ANA SƏHİFƏ / YAZARLAR

“Hər bir insan aktyordu”

24600    |   2016-12-23 19:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc rejissor Nicat Qəribin fikrincə, Allah bəndəsinə iki əsas obraz verib mənfi və müsbət... Bu formada sınamaqla imtahan edir

"Multikulturalizm ili” elan olunan 2016-cı il başa çatır. Bu mövzu ilə əlaqədar ilboyu müxtəlif tədbirlər keçirildi, kitablar çap edildi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da "Multikulturalizm ili”nə öz töhfəsini verdi, kollektivin hazırladığı "O da aşiq ola...” tamaşası bu günlərdə teatrsevərlərə təqdim olundu.

Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində oynanılan premyeranın əsas özəlliyindən biri də onda idi ki, üç pyes əsasında reallaşan layihə məhz multikultural kontekstdə hazırlanmışdı. Quruluşçu rejissor Nicat Qərib "O da aşiq ola...” tamaşasında böyük rus dramaturqu A.P.Çexovun "Ayı”, yəhudi əsillin yazıçı B. İoseleviçin "Yelləncəkdə iki nəfər” və görkəmli Azərbaycan dramaturqu Elçinin "O da aşiq olub yaza dünyada...” pyeslərini bir araya gətirib. Tamaşaçıların maraqla qarşıladığı layihənin bədii rəhbəri İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdi.


Uğurla keçən premyeradan sonra "O da aşiq ola...” tamaşasının quruluşçu rejissoru Nicat Qərib ilə söhbətləşdik. Nicat bəy Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, tanınmış rejissor və pedaqoq Vaqif İbrahimoğlunun tələbəsi olub. Ali təhsilini başa vurduqdan sonra quruluşçu rejissor kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışır, ilk böyük işi də elə bu teatrın səhnəsində olub, Demet Çizmelinin Atatürkün həyatını anladan "Cümhuriyyətin ilk sədası” pyesinə quruluş verib. Həmin uğurlu tamaşanı teatr Türkiyənin müxtəlif şəhərlərində nümayiş etdirib.

Gənc və istedadlı rejissorun düşüncələri sizin üçün də maraqlı olacaq. Yeri gəlmişkən, Nicat həm də şeir yazır və iki şeir kitabının müəllifidi.

- Üç dramaturqun pyesi əsasında multikultural kontekstdə "O da aşiq ola...” adlı tamaşa hazırlamaq ideyası necə yarandı?

- Məlum olduğu kimi, ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan edib. Hər yerdə, o cümlədən, xaricdə bununla bağlı rəngarəng tədbirlər keçirilir, Azərbaycandakı tolerantlıq, multikultural mühit təşviq olunur. Böyük tarixə və yaradıcılıq yoluna malik İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bu ümummilli tədbirdən geri qala bilməzdi. Teatrımızın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin təşəbbüsü və ideya müəllifliyi ilə belə bir layihə hazırlamaq qərara alındı. Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik xalqlar həmişə birgə yaşayıb, tarixin heç bir dönəmində onlar arasında milli və dini zəmində qarşıdurma olmayıb. Azərbaycandakı tolerantlıq mühitinin bu gün dünyaya bir nümunə kimi göstərilməsi təsadüfi deyil. İftixar müəllimin də fikri bu idi ki, ölkəmizin çoxmədəniyyətli, tolerant və multikultural mühitini səhnədə göstərə bilək. Bu məsuliyyətli iş mənə etibar olunanda dərhal razılıq verdim və çox böyük həvəslə işə başladım. Layihə üçün əsərlər seçəndə də onların multikultural kontekstdə hazırlanacağı öncədən nəzərə aldım. Tamaşanın adı Xalq yazıçısı, görkəmli dramaturqumuz Elçinin ötən əsrin 70-ci illərində qələmə aldığı "O da aşiq olub yaza dünyada...” kiçik həcmli pyesindən götürülüb. "O da aşiq ola...” adlı tamaşada həmin pyesdən başqa klassik rus yazıçısı A.P. Çexovun "Ayı” və yəhudi dramaturqu Boris İoseleviçin "Yelləncəkdə iki nəfər” əsərlərinin motivlərindən istifadə olunub. Çalışdıq ki, ölkəmizdə azərbaycanlılarla yanaşı yaşayan rus və yəhudi xalqlarının milli kimliklərini, həyat tərzlərini, adət-ənənələrini, mədəniyyət və ədəbiyyatlarını səhnədə göstərə bilək. Bu xalqlar müxtəlif dinlərə mənsub olsalar da, bir olan Allaha ibadət edirlər, bunun özü də tamaşamız üçün çox önəmli faktorlardan biri idi. Çünki bütün bəşəriyyəti bir nöqtəyə aparıb çıxaran bir qüvvə var- o da Allahdır. Yollar fərqli ola bilər, lakin enində-sonunda ünvan eynidir-axirət.

- Tamaşa üçün seçilmiş hər üç əsəri bir-birinə bağlayan daha bir məqam diqqəti çəkir. Kişi və qadın arasında münasibətlər, sevgi, nifrət, ayrılıq, ölüm... Min illərdir insanlar bu məsələlər ətrafında düşünür...

- Həyatda, ətrafımızda bütün hadisələr insan faktoru ilə bağlıdır, insandan kənarda heç nə baş vermir. Üç əsər əsasında təqdim etdiyimiz tamaşanın vahid süjet xəttində də bunu aydın sezdirməyə çalışdıq. Çexovun "Ayı” pyesində qəhrəmanlar əvvəlcə mübahisə etmələrinə rəğmən, sonda qovuşarlar. İoseleviçin "Yelləncəkdə iki nəfər” əsərində iki sevən şəxs daxili emosiyaları uyğun gəlmədiyi üçün mübahisə edib ayrılırlar, Elçinin "O da aşıq olub yaza dünyada...” pyesində isə tərəflər "dünya” adlı təlatümdən haqq dünyasına gedirlər.

- Tamaşanın sonunda bütün iştirakçılar bir günəşin ətrafına toplaşdılar...

- Finaldakı həmin o günəş Vətənimiz Azərbaycanı simvolizə edir. Azərbaycan hər kəsi öz isti ocağına səsləyir.

- Tamaşanın premyeraya qədərki yolu barədə də danışaq...

- Öncə onu qeyd edim ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında çox gözəl bir yaradıcılıq atmosferi formalaşıb, direktordan tutmuş sıravi texniki işçiyə qədər hər kəs öz işinə yaradıcı yanaşır. İrəvan teatrı sözün əsl mənasında bir qəhrəman həyatı yaşayıb və bu gün də yaşamaqdadı. Belə bir kollektivin üzvü olmaqdan qürur duyuram.


Bu tamaşanın hazırlıqlarına gəlincə, bütün kollektiv bu işin məsuliyyətini yaxşı dərk edirdi, multikultural ideyalara söykənmək, onu teatral mühitə gətirmək və səhnədə canlandırmaq o qədər də asan məsələ deyildi. Təxminən 5 ay ərzində çox gərgin çalışdıq, bu layihə üçün məxsusi dekorasiyalar, əlbəsələr hazırlandı, kostyumlar tikildi. Kollektivin hər bir üzvü bu işin uğuru üçün əmək verdi, mənə dəstək olmağa çalışdı. Fürsətdən istifadə edib teatrın bütün əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm.

- Rejissor Nicat Qərib şair Nicat Qərib barədə nə düşünür?

- Tanınmış şair Qəşəm Nəcəfzadə doğma əmimdir, şair Dayandur Sevgim də bizə yaxın qohumdur. Görünür poeziyaya həvəs, şairlik istedadı mənə irsən keçib. Artıq 2 kitabımı oxuculara təqdim etmişəm, münasibəti, qiyməti də oxuculardan eşitmək istəyirəm, bu gün mənim nəsə deməyim yaxşı çıxmaz. Çünki bu gün həm teatr rejissoru və şair Nicat Qərib hələ oxuyur, öyrənir. Mənim aləmimdə yaradıcı şəxs daim axtarışda olmalı, öyrənməlidir. Yaradıcılıqla məşğul olan şəxsin yerində sayması artıq onun məhv olması anlamına gəlir. Daim müşahidə aparmağa, necə deyərlər, həyatdan öyrənməyə çalışıram.

- Müşahidələrin nə göstərir?

- Onu göstərir ki, əslində hər bir insan aktyordu, hər birimiz peşəkar aktyor kimi doğuluruq. Yeni doğulan, bir kəlmə söz belə bilməyən körpə ağrıdığını, ac olduğunu bizə necə gozəl anladır... Amma nədənsə insan yaşa dolduquqca peşəkarlığı azalır.Yəqin ki, gündəlik qayğılar, problemlər duyğusallığımızı arxa plana keçirir. Mənim düşüncəmə görə ən böyük rejissor elə Allahın özüdür. Allah bəndəsinə iki əsas obraz verib mənfi və müsbət... Bu formada sınamaqla bəndəsini imtahan edir.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK