı vərəqləyən hər bir oxucu Borçalı elinin Faxralı kəndinin ziyalılarını yaxından tanıyacaq, onların millətə, xalqa necə sadiq olduqlarının şahidi olacaqlar. Bu kitabı vərəqlədikcə qədim Borçalının ətri hiss olunacaq, onun dağlarının, meşələrinin sərin havası meh kimi sizin qəlbinizə bir yumşaqlıq, bir həlimlik gətirəcəkdi.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK