Adalet.az | “İŞIĞA GEDƏN YOL” Adalet.az | “İŞIĞA GEDƏN YOL” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“İŞIĞA GEDƏN YOL”

Haqdan yanan işığa açılan qapı

33842    |   2016-06-24 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

I yazı




Öncə yazı masamın üstündə özünə əməlli-başlı yer tutmuş, bu masanın daimi sakininə çevrilmək haqqını qazanmış kitabın tərtibatı haqqında… Həqiqətən bu kitabın naşirləri çap mədəniyyətini tam orijinal bir şəkildə, diqqəti, fikri yönəltmək səviyyəsində olan bir iş görüblər. İki hissəlik, təqribən 800 səhifəyə yaxın olan bu kitabı əlinə götürəndə adamın kitaba bir qanı qaynayır. Elə bilirsən ki, əlində çox doğma, çox məhrəm bir nəsə tutmusan. Və o doğma olan duyğular səni bu tərtibatın sahiblərinə minnətdarlıq hissləri üstündə kökləyir. Həmçinin kitabın rəssamı həm rəng seçimi, həm də yolun özünü təqdim etmək məharətilə istədin-istəmədin səni o yolun yolçusu olmağa bir növ təhrik edir. Sanki kimsə arxadan səni o yola doğru itələyir və sən özündən asılı olmadan əlini o yolun qapısına tərəf uzadırsan. Bax, onda yadına düşür ki, bu qapı işığa açılır. Təkcə yadına düşmür, həm də o tərtibat özü bunu sənə diqtə edir…

Bəli, bütün bunlardan sonra təbii ki, hər bir yeni sözə, yeni nəşrə marağı olan oxucu kimi mən də qeyri-ixtiyari o qapını döyürəm. O qapını ki onun adı «İşığa gedən yol»dur. Müəllifi də Sona Vəliyeva…

Deməli, iki hissədən ibarət olan bu romanı çox qısa bir vaxtda oxudum. Və kitabı belə bir qısa vaxtda oxumağım barəsində dostuma fikrimi söyləyəndə üzümə çox qəribə bir baxışlarla baxdı. Hiss etdim ki, inanmadı. Amma həqiqətən də mən bu kitabı iki gecəyə bitirdim. Onsuz da ərşə çəkilən yuxumu bu kitab laylay kimi elə ovutdu ki, mən özüm də ovundum. Çünki bu kitabın həm qəhrəmanı, həm onun yazı dili mənə çox doğma gəldi. Doğrudur, romanın qəhrəmanı Azərbaycan mətbuatının banisi, Azərbaycan qəzetçiliyinin yaradıcısı Həsən bəy Zərdabidir. Və bir azərbaycanlı, bir az-çox təhsili olan insan kimi mən Həsən bəy Zərdabi barəsində müəyyən bilgilərə malik idim. Üstəlik onun «Əkinçi» qəzeti də həmişə qəzetçilərin, mətbuat adamlarının gününün-güzəranının içərisində olubdur. Bax, buna görə də mən romanı oxumağa başlayanda artıq söhbətin kimdən getdiyini bilirdim. Və bu bilgini də mənə kitabın annotasiyası vermişdi. Sadəcə etiraf edim ki, mən müəllifin poeziyasına bələd idim və onun nəsr dilindən o qədər də məlumatım yox idi. Bu səbəbdən də kitabı bir az həvəssiz, bir az özümü məcbur etmək üstündə oxumağa başladım. Yenə deyirəm, həvəssizliyim Həsən bəy Zərdabi haqqında az-çox bilgili olmağımdan, məcburiyyətim isə həm real güzəranımdan, hava şəraitindən, eləcə də müəllifin nəsr yaradıcılığından xəbərsiz olmağımdan qaynaqlanırdı. Şükürlər olsun ki, mən bu kitabın özünün yaratdığı auranın içərisinə tez daxil ola bildim. Və elə kitabın ilk səhifəsindən başlayaraq yavaş-yavaş müəllifin sifarişçisi olduğu havaya kökləndim. Bu hava əslində «Həsən bəy» havası idi. Hava da sözün həqiqi mənasında ürəyə yatırdı. Çünki söhbət Həsən bəy Zərdabinin şəcərəsindən başlanmışdı, kimliyindən qaynaqlanmışdı. Və müəllif ortaya qoyduğu bu tarixi romanın birinci hissəsində oxucuya Həsən bəy Zərdabinin, bütövlükdə Məlikovların kimliyini, nəçiliyini, məramını, məqsədini, hardan gəlib hara getdiyini bir-bir açmağa, bir-bir göz önündə pöhrədən bar ağacına çevirməyə nail olmuşdu. Və mən də Məlikovlar barəsində bildiyim məhdud bilgidən artıq daha geniş bilgi müstəvisinə çıxmaq imkanı qazanmışdım. Həm də onu vurğulayım ki, bu işdə mənə ən çox yardım edən müəllifin ədəbi dillə danışıq dilinin bir-birinə qovuşan nöqtəsində qələmini işlətməsi oldu. Yəni oxuduqca təmtəraqlı, pafoslu, bir az da fəlsəfi yüklü ədəbi cümlələrlə yox, onların özünün öz çəkisində, xalqın danışıq dili müstəvisinə gətirməsi mənim kitabı daha həvəslə oxumağıma şərait yaratdı. Hər abzasda ilk sözdən fikrin hara yönələcəyini, cümlənin necə bitəcəyini artıq təxmin etmək mənim üçün bir öz yazım, öz sözüm fikrini formalaşdırırdı. Oxucu kimi öz-özümə qərar verirdim ki, məhz mən də bu cümləni, bu sözü belə yazıb belə tamamlayardım. Ola bilsin ki, söylədiyim bu fikir hardasa ya müəllifin, ya da digər oxucuların dili ilə üst-üstə düşməsin və yaxud da bu fikrimi qəbul etməsinlər. Mən bundan heç də narahat deyiləm. Ona görə ki, «İşığa gedən yol» mənə bu cür təsir edib, məndə bu düşüncəni formalaşdırıbdır.

Romanı oxuduqca mənə elə gəldi ki, həm də bir tarix dərsliyini və yaxud ədəbiyyat tariximizə bir əlavə vəsaiti mütaliə edirəm. Çünki bu tarixi romanda hadisələr tarixin özündən götürülməklə bədiiləşdirilmişdir. Yəni hadisənin vaxtı, məkanı, iştirakçısı dəyişdirilməyib. Amma onların fikirləri, onların düşüncələri müəllifin qələminin, istedadının sayəsində tarixdən ədəbiyyata bir körpü olubdur, bir işığa gedən yola çevrilibdir. Əgər bu romanı Həsən bəy Zərdabinin kimliyindən, şəxsiyyətindən xəbəri olmayan hər hansı bir oxucu mütaliə etsə, o, həm Həsən bəyi tanıyacaq, həm də o zaman kəsiyinin Azərbaycan tarixindən xəbərdar olacaqdır. Mən bu romanda Həsən bəy Zərdabi yaşamının, həyatının coğrafiyasını da izləyə bildim. Onun Zərdabdan Şamaxıya, Şamaxıdan Tiflisə, Tiflisdən Moskvaya, oradan Sankt-Peterburqa və sonra Bakı, Gəncə, İrəvan, Naxçıvan və digər səyahətlərinə qoşulub mən də getdim. Hər yerdə işıq kimi görünən Həsən bəy elə özü də işığın üstünə gedir. Çünki onu qarşılayanlar özləri də işıqdırlar və bu adamlar ədəbiyyatımızın, tariximizin işıqları kimi müxtəlif bölgələrə səpələniblər. Müəllif Sona Vəliyeva öz qələminin gücü ilə və bir də gərgin axtarışların, tarixi mənbələrə baş vurmanın sayəsində o işıqları, o şamları bir şamdana gətirib toplayıbdır. Bu da oxucuya imkan verir ki, Həsən bəyin çevrəsində olanlarla, onların kimlikləri ilə tanışlıq imkanı qazansın, belə bir fürsət əldə etsin.

Bəli, bu gün romanın I hissəsi barəsində fikirlərimi oxucularla bölüşərkən özüm üçün çıxartdığım nəticəni sərgiləmək, ifadə etmək istəyirəm. Mənim oxucu məntiqimə görə əsərin I hissəsi Həsən bəy Zərdabinin uşaqlıq, yeniyetmə və gənclik illərini əhatə edir. Bu dövrdə o, özünün böyük arzularına gedən yolun ipucunu tapır. Onun elmdən, təhsildən keçdiyini, oradan başladığını bilir. Və ali təhsilli dövlət məmuru olan Həsən bəyi məmurluqdan müəllimliyə transfer edir. Çunki o, işıq axtarır, işıq sorağındadı. İkinci, əsərin birinci hissəsində müəllif Həsən bəyin ideyalarını, arzularını oxucu qarşısında sıraya düzür, onun nə istədiyini oxucuya çatdırır. Üçüncü, bu hissədə müəllif Həsən bəyin bir insan, bir vətəndaş, bir azərbaycanlı, nəhayət, bir bəy kimi çalarlarını müxtəlif ştrixlərlə oxucu üçün ifadə edir. Bu həm də bir növ köklü tanıtma, təqdim etmədir. Dördüncüsü, bu hissədə müəllif Həsən bəyin doğmalara, dostlara münasibətini, həmçinin sevgiyə münasibətini şərh edir. Şəxsən mənim üçün Həsən bəy Zərdabinin özəl həyatı, onun sevgi dünyası bu romanda müəllif qələmi elə pardaqlanır ki, o ülvi sevginin qarşısında yalnız susmaq qalır. Bunu müəllif elə bir inandırıcı formada, elə bir səmimi şəkildə ifadə edir ki, oxucuya yalnız susub düşünmək qalır. Axı, hər cür imkanı, əlaqələri, titulu, mövqeyi olan ailənin qızından böyük amal naminə, müqəddəs istək xətrinə üz çevirib yalnız içində sevgini dostluqla əvəz etmək, o çərçivənin içində saxlamaq hər insanın, hər kişinin işi deyil. Bunu Həsən bəyi sevən, onun üçün hər şeyə hazır olan Veranın timsalında görmək mümkündür. Və yaxud Bakı həyatında onun üçün divanə olan və özünün də biganə qalmadığı qonşu binada kirayənişin yaşayan Taclıbəyim xanıma qarşı tutduğu mövqe o qədər ölçülüb-biçilmiş, o qədər inandırıcıdır ki, bir oxucu kimi mən bu səhnəni həqiqətən film kimi təsəvvür etdim. Özü də real həyat filmi! Çünki sevginin pik nöqtəsində ehtirasları idarə edə bilmək, bakirəliyi, namusu, şərəfi hər şeydən üstün tutmaq o qədər də asan iş deyil və bunu hər kəs də bacarmır. Ümumiyyətlə, romanın birinci həissəsində Həsən bəy Zərdabinin həyatının sevgi çalarları fonunda ailə-məişət münasibətləri də diqqət mərkəzində saxlanılır. Evin içi və çölü idarə olunur. Valideynə, anaya münasibət ən yüksək mərtəbədə durur…

Bu romanda Azərbaycan təbiəti, onun əsrarəngizliyi də tərənnüm edilir. Bu tərənnümün içində folklor, həmçinin atalar sözləri, Molla Nəsrəddinin lətifələri bir təşbeh, həm də vasitə kimi də qabardılır. Oxucu bu ədəbi priyomla yorğunluqdan xilas olur. Mən romanın birinci hissəsində diqqət çəkən bir məqamla da qarşılaşdım. O da Həsən bəy Zərdabinin bir-biriylə qovuşdurduğu ədəbi məclislərdi. Dövrün ziyalıları, ictimai-siyasi xadimləri, el ağsaqqalları və nəhayət, Azərbaycan ədəbi mühitinin, teatrının oyanış ştrixləridir. Bütün bunlar Sona Vəliyevanın romanının birinci hissəsində zaman ardıcıllığı ilə təqdim olunur. Romanın birinci hissəsində həmçinin Həsən bəyin böyük ideyaları gerçəkləşdirmək üçün təşəbbüsündə olduğu xeyriyyə cəmiyyətinin yaradılması prosesidir. Bu prosesin özünün təqdimatı həmin dövrün bütün qatlarını oxucuya göstərir. Azərbaycan mülkədarlarının, bəylərinin, qoçularının nəyə qadir olduqlarını, nəyi özlərinə məslək etdiklərini büruzə verir. Romanın birinci hissəsi həm də Həsən bəyin ailə həyatı qurması və bu ailənin öz çiyinlərinə daha böyük vəzifələri götürməsi ilə yekunlaşır. Təbii ki, bu məqamda artıq Həsən bəyin həyatında olan öncəki iki sevgi məqamının nədən uğursuz olduğu aşkarlanır. Və məlum olur ki, bütün sevgiləri millətə, xalqa xidmətə söykənən, ondan qaynaqlanan Həsən bəy öz həyatını, öz ömrünü onun çəkdiyi yükə çiyin verməyə hazır olan xanımla bir olanda tamamlayır. Bax, bu yerdə bir oxucu olaraq müəllif bizi roman boyu əlimizdən tutub gətirdiyi yolun həqiqətən işıqdan keçdiyinə inandırır.


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK