SON DƏQİQƏ:

Mənə "bez" ver

  41462   |  
Şriftin ölçüsü  
Cavanlıqdan qəribə bir adətim var. İmzasına böyük rəğbət bəslədiyim yazıçı və şairlərin siyahısını hazırlayıram. Bəyəndiyim ədəbiyyat xadimlərinin adını dəftərimə yazıram. İllərdən bəri qoruduğum həmin dəftərdə o qədər tanınmış və tanınmağa hələ bir o qədər də vaxt tapmayan qələm əhlinin adı var ki, gəl görəsən. Dəftər qalınlaşdıqca adamın üstünə gəlir. Qəribə adətimin ikinci hissəsi bir qədər də qəribədir. İki-üç aydan bir dəftəri varaqlayır, imzaların bəzilərini yeniləri ilə əvəzləyirəm. Sonuncu belə dəyişiklik ötən həftə olmuşdu. Rus poeziyasının ikinci dəfə yetirə bilməyəcəyi Sergey Yeseninin adını dəftərdən pozub onun əvəzinə nəğməkar şairimiz Vüqar Əhmədi yazmışdım. Bunun səbəbləri çoxdu. İkisini yazsam, dəyərli oxucular məni başa düşər. Birincisi, Vüqar Əhməd öz şairimizdi, təkcə Azərbaycanda deyil, Almaniya və Alyaskada camaat əllərini ağdan qaraya vurmur, onun şeirlərini oxuyur. Bu bir, ikincisi, Vüqar Əhmədi bölsən, 76 Sergey Yesenin çıxar.
   
   Dünən əlim yenə dinc durmadı, dəftəri saf-çürük etdim. Tanınmışlardan hələlik heç kimin adını pozmağa ürəyim gəlmədi, amma şair Həmid Nağının adını yekə hərflərlə dəftərə yazdım. Aləm də ondan sonra qarışdı.
   
   Neçə illik dostum Əbülfət Mədətoğlu məndən küsdü. İndi heç telefonlarıma da cavab vermir. Deyir ki, məmləkətin əli qələm tutan adamlarının demək olar hamısı ilə salam-kəlamım var, əksəriyyəti ilə Malikin dəmlədiyi çaydan içmişəm, özüm də bir neçə şeir kitabının müəllifiyəm, amma Həmid Nağı adlı şair tanımıram, Etibar onun adını dahilərin siyahısına necə yazır?
   
   Vallah, bu məsələdə məndən inciməli bir iş yoxdu. Şair dostumun son günlər problemləri başından aşır, ona görə də Həmid Nağının poeziya nümunələrini oxuya bilməyib. Amma mənə bu xoşbəxtlik nəsib olub. Canlı klassikimiz sayıla biləcək Həmid Nağının qəzetlərin birində "Mənə "beş" ver" şeirini oxumuşam.
   
   
   
   Görürsən, yerli-yersiz danışmıram, gülmürəm,
   
   Deyirsən mənə "beş" yaz, axı yaza bilmirəm.
   
   Gərək danışdığından razı qalam, zövq alam,
   
   Hər qurduğun cümlədən tamam razı qalam.
   
   
   
   Bilirsən ki, sinifdə yaxşı oxuyan çoxdur,
   
   Lakin əla danışan bircə nəfər də yoxdur.
   
   Hər dərsi danışana "beş" yaza bilmərəm mən,
   
   "Beş" üçün sən hamıdan düz cavab verməlisən.
   
   
   
   Biz az əməlli çalış, seçil yoldaşlarından,
   
   Səhər ertədən oyan, hələ sökülməmiş dan.
   
   Zehnin açıq olacaq onda, sən mənə inan,
   
   Gərək yeri gələndə əziyyət çəksin insan.
   
   
   
   Yaxşı bilirəm ki, belə gözəl poeziya nümunəsini oxuyan kimi dostum Əbülfət Mədətoğlu mənimlə dərhal barışacaq, üstəlik babat qonaqlıq da verəcək. Belə sətirlərin sağlığına içməyəsən, neyləyəsən...
   
   Hələ mən əsas məsələni yazmıram, qonaqlıqlar əlindən ayıq vaxtımız olmayacaq. Bəs nə? Orxan Pamuk daha darıxmayacaq. Yaxın vaxtlarda Həmid Nağı ədəbiyyat üzrə Nobel mükafatı alan ikinci türk yazarı olacaq. Təkcə "Mənə "beş" ver" şeiri sübut edir ki, Nobel mükafatı Azərbaycana addım-addım yaxınlaşmaqdadır, indi Biləcərinin çəpərinə qədər gəlir. Qalır bu çəpəri də aşmaq. Çəpərdən aşmaq Həmid Nağı poeziyasının əlində su içmək kimi bir şeydir...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK