ANA SƏHİFƏ / YAZARLAR

HİTLER MƏNİM «DOSTUMDUR»

Əbülfət MƏDƏTOĞLU

33767    |   2016-08-26 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Günümüzün reallığı


Gəlin tam səmimi olaq. Necə deyərlər, kilsəyə etirafa gedən bəndə kimi. Duraq pərdənin arxasında və bütün günahlarımızı, görməyib, ancaq səsini eşitdiyimiz keşişin qarşısında dilə gətirək. Amma ürəyimizdə əmin olaq ki, bizim etirafları keşiş yox, Allah eşidir. Onun qarşısında diz çökmüşük. Yalnız bundan sonra etirafımız da səmimi olar, diz çökməyimiz də…

Bax bu fonda, bu istəklə başlayıram içimi narahat edən bir mövzunu sizinlə bölüşməyə. Və belə dərk edirəm ki, siz mənim bu səmimi yanaşmamı, səmimi etirafımı, lap belə olanı olduğu kimi söyləməyimi doğru qəbul edəcəksiniz. Üstəlik, siz də mənə yox, Allaha etirafda bulunacaqsınız. Əgər oxucularımdan heç olmasa üçcə nəfər bu etirafı etsə, onda həm etirafımın, həm də bu yazının məhz o üç nəfər tərəfindən səmimi qəbul olunduğuna inanıb daxilən rahat olacam. Axı, üç nəfər böyük bir qüvvədir. Səsimi duyan, səsimə səs verən üç nəfər!..

Bəli, biz elə bir zamanda yaşayırıq ki, onu olaylarsız, şousuz təsəvvür etmək mümkün deyil. Əslinə qalanda indi olaydan, şoudan uzaq olanlar heç kimin yadına düşmür. Nə qədər qeyri-adi istedad sahibləri olurlar olsunlar, fərq etmir. Ayda-ildə bir dəfə adları çəkilər, ya çəkilməz. Amma gündəmin sahibi olan "olayçılar, şoumenlər qapıdan qovsaq, pəncərədən özlərini içəri təpirlər. Çünki onlar həm də «qutuların» sevimlisidi. Qutu deyəndə söhbətin televiziyadan getdiyini yəqin ki, anladınız. Evlərimizin tam ixtiyar sahibi olan qutular isə barmaq altındakı düymənin çaldığı hər havaya bizi kökləməyə çalışır. Elə ki, əlin düyməyə toxundu… daha arxasını özünüz təsəvvür edin…

Bəli, bu, günümüzün reallığıdır. Onu mən demirəm və yaxud da deməklə nəsə bir qeyri-adi heç nə təqdim də etmirəm. Olsa-olsa bəlli olanı xatırladıram. Amma məqsədim tamam başqa bir şeydir. Konkret desəm, mən özümdən xəbərsiz Hitlerin dostu olmuşam. Və yaşadığım bu illər ərzində ağlıma da gəlməyib, xəyalımdan da keçməyib ki, Hitlerlə dost ola bilərmişəm. Amma sən demə mən o dünyanı qana çalxalayan, insanların həyatı ilə oynayan birisiylə əməlli-başlı dost imişəm…

İndi düşünəcəksiniz ki, axı mən Hitlerin zamanında doğulmamışam. O, dünyasını tərk edəndə yanında olmamışam. Üstəlik, o dünyasını tərk edəndə də doğulmamışam. Qeyri-müəyyən məlumatlara görə, onun ölüm tarixi ilə mənim doğum tariximin arasında bir igidin ömrü var. Amma bu fərqə baxmayaraq biz dost olmuşuq. Özü də bir-birimizdən xəbərsiz…

Əslində bu təzə xəbəri, yəni Hitlerlə dost olmağımı yaxın vaxtlarda öyrənmişəm. Özü də bir təsadüf nəticəsində. O təsadüfün də səbəbkarı yenə günümüzün reallığıdı, yəni internetdi. Sizi çox intizarda saxlamayım. Çünki intizarda qalmaq, həsrət çəkmək heç də yaxşı hal deyil. Xüsusilə səbirsiz, dözümsüz adamlar üçün. Ürəyi xəstə adamları üçün isə bu ölüm təhdididi. Ona görə də heç kimin günahına batmadan gəlirəm mətləb üstünə…

Deməli, iki gün öncə feysdəki dostlarımın bir sorğusu diqqətimi çəkdi. Həmin dostum yazmışdı ki, «Dostlarını tanıyırsanmı? Onların arasında özünü görürsənm? Əgər tanıyıb görmək istəyirsənsə, onda səhifəmi bəyən». Təbii ki, dostumun bu ismarıcını cavabsız saxlaya bilməzdim. Elə bir göz qırpımında səhifəni bəyəndim və həmin dostumun dostlarının şəkilləri gəldi ekrana. Onların arasında kimlər yox idi ki, tanınmış şoumenlər, estrada ulduzları, idmançılar, yazarlar və bir də Hitler. Təsəvvür edin ki, dostumun dostu olan Hitler sən demə mənim də dostum imiş. İndi deyəcəksiniz ki, kimlərsə özünü gizlətmək üçün müxtəlif variantlardan istifadə edir. Şəkil örtüklərini, ad gizlinliklərini qoruyur. Əgər belədirsə, tanımadığım, gerçək kimliyini bilmədiyim adamla mən necə dost olum? Və axırda da öyrənim ki, sən demə bu Hitlerdi. Özü də dünyanın ən qatı cinayətkarlarından biri. İnanın ki, həmin andan özümə gələ bilmirəm. Düşünürəm ki, birdən bu gerçək olar. Onda mən sovet-alman müharibəsində şəhid olmuş soydaşlarımızın, ən azından öz babamın ruhu qarşısında nə cavab verərəm?

Bəli, siz mənim bu reallığı əks etdirən yazımı, daha doğrusu, fikirlərimi ironiyayla da qarşılaya bilərsiniz. Ona özünüzə məxsus bir şəkildə don da geyindirərsiniz. Amma hansı formada olur-olsun mən bu etirafı etməliyəm. Deməliyəm ki, bundan sonra özünü, kimliyini bilmədiyim heç bir Allah bəndəsini dostluğuma qəbul etməyəcəm. Çünki mən qatillə, oğruyla, cinayətkarla, bir sözlə, mənim dünyama, ruhuma uyğun olmayan bir kimsəylə nə dost ola bilərəm, nə də yoldaş. Necə deyərlər, hərənin öz yolu, öz işi var. Mən Hitlersiz də kifayət qədər qayğının, problemin, ağrı-acının içərisində yaşayıram. Hətta könlümün sızıldadığı anlarda üzümü ürək dostuma tutub yazıram:


Danışmağa, bölüşməyə söz yetər,

İsinməyə ocaq yetər, köz yetər…

Mənə baxsa o bircə cüt göz, yetər -

Gəl aldadaq özümüzü, yaşayaq!..


Dərd bizlərə necə gəldi döşüb,

Gözlərimiz uzaq düşüb üşüyüb...

Çəmənləri, çiçəkləri düşünüb -

Gəl aldadaq gözümüzü, yaşayaq!..


Yüklənmişik sevinclə, həm ələmlə

Üz-üzəyik sevgi adlı aləmlə.

Dil taparaq kağız, həm də qələmlə -

Gəl aldadaq sözümüzü, yaşayaq!..


***

Adətən ürəyimə toxunan, məni narahat edən mövzunu ictimailəşdirəndə öncə özüm-özümə bir sual verirəm: Bunu yazmağa dəyərmi? Və yaxud bunu yazmaqla nə isə dəyişəcəkmi?

Mahiyyətcə eyni olan bu sualların cavabını bilirəm. Məncə aydındır ki, ilk anda bu divara dəymiş dost hesab oluna bilər – dəyib, qayıtdı! Amma məsələyə bir, iki, beş sayda adamlar müəyyən zamandan sonra mütləq qoşulurlar, həm müsbət, həm də mənfi tərəfdən. Beləcə, mövzu ölmür, dirilir. Təbii ki, mənim də istəyim mövzunun diri qalmağıdı. Yəni o canlı olduqca diqqəti çəkəcək və müəyyən adamlar öz yanlış mövqelərindən iynə ucu boyda da olsa geri çəkiləcəklər. Bu da olacaq ictimai fikrin qələbəsi. Bax, elə bu səbəbdən mən həmişə özümə verdiyim sualın cavabını izləyirəm. Şükürlər olsun ki, hələ ki, o cavablarda yanılmamışam. Bax elə Hitlerin mənə dost olduğunu bilib anlayandan sonra bu yazını yazmaq qərarını verdim. İndi də bilgisayara diktə etdiyim məqamda da, sizlər bu yazını oxuyanda da ürəyimdə bir əminlik duyuram. Bilirəm ki, oxucular, təbii ki, feysdə olan oxucular mütləq dostlarının sırasına nəzər yetirəcəklər. Bu da mənə bəs edər…

O ki, qaldı bugünün mənə önəmli olan məqamlarına. O da təbii ki, insanlığın, bu insanlıqdan qaynaqlanan dəyərlərin diri, canlı olmasıdı. Əgər bir-birimizə salam verib hal-əhval tutmaq missiyasını unutmamışıqsa, deməli onda hələ hər şey bitib qurtarmayıb, hələ hər şeyin sonu gəlib çatmayıb. Hələ qiyamətə xeyli yol var. O yola gedib çatmaq isə kimlərə nəsib olacaq, bu da mənə aid olmayan məsələdi. Mənə aid olan, işlək dildə desəm, mənə dəxli olan mövzu isə təbii ki, duyğulardı, hisslərdi. Mən elə o duyğuların, o hisslərin aurasında yaşayıb və düşünürəm. Sonra da düşündüyümü, yaşadığımı sözə çevirirəm. Özü də ürəyin ağrısına, sızıltısına fikir vermədən. Ona görə ki, ağrıyırsa, sızıldayırsa, demək döyünür, yaşayır, demək diridi. Bax elə həmin o yaşantının bir damlası da sənə ünvanlanan pıçıltılardı. Sən o pıçıltıları etiraf kimi də qəbul edərsən, ruhumun səsi kimi də. Burda seçim öz ixtiyarındadı. Sən seçimini et, mən də o pıçıltıları sənə çatdırım:


Mən

bir cəhd etdim

həyatımda

ilk dəfə

özüm

özümə tərəf getdim…

gördüm ki,

özüm tərəfdə

özümdən başqa

bir də

sən varsan!..

demək

başqa şərhə

ehtiyac yoxdur

özüm tərəfdə

olan sən

elə mənim

özümlə

yarısan,

yarsan!..

mən olan hər yerdə

sən varsan!

***

Hə, nə qədər çətin və yaxud qəliz olur-olsun bütün problemlərin çözümü var. Yəni insan varsa, problem də var – deyiblər. Amma onu da deyiblər ki, problemi də insan çözür. Təbii ki, istəsə, sona qədər mübarizə apararsan!..

Deməli, bu prizmadan baxanda onda məlum olur ki, problemi də elə insanın özü yaradır. Tutaq ki, verilən şərhlərə, proqnozlara görə, cari il, yəni 2016-cı il dünyanın ən isti yayının təsadüf etdiyi zaman kəsiyidi. Amma bu şərhi, bu bilgini verənlər onu demirlər ki, atmosferin başına gətirilən müsibətlərin səbəbkarı da insandı. Göy üzünü güllə-boran edən, ozon qatını dəlib keçən də insandı. Bax, bir informasiyanın yanına bu şərhi qoşanda, onda təbiəti qınamağa adamın üzü gəlmir. Təəssüf ki, biz insan olaraq, bəşər övladı kimi sirləri açmağa, sirləri çözməyə maraqlıyıq. Amma açılan, çözülən sirrin doğuracağı fəsadları nəzərə almırıq. Hətta biz dostun, yoldaşın sirrini də «dilindən alıb», sonra onu özümüz də hiss etmədən başqasına elə rahat şəkildə ötürürük ki, aləm bir-birinə dəyir. Axırda bir üzrxahlıqla guya günahını yuyursan. Amma bilmirsən ki, açdığın sirr kiminsə evinə bir bomba kimi düşüb, kiminsə taleyinə bir zərbə olub. Və yaxud kiminsə hörülən qalasını uçurub. Nə isə…

Məşhur filmlərimizdən birində deyildiyi kimi, özü də çox məşhur aktyorumuz Yaşar Nurinin dilindən deyilən «gəlin qəmli məqamları yada salmayaq» və gələk mətləb üstünə. Günün gerçək üzü biz insanlarıq. Onu necə nizamlayırıq, necə qururuq biz özümüz bilirik. Və həmin o qurduğumuz günün planı üzrə də gecənin qapısını döyürük. Kimimiz evimizdə, kimimiz qonşuda, kimimiz…

Deməli, bütün hallarda qalib də, məğlub da özümüzük. Ona görə də ən ədalətli məhkəməni öz içimizdə, öz ürəyimizdə qurmalıyıq. Bu, ürəklə ağılın, yəni hisslərlə fikrin məhkəməsi olmalıdır. Həmin məhkəmənin çıxardığı qərar bütün hallarda və bütün yerlərdə ədalətli və keçərlidir. Çünki ağılın və hissin normal insanlarda əsas qanunu sevgidi. Bu, insanın insana sevgisidi, insanın dünyaya və Tanrıya sevgisidi. Deməli, sevginin hökmü də, ədalətin zəfər çalması inamını danılmaz edir.

Bax, mən də yazımın əvvəlində söylədiyim «Hitler mənim dostumdur» fikrinin nədən qaynaqlandığını elə-belə gündəmə gətirmədim. İstədim biləsiniz ki, məni Hitler adında dostum olmayıb və olacağını da gözləmirəm. Sadəcə, bu hansısa bir zarafatcıl dostumun mənimlə əylənməsi kimi yadımda qalacaq. Yəqin ki, həm də qısa müddətli.

Mən isə öz inancıma, öz inamıma görə, bir məqamı dəqiqləşdirmişəm. Yəni daxilən əminəm ki, mən də elə-belə çəkilib getməyəcəm. Mən də hardasa qalacam. Özü də mütləq qalacam. Bax, bu şeirdə dediyim kimi:


Ürəyimi çox kövrəltdim,

Ona tək sevmək öyrətdim.

Bir dəli ümid göyrətdim -

Dəliliyi mənə qaldı!


Arama, yoxdu miflərim,

Sirr deyil, bəlli səhvlərim…

Olanım qələm-dəftərim -

Oxucum, o, sənə qaldı!


Olubdu səngər yardığım,

Döyüşü sona vardığım…

Canım, qanım – bu varlığım

Sevdiyim Vətənə qaldı!


Düşünməyin ki, yazını vəsiyyətlə başa çatdırdım. Yox, sadəcə olaraq içimdən gəldi və elə içimdən gəldiyinə görə sizə də xatırladım ki, vəsiyyəti bəzən həm də cismin rahatlığı, yüngülləşməsi kimi də qiymətləndirirlər. Amma siz özünüz baxın. Uyğun bilsəniz, öz bildiyniz kimi də qiymət verərsiniz. Amma nə badə, Hitlerlə dost olasınız!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK