ANA SƏHİFƏ / YAZARLAR

ƏLİNCƏYƏ GEDƏN YOL - Dördüncü yazı

Əbülfət MƏDƏTOĞLU

199377    |   2016-09-21 13:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dördüncü yazı

Muzeydən çıxırıq. Bizi içəri dəvət etmiş xanıma təşəkkür edirəm və Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu söyləyirəm. Xanımın çöhrəsindəki təbəssüm bir az da artır. İndi əvvəlkindən də səmimi bir şəkildə bizi salamlayır. Hiss edirəm ki, qonaqların çoxluğı onun ürəyincədi. O da mənim nə demək istədiyimi anlayır və özü məlumat verir:

- Bugünkü qonaqlarımız muxtar respublikanın su təsərrüfatı işçiləridi. Adətən istirahət günləri müxtəlif təşkilatların, qurumların nümayəndələri bizə qonaq gəlir. Əksəriyyəti də qalaya qalxırlar. Əgər siz də qalxmaq istəsəniz, onda pilləkənlərlə qalxın. Belə daha asan olar.

Ona təşəkkürümüzü bildirib, pilləkənlərə tərəf gedirik. Ətrafda qəribə bir qoxu var. İlk bahar çiçəklərinin qoxusuna bənzəyir. Xeyli diqqət yetirəndən sonra kiçik sırğa qaşlı bənövşəyi çiçəklər diqqətimizi çəkir. Əyilib bir budağını üzürəm. İlahi, dünyanın ən bahalı ətirlərini indiki anda gücüm çatdıqca uzağa atardım. Təki bu çiçəyin qoxusuna qarışmayaydı…

Pillələri yavaş-yavaş qalxırıq. Arxadan səslər gəlir. Bayaq muzeydə gördüyümüz adamlardı. Qərara gəliblər ki, onlar da qalaya qalxsınlar. Amma bəziləri tərəddüd edir. Kimsə ortalığa söz atır:

- Bakıdan gələn yaşlı adam qalaya qalxır, biz isə burdan bura qalxmaq istəmirik…

Elə bil bu söz onların bütün fikirlərini alt-üst etdi. Bir də gördüm ki, arxadan gələn adamlar bir-bir bizi ötüb keçirlər. Bu anda da mən düşündüm:

- Torpaq, doğulduğun yer güclü olur. Onlar buranın havasına, şəraitinə uyğunlaşıblar. Eybi yox, mən də Şuşadan canımda qalan havayla dırmaşacam qalaya. Belə də edirik. Qalxdıqca sayırıq pillələri. Çünki aşağıda muzeyin önündə gördüyümüz xanım bildirmişdi ki, bu dağın dibindən qalaya qədər 1000 pilləkəndir. Bu rəqəm yaddaşıma yazıldığından mən də pillələri saya-saya qalxıram ki, görüm nə vaxt «ura!!!», «min!!!» deyəcəm. Amma hələ 300-cü pilləkəni qalxmamışam. Ona görə yoldan çəkilib pilləkənin kənarındakı səkinin üstündə əyləşirəm. Mütləq nəfəs dərmək lazımdı. Bu nəfəs dərmək işimizə çox yarayır. Birincisi ona görə ki, hava çox gözəldir. Yüksəkliyə qalxdıqca onun yüngüllüyünü daha çox hiss edirik. Eyni zamanda biz qalxdıqca ətraf ayaqlarımızın altında qalır, geniş bir ponorama açılır. Onlara baxmaq, onları seyr etmək və sürücünün yolda bizim üçün aldığı sudan bircə qurtum içmək əlavə enerjidi. Bu pillələrdə, bu dağlıq ərazidə əlavə enerji etiraf edim ki, bir tutiyədi. Onu qorumaq lazımdı, ondan səmərəli istifadə etmək lazımdı. Biz də çalışırıq ki, dayandığımız anı da boş ötürməyək. Diqqətimizi çəkən nə varsa, lentə köçürək. Yaxşı ki, müasir mobil telefonlar bu işdə adamın karına gəlir. Bircə enerji bloku adamın əlini quru yerdə qoymaya…

Bu da 500-cü pilləkən. Hə, deməli, yolu yarı etmişik. Burda elə 5 dəqiqə də oturmaq olar. Əyləşirik. Bizə yaxınlaşıb yanımızdan ötüb keçən su təsərrüfatı işçiləri artıq bizimlə mehriban görüşürlər. Görünür, muzey işçisinin bizi təqdim etməsi onların diqqətində ilişib qalıb. Və qonaq olduğumuzu nəzərə alıb hamısı bizə öz ehtiramlarını bildirirlər. Onların arasında orta yaşlı bir kişiylə atüstü söhbət də edirəm. Bildirir ki, özümü «təmirdən» yenicə çıxarmışam. İstəyirəm ürəyi burda sınaqdan keçirəm. Mən ona ehtiyatlı olmağı tövsiyə edirəm. O da gülümsəyir. Bu yolda inşallah heç nə olmaz. Bura bilirsiniz də haradı?! Onun bu işarəsi məni əməlli-başlı dilləndirir:


Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına…

Qoy dolanım Vətən, sənin başına -

Deməsinlər pərvanəsi çatışmır!


Mərhum tələbə yoldaşım Cavanşir Eloğlunun - Dərviş Eloğlunun misralarıdı bu. Hələ tələbəlikdən əvvəl əzbər bilirəm…

Misraları söyləyib Cavanşirə rəhmət oxumağım həmsöhbətimi duyğulandırdı:

- Mən də tanıyırdım onu. Heyf! – söyləyib yolunu davam etdi.

Biz də onun ardınca. Artıq pillələrin qalanın qapısından içəri hissəsindəyik. Burda dayanıb məşhur filmimizin burada necə çəkildiyini gözlərimiz önündə canlandırmağa çalışırq. Baxdığımız hər tərəfdə tarixdən izlər axtarırıq. Elə buradaca mütləq qeyd etməliyəm ki, Əlincə qalasında çox mükəmməl bir yenidənqurma işləri, təmir-bərpa aparılıbdı. İşıq, su xətləri çəkilib, pillələrin kənarından dəmir tutacaqlar işlənib. Bu da qalaya qalxmaq istəyənlərin işini nisbətən asanlaşdırır…

Bəli, bu da Əlincə qalası. Artıq 1000-ci pilləni qalxdıq. Gözümüzün önündə dövlət bayrağımız dalğalanır. O bayrağın altında qürur hissi keçirməmək qeyri-mümkündü. İnan ki, orda dayanıb dünyanın hər yerini görmək mümkündü. Mənə elə gəlir ki, mən ordan Şuşanı da görürəm və hiss edirəm ki, bu bayraq mütləq orda da dalğalanacaq. Bayrağın altında şəkil çəkdirmək istəyirəm. Alınmır. Çünki telefonun enerji bloku sönüb. Birdən addım səsləri eşidirik. Əlində kamera olan və Naxçıvan televiziyasının əməkdaşına məxsus bir gödəkçədə oğlan bizə yaxınlaşır. Tanış oluruq. «Xəbərlər» proqramının gənc əməkdaşı İslam. Mən də özümüzü təqdim edirəm. Əməlli-başlı dostlaşırıq. İslam deyir: - Əbülfət müəllim, bu yüksəkliyə Ali Məclisimizin sədri Vasif müəllim də çıxıb.

Təəccüblə onun üzünə baxıram. Elə bilirəm ki, məni imtahana çəkir, ya da sınayır. Amma yox. O, təbii bir şəkildə təkrar vurğulayır:

- Hörmətli sədrimiz özü Əlincə qalasının bu son yüksəkliyinə qədər qalxıbdı.

Hə, mən burada onu da öyrənirəm ki, Naxçıvanda tez-tez mədəniyyət, tarixi yerlərin ziyarət günləri təşkil olunur və bu tədbirlərdə hamı bir nəfər kimi iştirak edir. Vallah, bu, birmənalı tarix sevgisidi, Vətən sevgisidi, torpaq sevgisidi. And olsun Allaha ki, bu özünə, keçmişinə, gələcəyinə ehtiram deməkdi. Mən başqa heç nə deyə bilmərəm. Və bir də…

Mən elə buradaca Əlincəylə bağlı yazdığım misraları mütləq qeyd etməliyəm. Çünki bu misraları mənə bu yüksəklik özü pıçıldayır:


ƏLİNCƏ


Cığır-cığır, ləpir-ləpir oxşayıb

Yaddaşını vərəqləyib, yoxlayıb

Mən tarixin sükutunu oxlayıb

Sehirləndim, qucağına gəlincə -

Əlincə!


Pillə-pillə üzü göyə qalxıram

Göy üzündən üzü göyə baxıram

Gördüyümü gözlərimə yığıram

Toxunuram təmas incə, əl incə -

Əlincə!


Zaman burda ayaq üstə diridi

Duyduğumu yazmalıyam, yeridi

Yurd həsrətim ümid tapdı - kiridi!

Əfsanəni, dözümünü bilincə -

Əlincə!


Burda başım göy üzünə dəysə də

Nisgilim var – dilimdəki nəysədə!

Şuşa dərdim büküb məni əysə də -

Dözəcəyəm düşmən bağrı dəlincə!

Əlincə!


Əlincə qalasının zirvəsində bir saata qədər Naxçıvanı, göz işləyən və görmək qüdrətində olduğumuz bütün ətrafı seyr etdik. Həmin vaxt Naxçıvan televiziyasının əməkdaşları da bu qalanı gəzib qayıdıb getdilər.

Dostlaşdığımız operator İslam bizim xeyli sayda şəkillərimizi lentə aldı. Yəni Əlincədən əliboş qayıtmağımıza imkan vermədi. Və bizi əmin etdi ki, otelə çatana qədər o, şəkillərin elektron versiyasını ünvanımıza göndərəcək. Biz onunla sağollaşdıq. İndi qalxdığımız pilləkənləri enməyə başlayırıq. Aşağıda bizi yeni görüşlər, yeni ünvanlar, xüsusilə artıq darıxdığını hiss etdiyimiz sürücü gözləyir. Amma nə qədər darıxır darıxsın. Biz yolüstü Nəiminin də məqbərəsini ziyarət edəcəyik.

Mən Əlincəyə qalxıb o zirvəni görənə qədər başqa bir dünyanın adamı idim. Ordan üzü aşağı qayıdanda isə tamam başqa bir dünyanın. Həmin o zirvədə bu şəraiti yaradanlara, bu tarixi yaşadanlara içimdən bir dua keçdi. Bir də Qarabağa qovuşmaq duasını içimdən gətirdim. Bilirəm ki, Allah ikisini də eşidir. Çünki Əlincə Allaha yaxın məkandı!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK