SON DƏQİQƏ:

DüNYA FANi DEYiL...

  27712   |  
Şriftin ölçüsü  
Çox qəribədi, zaman-zaman dünyanın ən böyük insanları belə baş açmağa çalışıblar, amma bir yana çıxara bilməyiblər nə özlərini, nə də bu dünyanı. Çünki dünya onlar üçün sirli olduğu kimi, onlar da dünya üçün balaca, gücsüz və bəzən də mahiyyət etibarı ilə o qədər də diqqəti çəkməyən olubdu. Yəni dünyaya meydan oxumaq istəyən müdrik şəxs sonda dünyanın qurbanına çevrilib. Dunya da bu boyda müdrikliyin, bu boyda istedadın ona qarşı gəlməsinə istehza edib, təəssüflənib, başını bulayıb. Görünür, bütün bunlardan sonra həmin o məşhur deyim yaranıb. Aqillər deyib ki, "Süleymana qalmayan dünya...".
   
   Hə, doğrudan da bu dünya nə xana, nə sultana, nə alimə, nə nadana qalmayıbdı. Elə qalmadığına görə, aşıq Alı zamanında deyib ki:
   
   
   
   Şahları yola saldı,
   
   Kimlərə qaldı dünya...
   
   Dolub boşaldı dünya...
   
   Olmadı sirrin açan,
   
   Sehrli qaldı dünya.
   
   
   
   Elə böyük Məmməd Araz da bu dünyanı "ağ yuyub qara sərdi" və dedi ki: "Mən belə dünyanın nəyindən küsüm". Sonra bir az da qeyzlənib daha kəskin şəkildə hamıya bəyan etdi: "Dünya mənim, dünya sənin, dünya heç kimin"!!!
   
   Bütün bunları elə-belə xatırlamıram. Artıq bir neçə həftədi ki, Qədir sevənlərin diqqəti Türkiyəyə yönəlib. Ürəyimiz intizarla döyünür, gözlərimiz yol çəkir və biz əlimiz ürəyimizin üstündə Tanrıya dua edə-edə ümidverici xəbərlər gözləyirik. Lakin hələ ki, xəbər yoxdur. Görünür, "Sona bülbüllər"in ümidinə qalacağıq. Sizi deyə bilmərəm, mən özümdən asılı olmayaraq, içimdə "Sona bülbüllər"i oxuyuram, qulağıma Qədirin səsi gəlir. Və mənə elə gəlir ki, mənim ifam da, Qədirin səsi də Tanrıya yalvarışdı, duadı. O səsə qoşulub birlikdə Tanrıdan aman istəyirik, kömək diləyirik, fələyə, möhlət ver, deyirik. Axı Ağdam gözləyir Qədiri, Qarabağ gözləyir "Sona bülbüllər"i. Ağdamı görmədən, Qarabağı qaytarmadan Qədirin fələyə təslim olmaq haqqı yoxdur. Əgər belə bir təslim aktına boyun əysə, inciyər Qarabağ ondan, küsər Ağdam ondan. Və "Sona bülbüllər" hamımızı yandırıb külə döndərər, qınayar bizi o səsin sahibini xilas edə bilmədiyimiz üçün...
   
   Mən deyəsən bir az hisslərə qapıldım. Axı heç kim fələkdən canını qurtara bilməyib? Axı heç kim tamam olan günü, saatı çəkib uzada bilməyib, dəyişə bilməyib. Hətta atalar deyib ki, "qəbirdə yatacağın günü evdə yata bilməzsən". Yəni gözləyən gor evi də insan üçün darıxır, sahibi üçün yaxa cırır, hay-küy salır. Belə olduğu halda, torpağı şərəfləndirən insan necə rahatlıq tapa bilər, necə fələyə təslim olmaya bilər? Deyəsən, çox suallar verdim. Amma neyləyim ki, dolaşıq xəbərlər və qulaqlarımda səslənən "Sona bülbüllər" mənə dinclik verimr. Telekanalların düymələrini də qorxa-qorxa basıram, saytları da çəkinə-çəkinə gözdən keçirirəm. İstəyirəm ki, bir anlıq bu dünyanı da, elə bu dünyanın bütün insanlarını da unudum. Bacarmıram. Ürəyim, duyğularım mənə boyun əymir, məni eşitmir, mənə tabe olmur. Görəsən niyə belə yarandım, belə doğuldum?! Axı az-çox oxuduqlarımdan, eşitdiklərimdən, gördüklərimdən bilirəm ki, dünya həm də insanın gor evidi, son mənzilidi, kim olursan ol. Əbədi yaşamaq haqqı yalnız qeyri-adi insanlara, müqəddəslərə, istedadlara, torpağı şərəfləndirənlərə aiddir. Hətta onlar ölümləri ilə torpağı çiyinlərinə qaldırırlar. Onu bir az da yüksəklərə qaldırır, bir az da önəmli edirlər. Belə olduğu halda, bunları bildiyim bir məqamda mən niyə qəribə şeylər düşünürəm, qəribə məqamlar yaşayıram? Bax, bunları anlaya bilmirəm. Nədir bunun cavabı?!
   
   Suallar yenə bir-birinə calanır və görürəm ki, onlardan qaçıb qurtara bilməyəcəm. Və qaçıb qurtara bilməyəcəyim suallara nə vaxtsa yazdığım misralarla cavaba oxşar bir nəsə vermək istəyirəm.
   
   
   
   unudum! - dedim hər şeyi
   
   unudum - gedim hər şeyi
   
   unudum! - edim hər şeyi-
   
   tərsinə...
   
   
   
   vurulum! - dedim hər şeyə
   
   vurulum - gedim hər şeyə
   
   vurulum! - edim hər şeyə -
   
   tərsinə...
   
   
   
   yaşayım! - dedim hər şeydə
   
   yaşayım- gedim hər şeydə
   
   yaşayım! - edim hər şeydə-
   
   tərsi də...
   
   
   
   ***
   
   İnsanlar korlanıb!- deyirlər. Adamlar bir-birlərinin qədrini bilmirlər - deyirlər. Günahkar zəmanədi - deyirlər. Bir sözlə, insanlar da, zəmanə də qarışıb bir-birinə deyirlər. Bax, bütün bu deyilənlərin hamısını hər gün, hər yerdə eşidirik və hətta biz özümüz də bu sözləri, bu fikirləri dilə gətiririk, işlədirik. Elə bil ki, bir növü tutuquşuya çevrilimişik. Gördüyümüz nöqsanları, hətta öz günahlarımızı da insanların, zəmanənin boynuna yükləməkdən çəkinmirik. Sanki günahkarı tapmışıq və tapdığımız bu Günahkar da bizim iradlarımızı başını salıb aşağı sakit-sakit dinləyir. Nə səsini çıxarır, nə də hansısa bir formada etirazını bildirir. Və biz də elə bilirik ki, dediklərimiz nə vaxtsa günahkarın haqq yoluna qayıtmasına gətirib çıxaracaq. Əslində bu, boş və mənasız təsəllidən başqa bir şey deyil. Çünki korlanan da bizik, korlayan da, qədrini bilən də bizik, bilməyən də. Deməli, dağa-daşa düşməyə ehtiyac yoxdur. Biz özümüz öz içimizə qayıtmalı, öz içimizdən baxmalıyıq hər şeyə, hətta dünyaya da. Onda çox mətləblər aydınlaşar bizim üçün...
   
   Dostlardan biri söhbət zamanı zəmanəni də, insanları da vurdu bir-birinə. İnsanlıq duyğularının azaldığını, böyüyə-kiçiyə hörmətin ayaq altına düşdüyünü dilə gətirdi. Hətta əl açana, ümid diləyənə, kömək umana etinasızlığın baş alıb getdiyini də ürəyi atlana-atlana, səsindən qəzəb tökülə-tökülə söylədi. Bu da mənim içimdə bir maraq hissi yaratdı. Ona etdiyim etiraza əhəmiyyət vermədiyini görüb sübut yolu axtardım. İstədim ki, əyani göstərim ona haqlı olmadığını və göstərdim də...
   
   Bakının ən gur metrolarından biri... Qan yaddaşımızda "20 Yanvar" faciəsini yaşadan ünvan. Bu metronun Ailə Sağlamlıq Mərkəzi tərəfindən olan giriş... Adətən bu girişdən adamlar o qədər də gur istifadə etmirlər... İş gününün sonu, hava qaralıb. Girişin gözdən uzaq bir tərəfinə üz tuturam və burda yaşadıqlarımı misralara çevirirəm.
   
   
   
   gözümü yumub
   
   üzümü
   
   pencəyimin
   
   ətəyi ilə gizləyib
   
   metro girişinin
   
   yarıqaranlıq küncündə
   
   büzüşüb
   
   sağ əlimi
   
   azacıq açmışam...
   
   ovcum dolub
   
   bir-birinə
   
   çırpılmaqdan
   
   əzilmiş
   
   əllərdə tərləmiş
   
   qaralmış
   
   qəpiklərlə...
   
   bu arada
   
   tuş gəldiyim
   
   təpiklərlə
   
   rezin dəyənəklərlə
   
   müqayisədə -
   
   deyə bilərəm ki
   
   adamlar da
   
   insaf da
   
   insanlıq da
   
   az-çox
   
   olsa da
   
   qalmaqdadı
   
   hələ də!..
   
   
   
   ***
   
   İçimdə bir ağrını gəzdirə-gəzdirə yol gedirəm. Bu ağrı əslində mənim günümü göy əsgiyə büküb. Nə yerdə qərar tuta bilirəm, nə göydə dayanacağım var. Qalmışam ikisinin arasında var-gəl edə-edə. Və bu gəzişmələr məqamında məni ən çox dilxor edən, hövsələdən çıxaran, səbrimi daşdıran bir etinasızlıq var, o da səndən gəlir. Sanki mənim yaşadıqlarım, mənim çəkdiklərim sənin üçün heç nədi. Mən dünyada heç nə olmaqdan, heçlikdən yaman qorxuruam. Bu əslində yaşamamaq, olmamaq kimi bir şeydi. Yaşaya-yaşaya, ola-ola yaşamamaq, olmamaq isə izahı mümkün olmayan bir ağrı, bir faciədi. Təəssüf ki, hiss etdiyim etinasızlıq, laqeydlik məndə bu hissləri alovlandırır.
   
   Bəzən deyirlər ki, qorunmaq lazımdır. Gözdən, nəzərdən, bəd niyyətdən, uğursuzluqlardan, hətta şeytandan, fələkdən də qorunmaq lazımdır. Amma necə qorunasan?! Bunun konkret yolu nədir, qaydası nədir, kim yazıb, kim hazırlayıb bu qaydaları? Bax, yenə bu suallar çıxdı ortaya, yenə bu suallar cavab istəyir. Və mən də onsuz da özümə yük olan ağrı-acımla, kədərimlə, ehtiyacımla vuruşa-vuruşa bu sualların hücumuna də sinə gərirəm. Həmin vaxt diqqətimi üzərimdə gəzdirdiyim gözmuncuğu çəkir. Bu məni bir az da özümdən çıxarır. Elə bilirəm ki, o gözmuncuğu mənə doğru atılmış bir daşdı, tuşlanmış bir oxdu. Dözməyib nə vaxtsa yazdığım misraları bərkdən təkrarlayıram, istəyirəm eşidəsən, biləsən ki...
   
   
   
   at, getsin
   
   gözmuncuğunu-
   
   gəzdirmə
   
   onu üstündə...
   
   onsuz da
   
   gözüm üstündədi-
   
   özün gözümdə...
   
   heç nə
   
   ola bilməz
   
   sənə
   
   çünki
   
   qoruyucu gözlərim
   
   hazırdı
   
   qarşısına çıxmağa
   
   sənə baxan
   
   istənilən gözün də!..
   
   Hə, əgər anladınsa, bu misraların özü və misralardakı fikirlərim səni qoruyacaq, səni hifz edəcək. Təki anlayışlı ol, təki laqeydliyi, biganəliyi yaddaşından, ürəyindən silib at. Bil ki, bu duyğular təkcə şeir üçün, şair üçün, kitab üçün, dəftər üçün yazılmır, deyilmir. Bu, varlığın ifadəsidi, bu ürəyin səsidi. Və mən də qulaqlarımda səslənən "Sona bülbüllər"i, ürəyimdə yaşatdığım insanlıq duyğularını, xüsusilə hamımızın üstünə getdiyimiz, yamanladığımız, günahkar saydığımız zəmanəni və dünyanı tanıya-tanıya sənə üz tuturam. Demək istəyirəm ki, heç kimin olmayan bu dünyada hamının olan insanlıq və sevgi haqqını, payını qorumaq lazımdı. Əks halda, biz zəmanəni qınaya-qınaya özümüz qınaq ünvanına çevriləcəyik. Axı mən sənə ünvanladığım hər sözdə, hər misrada təkrar-təkrar vurğulayıram ki, insanın baş aça bilmədiyi bu sirli dünyada güvəndiyi Tanrı və sevgidi. O, yaşamaq üçün, yaşatmaq üçün hər kəsin payına düşən bir mənbə, bir qismət, bir bəxşeyişdi. Dəyərləndirmək, qiymətləndirmək, səmərəli istifadə etmək artıq hər kəsin öz qabiliyyətindən, öz imkanından, öz istedadından, bir sözlə, özündən asılıdır. Yoxsa, sirlərlə, gizlinclərlə yaşamaq, onlara qısılıb qalmaq təkcə qaraqabaqlıq, adama yovuşmazlıq deyil, həm də bir gərəksizlik faktının gerçəkliyinin önündə qaçmağa yer tapmamaq yazısı, qisməti sual işarəsi kimi yolun ortasında dayanacaq. Bax, onda bu misralardakı gerçəklik də köməyə çatmayacaq.
   
   
   
   dodaqlarım
   
   telindən,
   
   üzündən
   
   sürüşüb
   
   dodağına yapışdı...
   
   dodaqların
   
   ürəyinin
   
   gizlinlərini
   
   dilinin
   
   qıfılını açıb
   
   sakitcə
   
   dodağıma danışdı...
   
   
   
   
   
   ... Bəli, çox qəribədir, biz bütün ağrıların içərisində işıq axtara-axatara yol gedirik. Bu yol it hürəndən də keçə bilər...dəxli yoxdur. Ona görə ki, biz ümid axtarırıq. Təki ümid qırılmasın, təki ümid tükənməsin, təki kimliyimiz suala çevrilməsin, təki Tanrının yadından çıxmayaq... Deməli, bizim yaşatdıqlarımız və bizi yaşadanlar kimliyimizdən bəhrələnir, onun saflığını, bütövlüyünü qorumaq, yenə də qorumaq gərəkdi...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK