ANA SƏHİFƏ / YAZARLAR

YAŞ HƏDDİ

Əbülfət MƏDƏTOĞLU

23714    |   2017-02-03 16:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar deyirdilər yaşın nə fərqi var...

Yəqin ki, ötən şənbə sizlərə təqdim etdiyim «nekroloq» yazımı oxudunuz. Onun girişində hava durumuyla bağlı müəyyən fikirlər ifadə etməyə çalışmışdım. Deyəsən həmin fikirlər gerçəyə çevrildi. Ona görə «deyəsən» yazıram ki, Bakıya yağan qar bizi bir xeyli sınadı, hətta sürüşdürdü. Düzdü, paytaxtımızda kifayət qədər sürüşmə zonaları var, amma bu sürüşmə tamam fərqli sürüşmə idi. Və biz də sözümüzə baxmayan ayaqlarımıza nə qədər təzyiq etməyə çalışsaq da, hətta dilə tutsaq da, o, sürüşmək işindən vaz keçmədi. Olsun! Görünür, bu da lazımdı. Və bir də əsas odur ki, sürüşməyə adət eləmirsən. Adətkarda olsan onda… Bu də nə isə…

Hə, deməli, fevralın ilk günləri qarlı-şaxtalı olmaqla bahəm, həm də mənim üçün sıxıntıların, gərginliyin bir az da artması deməkdi. Ən azından ona görə ki, vaxt mənim xeyrimə işləmir. Zaman öz atını elə çapır ki, tozuna da çata bilmirəm. Üstəlik, onun nalından qopan hər şey səpələnir dörd tərəfimə. Özümü qorumaq məcburiyyətində qalıram və düşünürəm ki, görəsən hansı günahların sahibiyəm? Niyə zaman da, mühit də, elə bu zamanın, bu mühitin söz sahibi olanlar da tamam dəyişiblər? Ürəklərindəki mərhəmət hissini büküb hansısa dərin quyunun dibinə atıblar? O quyunun dibinə isə nə işıq düşmür, nə də kəndir sallanmır. Mən o qaranlıq quyunun dibinə gözlərimi nə qədər zilləsəm də, heç nə görə bilmirəm. Ona görə də içimdə suallar baş qaldırır. Günahım nədi? Bəlkə azərbaycanlı olmağım? Bəlkə Azərbaycanda doğulmağım?! Bəlkə az-çox hissiyat sahibi olmağım… Uzunır bu bəlkələr. Uzandıqca da səbrim tükənir, əsəblər cilovunu qırır. Bilmirəm, sonu nə olacaq. Daha doğrusu, sonum nə olacaq. Elə bilmədiyimə görə də mən kağıza-qələmə də rəhm etmirəm. İçimin sızıltısını, ağlımın diktəsini qarışdırıram bir-birinə. Və baxıb görürəm ki, yazdığım misralar şeirdən çox fikir yüklü ürək fəryadıdı. Elə fəryad ki, onu ancaq özümə hökm hesab edə bilərəm. Başqaları isə yəqin ki, elə başqa cür də düşünəcək. Qoy olsun! Mən həmin o düşüncələri, o sızıltıları, o göynərtiləri belə misralamışam.


Açılan səhərlə doğulan ümid

Mənə nə gətirir, sənə nə, gülüm?!

Hərdən düşünürəm quş dimdiyində -

Nə gərək olardı dənə, nə, gülüm?!


Xəyalım, ümidim qəlpələnirsə

Ürəyim dərd-qəmə hey bələnirsə…

Güvəncim çiynimdə heybələnirsə -

Dumana nə gülüm, çənə nə, gülüm…


Tutubdu çevrəmi həsrət mərəzi

Gözündən oxunur dərdin qərəzi…

Pozulub gör necə mizan-tərəzi -

Nə deyim ölçüdə nə, tənə, gülüm…


Qaçqınlıq, köçkünlük, üstəlik də bu,

Gözümdən sellənib qurumayan su…

Durub boyumu ölç, başdaşımı yu -

Sığındım gör hansı vətənə, gülüm?!


Təbii ki, biz doğulacaq yerimizi, dünyaya gələcəyimiz məkanı seçmirik. Bu, bizsiz seçilən, bu, bizsiz verilən qərardı. Və günlərin birində, saatın, hətta anın belə xoş olub-olmamasından asılı olmayaraq vətəndaşına çevrildiyimiz torpaq bizim üçün Vətən olur. Çox maraqlıdı ki, biz həmin o torpağı çiynimizə qaldırmaq, onu uca tutmaq, şərəfləndirmək üçün doğulduğumuzu düşünüb ona qərar versək də, bəzən aldığımız zərbələr, qarşılaşdığımız haqsızlıqlar, sıxıntılar, hətta ağın qara olduğuna bizi inandırmaq istəyənlər həmin o, ilk düşüncəmizi pərən-pərən salır. Çiynimizə qaldırmaq istədiyimiz torpaq sonda gözümüzə töküləndə belə, bizim ruhumuzu narahat yaşamağa məcbur edir. Yəni, cismimiz torpağa bələnsə də, çiynimizə qaldırdığımız torpağın səmasında dolaşan ruhumuz bizdən sonra da dinclik tapmır. Bax, məni ən çox incidən, ən çox ağrıdan, az qala təbdən çıxaran da elə budu. Əgər əmin ola bilsəm ki, məndən sonra, daha doğrusu, cismani yoxluqdan sonra heç olmasa ruhum rahatlıq tapacaq, onda çox düşünmədən, çox gözləmədən seçim edərəm. Amma neyləyim ki, arxada buraxıb gedəcəyim bir kimsəyə rahatlıq bəxş edə bilmədiyimdən, gedəndən sonra da o rahatlığın bir az da artacağına… və hər şeyin pis bir səmtə üz tutacağına inanıram. Yəni, onun məhz belə olacağına əminəm. Ən azından ona görə ki, mənim bacara bilmədiyimi mənə sığınanların bacaracağı təbii ki, mümkün deyil. Nə isə…

Hə, deməli, sıxıntılı bir durumun nə vaxtsa yaxşılaşacağına, çözüləcəyinə ümidsiz olmağın özü də yaxşı hal deyil. Hətta çox dəyərli dostlarımdan biri olan Əhməd bəyin də təkrar-təkrar vurğuladığı fikirlər, verdiyi dəstək qaranlığa şam işığı kimi düşür, qığılcım kimi görünür. Doğrudur, mən o işığı da, o qığılcımı da görürəm. Elə ona doğru da gedirəm. Özü də bu, israrlı bir gedişdi. Amma ilğım insandan uzaqlaşdığı kimi, həmin o işıq da, o qığılcım da mən getdikcə uzaqlaşır. Bəlkə belə olmağı daha yaxşıdı. Hər halda aqillər deyib ki, yeməkdən ümid yaxşıdı. Amma aqillərlə də bir zarafat edim. Yemək var ki?!!

Beləcə, mən indi öz-özümə düşünə-düşünə, hətta var-gəl edə-edə konkret bir sualın başına fırlanıram. O sual da bütün bura qədər oxuduğumuz sözlərin, fikirlərin əsas lokomotividi. Soruşmaq istəyirəm ki, mənim günahım nədi? Yəqin ki, bu sual artıq sizi bezdirdi. Amma neyləyim ki, mən cavab tapa bilmədiyimdən özüm də özümdən bezirəm. Ola bilsin bu bir xəstəlikdi. Özü də deyəsən yoluxucu xəstəlik. Ona görə bu qənaətə gəlirəm ki, indi çevrəmdəkilər də, mənə yaxın olanlar da bu sualı verməyə başlayıblar – həm mənə, həm də özlərinə. Düzdü, mən onların bu sualı özlərinə yaxın buraxmalarından narahat oluram, hətta təlaşlanıram. Amma neyləyim ki, onlar üçün heç nə edə bilmədiyim kimi, bu sualdan da onları qoruya bilmirəm. Bir də ki, zamanın sualını kim poza bilir, kim dəyişə bilir ki?! Heç kim! Onda elə bu sual da qoy zamanın boynunda bir yük olaraq qalsın. Necə deyərlər, babalı zamanın boynuna. Mən isə çox dəyərli şairlərimizin, rəhmətlik Məmməd Araz və Məmməd Aslanın, eləcə də ustad Musa Yaqubun fikirlərinə qoşulub demək istəyirəm ki, qara daş da göyərə bilir. Və elə bu yerdəcə sizə öz könül pıçıltımı çatdırmaq istəyirəm.


Başımın üstündə bulud çiçəkdi

Gözümdə, könlümdə ümid çiçəkdi…

İnanma, desələr unut, çiçəkdi -

Bu sevgi saralıb sola da bilər…


Gecənin bir gözü yuxu çiləyir

Bir gözü xəyala bükür, bələyir…

Vallah nə olursa Allah eləyir -

Məndən də dəlisi ola da bilər!..


Bu da belə ömür, belə bir yaşam

Bu ömrə hakimsən – şəriksən, paşam!

Demə duyğusuzam, ürəyi daşam -

Daşın da gözləri dola da bilər!..


***

Bu günün ən böyük həqiqəti hər kəsin öz ölçüsündədi. Kim necə görür, necə dəyərləndirir və necə ölçürsə, onun üçün gerçək olan, real olan elə həmin o nəticədi. Kiminsə əlindən ölçüsünü almaq, baxışını dəyişmək yumuşaq desəm təyziq etmək, insan haqqını tapdamaqdı. Doğrudu, burda mənimlə razılaşmaya bilərsiniz. Çünki təsir altına düşənlər, mövqeyini tez-tez dəyişənlər və yaxud mövqesiz, şəxsi ölçü vahidi olmayan, məramı, məqsədi günü yola vermək amaclı insanlar da var. Mən bunu başa düşürəm, qəbul edirəm. Amma söylədiyim fikilər konkret, kamil, dürüst insana aiddi. Yəni, varlığı ilə yoxluğu bilinməyənlərin bu məsələyə heç bir dəxli yoxdu və xalq ağzında deyilyidi kimi, söhbət cinsindən asılı olmayaraq (aslanın erkəyi, dişisi olmur deyiblər – Ə.M.) söhbət kişilərin söhbətindən gedir. Bax, bu məntiqlə demək istəyirəm və daha doğrusu, artıq dedim ki, bir-birimizin haqqını tapdamadan, bir-birimizi zorla təsir altına salmadan yaşayaq bu ömrü və yaşamaq istəyənlərə də imkan verək. Heç olmasa mane olmayaq. Bunu bacarsaq bəlkə də həyatda ən böyük savab işi görmüş olarıq. Nə yazıqlar ki, indi savabı kiməsə təmənnalı bir tikə çörək verməklə ölçənlər də çoxalıb. Ağsaqqalların, ağbirçəklərin dilindən eşitdiyim bir fikri burda mütləq sizə də çatdırmaq niyyətindəyəm. Həmin o nurlu insanlar söyləyirdilər ki, əlinə bir tikə çörək verib, başına qapaz vurmaq heç vaxt savab sayıla bilməz. Amma… İndi… Nə isə… Necə istəyirsiniz yozun, necə istəyirsiniz qəbul edin…

Ətrafımıza diqqət yetirmək və müəyyən mənada bu diqqətin də mərkəzində olmaq həm xoşdu, həm də narahatçılıq doğuran bir haldı. Ona görə ki, diqqət mərkəzində olmağı daha çox şou əhli arzulayır. Görünür, elə bu səbəbdəndir ki, şoular və şoumenlər daha çox önə çıxırlar. Olsun. Bu da onların istəyi və yaxud da bəxtlərinə düşən yazıdı. Amma mənim yaşadığım durum, eləcə də mənim iç dünyamın və çevrəmin durumu heç də şouluq deyil. Və əslində acı gülüşlərin onun boyuna biçilməsi yəqin ki, sizin də diqqətinizi çəkir. Burda onu da xatırladım ki, müdriklər ağladanın və güldürənin sənə nə qədər doğma olduğunu öz fikirlərində birbaşa və dolayısı ilə zaman-zaman söyləyiblər. Mən də indi birmənalı şəkildə görür və anlayıram ki, bu məmləkətdə mənə daha çox dərd payı düşüb. Verilən payı da geri qaytarmaq yumuşaq desək, tərbiyəsizlikdi. Hətta zəhər olsa belə.

Qınamayan məni! Və nə demək istədiyimin bütün qatlarına işıq salın. Görəcəksiniz ki, fikirlərimdə məntiq gerçəyə söykənib, reallıqdan qidalanıbdı. Ona görə də yazdığım şeirlərin asiliklə heç bir əlaqəsi yoxdu. Olsa-olsa bu etirazın şeir formasıdı.


Mənim ümidlərimə

Bir küt balta çaldın sən.

Ürəyimin haqqını -

Allah olub, aldın sən..


Düşüncələr içində

Bu duruma düşüncə,

Boyuma qəm biçincə -

Atdan məni saldın sən!..


Ürəyim təbədisə,

Sevgiyə Kəbədisə,

Düşündüm, əbədisə -

Xatirəmə daldın sən!..


Deməli, bütün hallarda bu ölkədə ağıllılar olub və olacaqlar. Sadəcə, mən ağıllıların çıxardığı qərarın ədalətli olmasını arzulamışam. Amma nədənsə qarşıma heç çıxmayıbdı belə qərarlar. Nədənsə həmişə yolum sınaqlardan, çətinliklərdən keçib. Doğrudur, deyirlər ki, Allah dərdi çəkənə verir, dağa-daşa yox! Mən bununla razıyam və heç bir etirazım da yoxdu. Sadəcə, Allahın işinə qarışanların, Allahın verdiyini əlindən almaq istəyənlərin və yaxud onun səmtini dəyişmək istəyənlərin yanaşması məni incidir, məni ağrıdır. Bu əlavə dərd olur, ağrı olur. Lap elə indiki məqamda mən Allahın yaratdığı bəndəsinə sığınacaq da verdiyini çox gözəl anlayıram. Bilirəm ki, böyük Yaradan öz bəndəsi üçün mütləq bir komanın da, bir yuvanın da olmasını taleyinə yazıb. Amma onu kimsə uçurursa, kimsə əlindən alırsa?.. Bax, ağrı budu! Haqqın tapdalanmağı budu! Və nəhayət, bütün həyatım boyu bir məqamı, bir gerçəyi danmamışam. Unutmamışam, o da Allahın varlığı və onun verdiyidi. Elə ona görə də yazımı xoş ovqatla bitirmək istəyirəm.


Mən özümü bir oda,

Bir alova atmışam…

Dərd-qəmin dəryasında -

Bir tilova atmışam…


Tüstümə bax – üzülmə,

Könlümcədi bu yanmaq…

Bu dəryada nə üzmək,

Nə də yoxdu yanılmaq!...


Mən sevgini nur kimi,

Hava kimi seçmişəm…

Sevgidə yanılmağın -

Yaş həddini keçmişəm!..


Bəli, sizə də ürəyinizcə olan sevgi və yaş həddi arzu edirəm. Bilin ki, dərddən, qəmdən adamı qoruyan və yaxud ona təsəlli verən içindəki ümid və sevgidi. Ümidiniz, sevginiz var olsun!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK